AZƏRBAYCAN CÜDOÇULARI MOSKVADA DÜNYA SUPERKUBOKUNDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycanın cüdo üzrə yığma komandası Moskvada dünya superkubokunda iştirak edəcəkdir.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yarışda ölkəmizi Ramil Qasımov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Mehman Əzizov, Elxan Məmmədov (hər ikisi 90 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova, Ramilə Usubova (hər ikisi 63 kq) və Gözəl Zutova (70 kq) təmsil edəcəklər.
Mayın 23-24-də keçiriləcək yarışda Azərbaycan yığması baş məşqçilər Ağayar Axundzadə, İbadulla Şabanov və məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi ilə çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]