Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA QARŞILIQLI MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏNİN BÜNÖVRƏSİ QOYULUR
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYÜK BRİTANİYAYA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
HİTROU HAVA LİMANINDA QARŞILANMA

Fevralın 22-də Londonun Hitrou hava limanında Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqları dalğalanırdı. Böyük Britaniyanın Baş naziri Con Meycorun dəvəti ilə Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün buraya üç günlük rəsmi görüşə gəldi. Heydər Əliyevi bu səfərdə xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli, Vahid Axundov, Milli Məclisin xarici əlaqələr komissiyasının sədri Yusif Səmədoğlu, respublikanın səhiyyə, maliyyə, xarici iqtisadi əlaqələr nazirliklərinin rəhbərləri, bir sıra şirkətlərin və müəssisələrin başçıları və digər rəsmi şəxslər, mətbuat işçiləri təmsil edirlər.

Təyyarənin pilləkəni yanında Azərbaycan rəhbərini Böyük Britaniya kraliçasının şəxsi nümayəndəsi və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, habelə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Mahmud Məmmədquliyev, bu ölkənin Azərbaycandakı səfiri Tomas Yanq qarşıladılar.

Hitrou hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul düzülmüşdü. Azərbaycan Prezidenti buradan birbaşa onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Fevralın 23-də Heydər Əliyevin Böyük Britaniyaya səfəri ilə əlaqədar rəsmi qarşılanma mərasimi keçiriləcəkdir. Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş naziri Con Meycor ilə görüşəcək və onların arasında danışıqlar başlanacaqdır.

Prezident Heydər Əliyev Bakıdan Londona gələrkən təyyarədə jurnalistlərin səfər barədə suallarına cavab verərək dedi:

- Respublikamız Avropanın böyük dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bildiyiniz kimi, keçən ilin dekabrında Fransada çox faydalı görüşlərimiz oldu və mühüm əlaqələr yarandı. İndi də Britaniyanın Baş naziri Con Meycor məni bu ölkəyə rəsmi səfərə dəvət edib. İngiltərədə məni çox səmərəli görüşlər, danışıqlar gözləyir. İnanıram ki, bütün bunlar Azərbaycanla Böyük Britaniyanın münasibətlərində yeni mərhələ açacaqdır. Əslində bu iki ölkə arasında indiyədək elə bir əlaqə qurulmayıb. Səfərimiz zamanı biz bir sıra mühüm sənədlər imzalayacağıq ki, bu da müstəqil Azərbaycan Respublikasının xarici ölkələrlə əlaqələrinin inkişafına və xüsusən də Qərblə çox sıx əlaqələr qurulmasına lazımi kömək edəcəkdir.

DÖVLƏT NAZİRİ İLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti öz iqamətgahına gələn kimi əməli görüşlər keçirməyə başladı. O, Böyük Britaniyanın xarici işlər və birlik işləri üzrə dövlət naziri Duqlas Hoqqu qəbul etdi. Görüşdə iki dövlət arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi perspektivləri müzakirə edildi və bu sahədə qarşıya çıxan bir sıra məsələlərin həlli barədə fikir mübadiləsi aparıldı.

Cİ-Pİ-Tİ RABİTƏ SİSTEMİMİZİN YENİDƏN

QURULMASINDA İŞTİRAK EDƏCƏK

Həmin gün Heydər Əliyev Qərbin ən nüfuzlu firmalarından biri olan Ci-Pi-Ti şirkətinin rəhbərlərini qəbul etdi. Söhbət zamanı Azərbaycanda rabitə sisteminin tamamilə yenidən qurulması və modernləşdirilməsi sahəsində əməkdaşlığı genişləndirmək imkanları hərtərəfli nəzərdən keçirildi. Ci-Pi-Ti ilə Azərbaycan Rabitə Nazirliyi arasında sıx əməkdaşlıq haqqında razılıq əldə olundu və qərara alındı ki, rəsmi sənəd hazırlanıb imzalansın.

“KAYZER İJİNİRİNQ” ŞİRKƏTİ METALLURGİYA

SƏNAYEMİZƏ MARAQ GÖSTƏRİR

Fevralın 22-də Azərbaycan Prezidenti öz iqamətgahında “Kayzer İjinirinq” Şirkətinin direktoru Qram Muri və şirkətin digər rəhbərləri ilə görüşdü. Heydər Əliyevə məlumat verildi ki, bu şirkət Sumqayıt alüminium zavodunda geniş yenidənqurma işləri aparacaq və nəticədə müəssisənin istehsal gücü bir neçə dəfə artacaqdır. Bu məqsədlə şirkət respublikaya 200 milyon dollar kredit ayrılmasına kömək edəcəkdir. Görüləcək işlərin texniki-iqtisadi əsasları və layihəsi artıq hazırdır, zavodun yenidən qurulmasının birinci mərhələsini 4-5 ilə başa çatdırmaq nəzərdə tutulur.

Heydər Əliyev bu məsələyə xüsusi maraq göstərdi və bildirdi ki, yenidənqurma işləri zamanı ətraf mühitin qorunmasına, elektrik enerjisinə qənaətə, ən müasir texnologiyanın tətbiqinə, əmək məhsuldarlığının yüksəldilməsinə də ciddi diqqət yetirmək lazımdır.

Söhbət zamanı bu şirkətin Azərbaycan metallurgiya sənayesinin digər müəssisələri ilə də əlaqələr qurması imkanları barədə geniş fikir mübadiləsi aparıldı və bir çox məsələlərdə qarşılıqlı razılıq əldə edildi.

MARQARET TETÇERLƏ GÖRÜŞ

Fevralın 22-də günortadan sonra Böyük Britaniyanın keçmiş Baş naziri, dünya siyasət aləmində “Dəmir ledi” adı ilə məşhur olan Marqaret Tetçer Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görüşünə gəldi. Dünyanın bu iki görkəmli və təcrübəli siyasi xadiminin görüşü o qədər maraqlı keçdi ki, orada iştirak edənlərin hər biri ayrılan vaxtın belə tez başa çatmasına təəssüflənirdi.

Bir saatdan çox davam edən bu görüşdə müstəqil Azərbaycan Respublikasında demokratik proseslərin gedişindən, yüksək sivilizasiyalı cəmiyyət qurulması yolunda atılan addımlardan bəhs edən Respublika Prezidenti bildirdi ki, dünya demokratiyasının təcrübəsinə əsaslanan Azərbaycan siyasi plüralizm, sərbəst bazar iqtisadiyyatı və insan hüquqlarının qorunması yolunu seçmiş və bu yoldan dönməyəcəkdir. Azərbaycan dövlətinin başçısı altı ildən çox davam edən müharibənin əsl səbəbləri və mahiyyəti barədə M.Tetçerdə dolğun təəssürat yaratdı və bildirdi ki, Ermənistan Silahlı Qüvvələri nüfuzlu beynəlxalq təşkilatların qərarlarına və dünyanın ən iri dövlətlərinin təsirinə məhəl qoymadan Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmiş, bir milyondan çox vətəndaşımız doğma torpağında qaçqına çevrilərək, evsiz-eşiksiz qalmışdır. Heydər Əliyev dedi ki, Azərbaycan müharibə istəmir, Azərbaycan xalqı və ordumuz Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılması üçün ədalətli müharibə aparırlar və bu mübarizəni dönmədən davam etdirəcəklər.

Görüşün axırında H.Əliyev M.Tetçerə nəfis xalça bağışladı.

“BRİTİŞ PETROLEUM” İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNƏCƏK

Həmin gün axşam “Britiş Petroleum” şirkətinin prezidenti Saymon Devid Azərbaycan Prezidentinin görüşünə gəldi. Heydər Əliyev bildirdi ki, bp hələ əsrin əvvəlində də Azərbaycana, onun neftinə böyük maraq göstərmişdir. Bu gün də biz Qərbin bu nüfuzlu şirkəti ilə sıx əlaqələr qurulmasına tərəfdarıq. İnanırıq ki, bu şirkətlə əlaqələr Azərbaycan neft sənayesinin, eləcə də respublikamızda sosial sahənin inkişafına güclü təkan verəcəkdir.

KİMYA SƏNAYEMİZİN GƏLƏCƏYİ NAMİNƏ

Böyük Britaniyanın ən nüfuzlu firmalarından biri olan “Con Braun” şirkətinin sədri Yan Robinson da Azərbaycan Prezidenti ilə görüşdü. Qəbulda kimya sənayemizin perspektivləri və onun inkişafında bu şirkətin iştirakı məsələləri ətraflı müzakirə olundu. Prezidentə məlumat verildi ki, “Con Braun” Sumqayıt kimyaçılarının ən yaxın köməkçisinə çevrilə bilər. Bu şirkət kimya müəssisələrimizdə fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın yeniləri ilə əvəz olunması və zavodların istehsal gücünün artırılması üçün layihələr hazırlanmışdır. Həmin layihələrə əsasən yaxın illərdə bir sıra istehsal sahələri ən müasir avadanlıqla təchiz ediləcəkdir. Azərbaycan Prezidenti bu şirkətlə sıx əlaqələr qurulmasının zəruriliyini qeyd etdi.

SƏNAYEÇİLƏR KONFEDERASİYASINDA

Fevralın 22-də axşam Azərbaycan Prezidenti Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında oldu. Bu görüşü Böyük Britaniyanın “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri təşkil etmişdilər.

Heydər Əliyev İngiltərə sənayeçiləri qarşısında çıxış etdi və onları maraqlandıran suallara cavab verdi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

London 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar iclası keçirilib

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

Qısamüddətli peşə təlimlərinə başlanılıb

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Praqada Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub