İDMAN
Azərbaycan çempionatında ikinci gün geridə qalmışdır
Bakı, 22 dekabr (AZƏRTAC). Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə 52, 56, 60, 64, 75, 91 və 91 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparan idmançılar rinqə çıxmışlar.
AZƏRTAC xəbər verir ki, 56 kq çəki dərəcəsinin əsas favoritlərindən olan Rəhim Nəcəfov ilk döyüşünü qələbə ilə başa vurmuşdur. O, Sumqayıt nümayəndəsi Tahir Allahverdizadəni 17:5 hesabı ilə məğlub etmişdir. 64 kq çəki dərəcəsində qələbəyə namizədlərdən olan Elnur Əliyev, Elnur Zeynalov və Mehdi Mehdiyev növbəti mərhələyə vəsiqə qazanmışlar. Əliyev “Təhsil” İdman Mərkəzinin üzvü Rauf Həmidovu minimal üstünlüklə məğlub etmişdir – 18:17. Mehdiyev “Turan” klubunun nümayəndəsi Anar Hüseynovu 11:4 hesabı ilə üstələmişdir. Zeynalov isə Şəmkir boksçusu Amil Cəfərovu üstələmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.12.2023 [18:31]
Azərbaycanlı futbolçu Ukrayna millisində oynamaq istəyir
- 04.12.2023 [17:47]
Bakıda FIA həftəsi başladı VİDEO
- 04.12.2023 [17:31]
UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi
- 04.12.2023 [15:41]
Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
- 04.12.2023 [15:39]
Azərbaycan Dünya Taekvondosunun qala gecəsində təmsil olunub
- 04.12.2023 [15:17]
Türk Dövlətlərinin Atletika Dərnəyi yaradılacaq
- 04.12.2023 [15:10]
Azərbaycanın həndbol millisi Avropa çempionatının hazırlığına başlayıb
- 04.12.2023 [15:04]