Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi on doqquzuncu dəfə qapılarını ziyarətçilərin üzünə açıb VİDEO

Bakı, 4 aprel, Emil Məlikov, AZƏRTAC

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.

AZƏRTAC xəbər verir ki, “AITF” sərgisinin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisində yenidən bir araya gəlməkdən məmnunluğunu bildirib. O deyib: "Turizm sərgisi artıq ənənə halını alıb və Bakıda 19-cu dəfədir ki, keçirilir. Builki sərgidə 15 ölkəni təmsil edən 50-dən çox şirkət, qurum öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərlə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulamış olur və xalqımızın qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir. “AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və bir çox başqa ölkələrdən olan şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər".

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev beynəlxalq sərginin təşkilinin təqdirəlayiq olduğunu vurğulayaraq son illərdə ölkəmizdə turizm sahəsinin inkişaf etdirilməsi istiqamətində geniş işlərin görüldüyünü və bu sahəyə məxsusi diqqətin ayrıldığını bildirib: "AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu səbəbdən də istər xarici turistlərin ölkəmizə cəlb edilməsi, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyəti dəstəkləyirik. Hazırda əsas məqsədimiz pandemiyadan əvvəlki rəqəmləri ən qısa zamanda bərpa edərək əvvəlkindən də çevik inkişafa və artıma nail olmaqdır. Yaxın 3 il üçün hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4 milyon nəfərə, ölkədaxili turizm səfərlərinin sayını isə 6 milyon nəfərə çatdırmaqdır. İşğaldan azad olunmuş torpaqlarımızda da turizmi inkişaf etdirmək əsas və prioritet hədəflərimizdəndir. Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək baxımından olduqca əhəmiyyətli platformadır”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sərginin əhəmiyyətini vurğulayaraq burada olan iştirakından məmnunluğunu dilə gətirib: "Çox sevindirici haldır ki, artıq 3 illik fasilədən sonra yenidən bir araya gəlmişik. Bu sərgi sahibkarların öz xidmətlərini geniş kütləyə təqdim etmələri üçün geniş imkandır. İnanırıq ki, sərgini geniş kütlə ziyarət edəcək və buraya maraq böyük olacaq. Ənənəvi olaraq keçirilən bu sərgi turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır. İqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərə nisbətən fərqlənir. Pandemiyadan sonra ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır".

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəsinin bu sərgidə ilk dəfə tərəfdaş ölkə kimi iştirak etdiyini qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib: “Qardaş Azərbaycan və Özbəkistan xalqlarını türk xalqlarının etnosuna əsaslanan ortaq milli adət-ənənələr, din və mədəniyyət birləşdirir. Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli dostluq əlaqələrinin böyük tarixi və dərin kökləri var. Həmçinin iki ölkə arasında olan ticarət dövriyyəsini və turizm sahəsində olan əməkdaşlığı da xüsusi qeyd etmək olar. Qeyd edək ki, 2022-ci ildə Özbəkistana səfər edən turistlərin sayına görə Azərbaycan ilk 15-liyə daxil olub. Əminəm ki, növbəti illərdə də turizm sahəsi üzrə ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf edərək ən yüksək pillələrdə qərarlaşacaq".

Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışıb: “Bolqarıstan Azərbaycanla olan dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Bolqarıstanın Turizm Nazirliyi Azərbaycan Dövlət Turizm Agentliyi ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və intensivləşdirilməsinə qətiyyətlə sadiqdir. Beləliklə xalqlarımız arasında çoxillik dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. 2022-ci ildə Azərbaycandan Bolqarıstana gələn turistlərin sayı 5 min 40 nəfər olub, bu da 2021-ci il göstəriciləri ilə müqayisədə 114 faiz daha çoxdur".

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, “AITF 2023”ün yenidən açılması turizm sahəsinin inkişafı baxımından böyük hadisədir. Bu sərgi turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir.

Sonra isə ənənəvi lent kəsilərək Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açıq elan edilib.

Qeyd edək ki, aprelin 6-dək davam edəcək sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil olunacaq.

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi on doqquzuncu dəfə qapılarını ziyarətçilərin üzünə açıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq tədbirdə Qərbi azərbaycanlıların qayıdış hüququ barədə danışılıb

Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Ağalıda işəgötürənlərlə görüş keçirilib

Gəncə Dövlət Universitetində mediasiya ilə bağlı maarifləndirici tədbir təşkil olunub

İsveç Ukraynaya 134 milyon dollarlıq yeni yardım ayıracaq

“Azərkosmos” COP28-də Azərbaycana məxsus milli pavilyonda panel müzakirəsi ilə çıxış edib

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər

Parisin Luvr muzeyi biletlərin qiymətini qaldıracaq

Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndərin misilsiz əməyi, düşünülmüş strategiyası dayanır – RƏY

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” - kitab təqdimatı

Yaponiya səfirliyinin nümayəndəsi ilə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Dekabrın 4-dən 10-dək Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb

BDU-da “Praktik hüquqşünaslara insan hüquqlarının tədrisi üzrə Avropa proqramı”na dair təlim

Aleksander Çeferinin UEFA-ya rəhbərlik müddəti uzadıla bilər

Bərdədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Baş Prokurorluğun nümayəndələri Ankarada keçirilən konfransda iştirak ediblər

Abşeronda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı ilə bağlı qaydalar təsdiq olunub

