AZƏRBAYCAN-AVSTRİYA İQTİSADİ ƏLAQƏLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriyada səfərdə olan iqtisadi inkişaf naziri Heydər Babayev mayın 7-də Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın beşinci iclasının çərçivəsində Avstriya federal iqtisadiyyat və əmək naziri Martin Bartenştaynla görüşmüşdür.
Görüşdə ötən ilin sentyabr ayında Martin Bartenştaynın Azərbaycana səfəri və səfər çərçivəsində keçirilmiş görüşlərin ölkələrarası iqtisadi əlaqələr və ticarət dövriyyəsinin artımına yeni təkan verdiyi qeyd edilmişdir.
Ölkələrarası iqtisadi əlaqələrin gələcək perspektivlərini müzakirə edən nazirlər enerji sahəsində əməkdaşlıq üzərində xüsusi dayanmışlar. Tərəflər “Nabukko” layihəsinin hazırlanması və həyata keçirilməsinin Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyət daşıyacağını vurğulamışlar.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrin dərinləşdirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda vəziyyət, dünyada baş verən iqtisadi proseslər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır. Nazirlər Azərbaycan və Avstriya arasında qarşılıqlı ali səviyyəli səfərlərin təşkilinə də toxunmuşlar.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]