Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti: Avropa çempionatındakı təcrübə növbəti yarışlar üçün çox vacibdir - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti: Avropa çempionatındakı təcrübə növbəti yarışlar üçün çox vacibdir - MÜSAHİBƏ

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatının nəticələri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurdular. Cüdoçuların çıxışını necə qiymətləndirirsiniz?

- Cüdoçuların çıxışını ümumilikdə qənaətbəxş qiymətləndiririk. Bilirsiniz ki, milli komandamız 5 medal - 1 gümüş və 4 bürünc medal qazandı. Həmçinin bir 5-ci yer, bir də 7-ci yerimiz oldu. Ümumi götürsək, kişilərdən ibarət komandamızda 9 nəfərdən 7-si final blokunda çıxış etdi. Təbii ki, səhvlər də var. Bəzi idmançılarımız, xüsusilə 66 kiloqramda mübarizə aparan Ruslan Paşayev gözlədiyimizdən daha zəif çıxış etdi. 60 kiloqramda Turan Bayramov və 81 kiloqramda Ömər Rəcəblidən də yaxşı nəticə gözləyirdik. Təbii ki, iş prosesidir, səhvlər olur. Bundan sonrakı proseslərdə həmin səhvlərin aradan qaldırılması istiqamətində hərəkət edəcəyik. Nəzərə almaq lazımdır ki, bizim 2 əsas idmançımız - ötən ilin Avropa çempionları Hidayət Heydərovla Elcan Hacıyev müxtəlif səbəblərdən bu yarışda iştirak etmirdilər. Onlar iştirak etsəydilər, medallarımızın sayı daha da çox olardı. Qadınlardan ibarət komandadan medal gözləmirdik. Lakin ən azı bir idmançımızın, xüsusilə Fidan Əlizadənin 1/4 finala çıxması real idi. Onun tam üstün olduğu görüşdə sona saniyələr qalmış ipponla məğlub olması müəyyən dərəcədə bizi narahat edir. Bundan öncə də Fidan Bakıdakı “Böyük Dəbilqə” turnirində 2 görüşü - həm 1/4 final, həm də təsəllivericidə eyni qaydada uduzub. Öndə olduğu görüşü son saniyələrdə əldən verib. Eyni zamanda, biz qadınların mübarizəsində, xüsusilə aşağı çəki dərəcələrində (48 kiloqram və 57 kiloqram) potensialımızın olduğunu gördük. Bu sahədə qadınlardan ibarət komandamızın inkişaf etdirilməsi istiqamətində federasiya olaraq planlarımız öz yerində qalır. Biz bu sahəyə investisiya yatırmağa davam edəcəyik. Çalışacağıq ki, yaxın illər ərzində, ən azı Los-Anceles Olimpiadasına qədər rəqabətqabiliyyətli qadın komandası formalaşdıraq.

- Olimpiya çempionu Zelim Kotsoyev (100 kiloqram) finalda uduzmasaydı, qızıl medal da olacaqdı. Amma Zelim Paris Olimpiadasının finalında qalib gəldiyi gürcüstanlı rəqibinə bu dəfə məğlub oldu. Bu barədə nə deyə bilərsiniz?

- Bu idmandır, hər şey ola bilər. Zelim Kotsoyevlə İlya Sulamanidze karyeralarında 6 dəfə qarşılaşıblar. Hərəyə 3 qələbə qazanıblar. Zelim rəqibinə 2 böyük yarışda - 2023-cü il Avropa çempionatının və 2024-cü il Olimpiya Oyunlarının finallarında qalib gəlib. Bir dəfə isə məğlub olub. Bu isə Monteneqroda qeydə alındı. Əsas yarışlarda üstünlük Kotsoyevin tərəfindədir - 2:1. Zelim hələ də pik formasında deyil. Nəzərə almaq lazımdır ki, Olimpiya Oyunlarından 9 ay sonra ilk yarışı idi. İlya Sulamanidze isə Olimpiadadan sonra bu yarışa qədər bir neçə turnirdə iştirak etmişdi və daha hazırlıqlı idi. Hiss olunurdu ki, Gürcüstan komandası taktikanı bir az dəyişib. İlya bu görüşdə daha çox "2-ci nömrə" kimi güləşirdi, gözləmə mövqeyində idi və Zelimi əks-hücumlarda tutmağa çalışırdı. Buna da nail oldu. Amma mən deməzdim ki, Kotsoyev zəif təsir bağışlayırdı. Demək olar, bütün görüş ərzində təzyiq əsasən cüdoçumuz tərəfindən idi. Bu, normal haldır. İlya Sulamanidze güclü idmançıdır. Dünya reytinqdə 2-ci pillədə qərarlaşıb. Bütün bunları nəzərə alanda Zelim Kotsoyev üçün 9 ay sonra tatamiyə çıxıb Avropa çempionatı kimi mötəbər turnirdə gümüş medal əldə etmək yaxşı nəticədir deyə düşünürük. Lakin bu, Zelimi rahatlatmır, özünün də yarışdan sonra şəxsi "Instagram" hesabında qeyd etdiyi kimi, o hələ də yeni qələbələrə, yeni uğurlara acdır və bu istiqamətdə işləməyə davam edəcək.

- Yığmamız Avropa çempionatında ilk dəfə qarışıq komanda yarışında mübarizə apardı. Debütü necə qiymətləndirirsiniz?

- Qarışıq komanda yarışında debütümüz ümumilikdə, təbii ki, yaxşı alınmadı. Püşkatmaya əsasən, ilk görüşdə çox güclü Gürcüstan komandası ilə qarşılaşdıq. Əminəm ki, başqa komanda olsaydı, ən azı 1/4 final mərhələsinə yüksəlib, orada medallar uğrunda mübarizə apara bilərdik. Yəni, biz üçüncü yeri əldə edən Belçika və Almaniya yığmasından zəif komanda deyilik. İlk görüşdə qarışıq komanda yarışında Avropa çempionu olan Gürcüstan millisi ilə düşdüyümüzə görə bizə çətin oldu. Bilirsiniz ki, qarışıq komanda yarışlarında 3 kişi, 3 qadın idmançı çıxış edir. Açığı, bizim üçün ən vacibi kişi cüdoçuların üçünün də mütləq qələbə qazanması idi. Bu təqdirdə hesab ən azı 3:3 olardı. Belə olan halda püşk atılır. Püşkatmanın nəticəsinə əsasən, hansı çəki dərəcəsi çıxırsa, həmin idmançılar yenidən qarşılaşırlar. Orada qələbə qazanan cüdoçunun komandası qalib hesab olunur. Bizim taktika da ondan ibarət idi ki, hesabı 3:3 edib, daha sonra ən azı uğurlu püşkatmaya ümid edək. Bilirsiniz ki, Gürcüstan komandası kişilərdə də çox güclüdür. Baxmayaraq ki, bizim hesaba görə xüsusilə Zelim Kotsoyevin Quram Tuşişvili ilə görüşündə qazandığı vaza-ari xalını ippon kimi də dəyərləndirmək olardı. Lakin istənilən halda nəzərə almaq lazımdır ki, bizdə 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov, 90 kiloqramda Elcan Hacıyev çıxış edə bilmirdi. Bütün bunları nəzərə aldıqda bu, uzun müddətdən sonra ilk yarışımız idi. Uğurlu alınmasa da, hesab edirik ki, bu təcrübə növbəti yarışlar üçün çox vacibdir. Burada əldə olunmuş müəyyən informasiya və məlumatlar məşqçilər heyəti üçün də qarşıdakı turnirlərdə müvafiq düzəlişlər etməyə imkan verəcək.

- Zelim Kotsoyevdən başqa, bütün mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı oldular. Bununla bağlı da fikirləriniz maraqlı olardı...

- Əlamətdar haldır ki, əldə olunan 5 medalın hər biri ayrı-ayrı çəkilərdə qazanılıb. 7 çəki dərəcəsinin 5-də medalımız oldu. Nəzərə almaq lazımdır ki, bu çəkilərin hər biri olimpiya çəki dərəcəsi hesab olunur. Cüdo idman növündə qeyri-olimpiya çəkisi yoxdur. Bundan başqa, 5 medaldan 4-nü qazanan idmançılar ilk dəfə böyüklər arasında Avropa çempionatında fəxri kürsüdə yer aldılar. Bütün bunları nəzərə aldıqda çıxışı qənaətbəxş hesab edirik.

- Səhhəti ilə əlaqədar Avropa çempionatını buraxan Hidayət Heydərovun ümumi durumu necədir? Artıq məşqlərdə iştirak edir?

- Hidayət Heydərovun vəziyyəti yaxşıdır. Cüdoçumuz artıq müəyyən fiziki məşqlərə başlayıb və onun dünya çempionatına hazırlıq prosesinə start verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyası 2025-ci illə bağlı proqnozuna dəyişiklik edəcək

Azərbaycan və Avropa İttifaqı artıq yeni siyasi mərhələdədir - ŞƏRH

Diqqət niyə dağılır? - ARAŞDIRMA

Kanada bəzi ABŞ malları üçün gömrük rüsumunu ləğv edib

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib

Britaniyalı alpinist 19-cu dəfə Everestə qalxaraq yeni rekord müəyyənləşdirib

Rumıniyada prezident seçkilərinin nəticəsi məlum olub

Zehinlilik və narahatlıq arasındakı əlaqəyə yeni yanaşma tətbiq edilir - TƏDQİQAT

Azərbaycan Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V beynəlxalq polo turnirində təmsil olunur

Bayden xərçəng xəstəliyinin ağır formasına yoluxub

Polşada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri ilə görüşüb

Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb

Rumıniyada prezident seçkilərinin ikinci turunun “exit-poll” nəticələri açıqlanıb

“Qalatasaray” Türkiyə çempionu olub

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb VİDEO

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb VİDEO

“DOST Evi”nin benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunda olublar

Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO

Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO

Qurban Qurbanov: Sanki meydana çempion komanda çıxmamışdı

Baş məşqçi: Birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük

Şəki Dövlət Dram Teatrı məktəblilərə yeni tamaşa təqdim edib

Misli Premyer Liqasında XXXV tura yekun vurulub

Ədəbiyyat Muzeyi bu gün 3500-ə yaxın ziyarətçini qəbul edib

Zelenski: Müqəddəs Taxt-Tacın nüfuzu bu müharibənin sona çatmasında mühüm rol oynaya bilər

Cavanşir Feyziyev: Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə əhəmiyyətli beynəlxalq platformadır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Azərbaycan tarının sehrli gecəsi” Romada

Sudanda silahlıların hücumu nəticəsində 18-dən çox insan qətlə yetirilib

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Quba Soyqırımı Memorial Kompleksində "Açıq qapı" günü təşkil olunub

Mil-Muğan regionu üzrə 7 mindən çox VI sinif şagirdi monitorinqə cəlb olunub

Gürcüstanda bu il 212 nəfər İİV-ə yoluxub

AAF sürət avtomobillərinin sərgisini təşkil edib

Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub

Əminə Əliyeva dünya çempionu olub

İsveçdə Saami parlamentinə seçkilər keçirilir

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Moqadişoda intiharçının hücumu nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda yaralılar var

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Abituriyentlər BANM-in tədris prosesi barədə məlumatlandırılıb

Ömer Bolat: TDT ölkələri ilə iqtisadi əlaqələr Türkiyə üçün əhəmiyyətlidir

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

Dillər Universitetində "Terrakota ordusu. Çinin ölməz döyüşçüləri" virtual sərgisi təşkil olunub

Naxçıvanda VI siniflər üzrə monitorinq keçirilib

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“İnklüziv harmoniyalar - muzeydə rənglər və səslər” adlı tədbir-sərgi təşkil olunub

“Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik” - Milli Xalça Muzeyinin pərdə arxası

Ombudsman “İnsan hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb

Putin: Rusiya ABŞ-ın maraqlarına hörmətlə yanaşır və eyni münasibəti də özünə qarşı gözləyir

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir

Vatikanda Papa XIV Leonun andiçmə mərasimi keçirilir

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək

Milli Kitabxanada “Xalq şairi Rəsul Rza–115” adlı kitab sərgisi açılıb

Suriya hakimiyyəti silahlı qrupların vahid komandanlıq altında birləşdiyini elan edib

Türkiyəli nazir: Zəlzələlər nəticəsində evinin itirmiş vətəndaşların heç biri bu ilin sonunadək mənzilsiz qalmayacaq

Şabranda minik avtomobili yük maşını ilə toqquşub, iki nəfər ölüb

Ukraynaya rekord sayda dronla hücum edilib, ölən və xəsarət alanlar var

Bu xəstəlik cavanlaşır - Respublika QİÇS-lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Əziz Əliyev: Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Polşada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

Avstriya “Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

ABŞ-da Altsheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

İƏİT: Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub

"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub

Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Dəmir yollarının “şah damarı”nda VİDEO

Bakıdan Düşənbəyə sənət körpüsü: Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir