Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Bakı, 5 mart (AZƏRTAC). Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Vitezslav Pivonka ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov Vitezslav Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuş, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Bu xüsusda parlamentlərarası əlaqələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd edilmişdir.
Səfir Vitezslav Pivonka fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Diplomat etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [18:44]
Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB
- 24.06.2025 [18:38]