“Ulu Öndər hər addımımda” fotomüsabiqəsinə start verilib

Neft və Sənaye Universiteti tələbələrinin 72-ci elmi-texniki konfransı

“İntellektual Klubların IV Gənclər Liqası”nın qalibləri məlum olub

Ümummilli Liderin dövlətçiliyə töhfələrindən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub - RƏY

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur

İtaliya qəzeti Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən yazıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib

“Silk Way West Airlines” öz donanmasını və yükdaşıma qabiliyyətini genişləndirir ®

UNEC ilə Çin universiteti arasında memorandum imzalanıb

Bakı Qida və Kənd Təsərrüfatı Forumuna ev sahibliyi edəcək

Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri açıqlanıb

Marneulidə ustad aşığın xatirəsi anılıb

“INNOLAND”də “Brain Game” intellektual oyun hakatonu keçirilib

Qusarda mikroavtobus aşıb, yaralananlar var

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək

Rusiyalı senator Azərbaycana səfərinə yekun vurub

“YES” Mükafatına müraciətlərin qəbuluna başlanılıb

Bu gün Beynəlxalq Dağlar Günüdür

Baş Prokurorluq: Qanunsuz ağac kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan vurulub

BDU-nun İslam Əməkdaşlıq Təşkilatı Modeli klubunun məlumat sessiyası

Sabah Bətəlqeyzə ulduzu tutulacaq

AzMİU tələbələri Türkiyə universitetlərində elmi tədqiqatlara cəlb olunacaqlar

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Tarix Muzeyində antik dövrə aid saxsı küp qorunur

Quba sakininə məxsus iribuynuzlu heyvanların tələf olması səbəbi araşdırılır

Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenaristlə görüş olub

® “Veysəloğlu”da vəzifə dəyişikliyi olub

Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları ilə eyni qrupa düşüb

Bakıdakı Rus evində “Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə töhfəsi” mövzusunda leksiya olacaq

Azərbaycan və Oman XİN-ləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi yenidən İctimai TV-nin ekranında VİDEO

“Heydər Əliyev və azərbaycançılıq ideyası”- elmi sessiya

Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BDU-nun “SABAH” qruplarının tələbəsi və məzunu Beynəlxalq Tələbə İnternet Olimpiadasında qalib olub

Ölkəmizin irəli sürdüyü təkliflər regionda sabitliyin əldə olunmasına böyük töhfələr verir - RƏY

® “Kapital Bank” daha 9 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

“MilliNet 2023” müsabiqəsində yekun səsvermə başa çatıb

Azərbaycan diasporunun üzvləri Çingiz Aytmatova həsr olunmuş tədbirdə iştirak ediblər

“Heydər Əliyev və Azərbaycan dili” - tədbir

® “AccessBank” tender elan edir

Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr

Bələdiyyədə yaranan qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb VİDEO

İran XİN: Tehran Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayır

Novxanıda “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub

Külli miqdarda pirotexniki vasitələrin topdan satışını həyata keçirən şəxs saxlanılıb VİDEO

Tanınmış hakim: Əliyar Ağayev “Srvena Zvezda” - “Mançester Siti” oyunundan da üzüağ çıxacaq

İranlı nazir: Rəşt-Astara dəmir yolu üç dövlət üçün böyük əhəmiyyət daşıyır

Türk dövlətlərinin media sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb

Qazaxıstan Bakı limanı ilə neft ixracını 6 dəfə artırıb

Naxçıvanda Qərbi Azərbaycana həsr olunan rəsm sərgisi açılıb

Baş Prokurorluq Binədə baş vermiş intihar hadisəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

Xəzər dənizində zəlzələ olub

Çində bu il rekord miqdarda taxıl istehsal edilib

COP28-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verilib

Bakı yollarının 65 yaşlı “dəmir brilyant”ı – FOTOLAR

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit olacağı gözlənilir

COP28: İqlim “məhkumluğu”na qarşı mübarizə üçün ərzaq sisteminin dəyişdirilməsi planı

Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi olması üçün bütün zəruri addımları atdı

XƏBƏRDARLIQ: Dekabrın 14-ü gündüzədək hava qeyri-sabit olacaq

Yaponların 40,5 faizi Fumio Kişidanın Baş nazir postundan getməsini istəyir

Qərbi Azərbaycan kəndləri – Cəfərabad

İtaliyada iki sərnişin qatarı toqquşub: 17 nəfər yaralanıb VİDEO

Ötən həftə 533 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Prezident İlham Əliyevin Serbiyada interkonnektorun açılışında çıxışı Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu idi - ŞƏRH

Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar

Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir

® “AccessBank” əsginaz qəbulediciyə dair tender elan edir

Lökbatan qəsəbəsində küçə təmir edilir VİDEO

Başqırdıstan Azərbaycana 500 ton buğda göndərib

Bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir

Mütəxəssis: Qızılcanın xüsusi müalicəsi yoxdur

Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib

İcma: Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdır

Arif Əsədov: “Qarabağ”ın qələbəsi təəccüblü deyil, “Səbail”in məğlubiyyəti isə gözlənilən idi

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 322 min xidmət göstərilib

Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 400 min manat ayrılıb

İmişlidə sənədli teatr-verbatim janrında tamaşa nümayiş etdirilib

COP28 çərçivəsində təbiətin mühafizəsinə əlavə 186 milyon dollar ayrılıb

Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır