Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan dilçiliyi: reallıqlar, tələblər” mövzusunda elmi konfrans

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) aprelin 5-də görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi: reallıqlar, tələblər” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan rektor Cəfər Cəfərov görkəmli alimin elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, ADPU-nun tanınmış, görkəmli, şöhrətli alimləri çoxdur. Onların arasında professor Əbdüləzəl Dəmirçizadə xüsusi yer tutur. Professor Ə.Dəmirçizadə Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib. O, Azərbaycan dili tarixinin ilk tədqiqatçısıdır. Görkəmli alimin ədəbi dilimizin tarixi haqqında elmi əsərləri Azərbaycan dilçiliyi tarixində böyük əhəmiyyət kəsb edir. Həyatını Azərbaycan dilinin tədqiqinə və təbliğinə həsr edən mahir tədqiqatçı Ə.Dəmirçizadə öz elmi qənaətlərini “Azərbaycan dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azəri ədəbi dilinin tarixi”, “Azərbaycan dilinin tarixi qrammatikası” və digər kitablarında təsdiq edib. Onun elmi-pedaqoji fəaliyyəti zəngin və çoxcəhətlidir. Böyük alimin fundamental elmi əsərlərinə ulu öndər Heydər Əliyev yüksək qiymət verib.

Konfransda filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynovanın “Əbdüləzəl Dəmirçizadə-110”, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyevin “Professor Əbdüləzəl Dəmirçizadə və ədəbi dilimiz” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə qeyd edilib ki, Ə.Dəmirçizadə Azərbaycan dilçiliyində məktəb yaratmış alimlərimizdən biridir. Onun həyatının və elmi axtarışlarının çox böyük hissəsi ADPU ilə sıx bağlı olub. Görkəmli alim Azərbaycan dil tarixini fundamental tədqiqata cəlb edərək tarixin müxtəlif mərhələlərinə məxsus dil hadisələrini öyrənib, türkdilli ailəyə mənsub olan Azərbaycan dilinin müqayisəli təhlilini aparıb, özünün qazandığı elmi nəticələrlə yanaşı, alimlər üçün yeni tədqiqat üfüqləri göstərib. O, haqlı olaraq hesab edirdi ki, dil canlı orqanizm olmaqla bərabər, özünün dərin qatlarında mənsub olduğu xalqın tarixini yaşadan ən başlıca amildir. Azərbaycan dilinin tarixi qrammatikasını araşdırarkən Ə.Dəmirçizadənin söykəndiyi mənbə XI əsrin ən böyük türkoloq-filoloqu, etnoqraf, ilk türk ensiklopediyaçısı və türkologiyanın banisi Mahmud Kaşğarinin əsərlərindəki dil nümunələri olub. Professor Ə.Dəmirçizadənin elmi araşdırmalarında üslubiyyat başlıca yer tutur. Dilçiliyimizdə üslubiyyatın fundamental tədqiqata cəlb edilməsi, öyrənilməsi işində o, birincilər cərgəsindədir. Alimin 1962-ci ildə nəşr etdirdiyi “Azərbaycan dilinin üslubiyyatı” adlı kitabı dilçiliyimizdə hadisə kimi qəbul edildi. Professor Ə.Dəmirçizadənin ədəbi dil ilə bağlı elmi qənaətləri, problemə yanaşma tərzi ibrətamiz idi. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəstxəti daha aydın görünür. Professor Ə.Dəmirçizadə həm də şərəfli müəllim ömrü yaşayıb. O, tələbələrin sevimli müəlliminə çevrilməyi bacarıb, uzun illər rəhbərlik etdiyi Azərbaycan dilçiliyi kafedrasını istedadlı tələbələrin elmi laboratoriyasına çevirə bilib. Ə.Dəmirçizadənin elmi rəhbəri olduğu namizədlik və doktorluq işlərinin sayı 50-dən çox idi. Tələbkar elmi rəhbərin rəyi ilə müdafiəyə buraxılan həmin işlər sonradan Azərbaycan dilçiliyində yeni elmi axtarışlara vüsət verirdi.

Görkəmli alim, böyük vətənpərvər Ə.Dəmirçizadənin Azərbaycan xalqı və elmi qarşısındakı xidmətləri heç vaxt unudulmur. Bakı şəhərindəki küçələrdən biri alimin adını daşıyır, vaxtilə yaşadığı binanın fasadına xatirə lövhəsi vurulub. Bu gün də Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr Ə.Dəmirçizadənin dərs vəsaitləri əsasında dilin əsaslarını öyrənir, tədqiqatçılar isə professorun kitablarından ən etibarlı mənbə kimi istifadə edirlər.

Professor Adil Babayev, professor Tərlan Novruzov, dosent Faiq Şahbazlı və filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva çıxışlarında professor Ə.Dəmirçizadəni yüksək təfəkkürə, zəngin təxəyyülə malik alim, qayğıkeş, nəcib, xeyirxah, müdrik, alicənab insan kimi səciyyələndiriblər.

Qeyd olunub ki, professor N.Xudiyev böyük alimin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyası” adlı monoqrafiya hazırlayıb. Monoqrafiyada alimin həyatı, yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti haqqında xatirə, düşüncə və mülahizələr öz əksini tapıb. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Nəbi Əsgərovdur.

Konfrans öz işini 3 bölmədə - Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair dövlət siyasəti, Azərbaycan dilçiliyinin aktual problemləri və nitq mədəniyyəti problemləri bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 60-dan çox məruzə dinlənilib. Məruzələr müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb