Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi dünyada sülhün carçısı olduğunu uğurla nümayiş etdirəcək

Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi dünyada sülhün carçısı olduğunu uğurla nümayiş etdirəcək

Bakı, 4 iyul, AZƏRTAC

Dünya arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda qlobal arena da həmin dəyişiklik və yenilikləri özündə ehtiva edir. Azərbaycan Respublikası əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar, habelə beynəlxalq institutlar və dövlətlərlə səmərəli, işgüzar, qarşılıqlı münasibətlər yaradaraq, onlara müəyyən olunmuş çərçivədən də artıq hörmətlə yanaşıb. Ölkəmiz demək olar ki, əksər beynəlxalq təşkilatların layihələrində donor qismində çıxış edib, istər institusional, istər təşkilati, istərsə də digər resurslarla hər zaman kömək göstərib. Son on ildə Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərə ev sahibliyi etməklə beynəlxalq təşkilatların məqsədlərinə çatmaları üçün hərtərəfli diqqət göstərib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olduğuna dair müxtəlif vaxtlarda bəyanatlarla çıxış ediblər.

Bunu AZƏRTAC- a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, bu günlərdə dünyamız Azərbaycanın vasitəçiliyi ilə növbəti tarixi bir həmrəylik təşəbbüsünə şahidlik edir. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Parlament Şəbəkəsinin Bakı konfransı keçirildi. Mükəmməl səviyyədə təşkil edilmiş konfransda Prezident İlham Əliyev bir daha bütün beynəlxalq ictimaiyyətə Azərbaycanın sədrliyi öz üzərinə götürərkən verdiyi vədlərə nə qədər məsuliyyətlə yanaşdığını və Hərəkata üzv ölkələrin həmrəyliyinin gücləndirilməsi və maraqlarının müdafiə edilməsi üçün praktiki addımlar atdığını nümayiş etdirdi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması Prezident İlham Əliyevə və ölkəmizə olan böyük bir hörmət, o cümlədən keçən müddət ərzində ölkəmiz tərəfindən görülən işlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransına 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

“Qoşulmama Hərəkatı tarixində ən önəmli hadisələrdən biri olmaqla yanaşı, qurumun Parlament Şəbəkəsinin Bakı konfransı, həmçinin Azərbaycanın parlament diplomatiyasının inkişafı üçün əlverişli zəmin yaratdı. Xüsusilə təmasların çətin olduğu Latın Amerikası, Afrika və Asiya ölkələrinin parlamentlərinin yüksək səviyyədə iştirak etdiyi bu tədbir, eyni zamanda, ikitərəfli parlament təmasları və dostluq qruplarının yaradılması üçün əlverişli platforma rolunu oynadı.

Prezident İlham Əliyevin konfransın açılışı zamanı dolğun və məzmunlu çıxışı bir daha Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, eyni zamanda, təsisatın institusional inkişafına və onun müəyyən dərəcədə təşkilata çevrilməsinə verdiyi töhfələrin əyani sübutudur. Prezidentin vurğuladığı kimi, “Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər”.

Bu baxımdan konfrans çərçivəsində Qoşulmama Hərəkatının institutlaşmasına yönəlik irəli sürülmüş yeganə təşəbbüs Parlament Şəbəkəsinin öz işinə başlaması deyil, həmçinin Hərəkatın Gənclər Şəbəkəsinin yaradılması və növbəti ay Bakı şəhərində Gənclər Sammitinin keçirilməsidir”, - deyə M.Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının institutlaşması istiqamətində ilkin addımlar hələ 2020-ci ildə atılıb, belə ki, Azərbaycanın sədrliyi ilə keçirilən onlayn Zirvə görüşünün yekununda Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilən Bəyannamə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verirdi.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin şəxsi göstəriciləri və dünya lideri olaraq dünyamızın ədalətli idarə olunması, o cümlədən bütün xalqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində apardığı müdrik siyasət məhz Qoşulmama Hərəkatının vahid yanaşması ilə üst-üstə düşür.

“Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən yanaşmalara qarşı mübarizə aparmağa, habelə dünyada və regionda sülhün, əmin-amanlığın carçısı olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə uğurla davam edəcək”, - deyən Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir

Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

MEDİA-nın İcraçı direktoru: Mediamız beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib

BDYPİ: Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri qaydalara qeyd-şərtsiz əməl etməlidirlər

Əhməd İsmayılov: Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib

“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

"Aktyorluğu öyrən" layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb

Xorvatiya millisinin sabiq futbolçusu: Keçmiş komanda yoldaşım Saşa İliçə Azərbaycanda uğurlar arzulayıram

Mingəçevirdə keçmiş məcburi köçkünlər hüquqi sahədə maarifləndirilib

Dağıstanda sudan zəhərlənən 100-dən çox insan xəstəxanaya çatdırılıb

Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlamaq məqsədilə komissiya yaradılıb

Honkonqda Kriştianu Ronaldu Muzeyi açılıb

Rusiyada əcnəbilərə səfərbərlik dövründə orduda xidmət etməyə icazə verilib

ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81 faizdir

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iclası keçirilir

Türkiyə XİN: Fransaya ölkədaxili hüququmuza hörmətlə yanaşmasını tövsiyə edirik

Bakı və Xaçmazda vətəndaşlara hüquqi yardım göstərilib

Energetika nazirinin İsmayıllıda keçiriləcək vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Avropa çempionu Qətərdə klubunu dəyişib

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib

Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

® “Azercell” telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

BMU-da yay imtahan sessiyası başa çatıb

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

Yağıntı və külək davam edir – FAKTİKİ HAVA

Petr Çexin oğlu Premyer Liqa klubu ilə müqavilə imzalayıb

BMT-nin Baş katibi: Əməkdaşlıq bəşəriyyətin ən böyük innovasiyasıdır

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

ANAMA işə qəbul elan edir

Bu gün klublararası dünya çempionatında ilk finalçı bəlli olacaq

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Dünya birjalarında neft ucuzlaşıb

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına Çexiyada hazırlaşır

Bu il magistraturaya qəbul imtahanında 32 nəfər 90 və daha çox bal toplayıb

Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

İtaliyada dəmiryolçular tətil edirlər

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Hərbi prokuror sərhədçilərlə birlikdə

Lənkəranda baş verən qəzada 20 yaşlı sürücü ölüb

Britaniyada fövqəladə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək

Oğuzda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar

Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür

ECO-nun Xankəndi Zirvə görüşü bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına əminlik yaratdı - ŞƏRH

ADY qatarları yay qrafikinə keçir

Tramp 14 ölkəni avqustun 1-dən etibarən ticarət tariflərinin artırılması ilə bağlı xəbərdar edib

Tədqiqat: Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

ABŞ Cənubi Koreya mallarına 25 faizlik idxal rüsumu tətbiq edəcək

Qahirədə diaspor mərkəzində Azərbaycan multikulturalizmindən danışılıb

Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi

Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA

“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

Stokholm damlarda qida məhsullarını yetişdirməyə və tullantılarla mübarizə aparmağa başlayır

Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın ədalətli və əsaslı tələblərinə qulaq asmalıdır

NYT: ABŞ-da yeni partiya yaratmaq Marsa adam göndərməkdən daha çətindir

Araşdırma: Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır

Məşhur usta Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

Yəməndə husilərin gəmiyə hücumu nəticəsində iki nəfər itkin düşüb

Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

Viktoriya Kobzeva-Qattal: Om-Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib

Azərbaycanla Pakistan arasında futbol sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib

Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub

“Qalatasaray” Viktor Osimhen ilə razılıq əldə edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib

Şərurda ərzaq mağazasında yanğın olub

ABŞ-ın nəhəng kimya məhsulları konserni Almaniyadakı bəzi istehsal sahələrini bağlayır

“Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda panel müzakirə təşkil olunub

Özbək analitik: ECO-nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir - MÜSAHİBƏ

Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib

İrandan Azərbaycana müxtəlif növ narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb

Azərbaycan “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” tədbirində təmsil olunub

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir

Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib