Azərbaycan dili fənninin tədrisi ilə bağlı müzakirələr aparılıb

Bakı, 1 aprel, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 38 və 227 nömrəli tam orta məktəblərdə “Azərbaycan dili fənninin tədrisi metodikası” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan dili və ibtidai sinif müəllimləri iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlim zamanı Azərbaycan dili fənninin tədris məqsədləri, ümumi təlim nəticələri, altstandart əsasında təlim nəticələrinin (dərsin məqsədinin) müəyyənləşdirilməsi mövzularında müzakirələr aparılıb, mövzulara dair praktik tapşırıqlar işlənilib. Eyni zamanda, iştirakçılar nümunə mətn üzərində işləyərək oxu prosesinin təşkili mərhələləri ilə tanış olublar və şagirdlərdə oxu bacarıqlarının inkişafına xidmət edən tapşırıqlar üzərində işləyərək tapşırığın hansı təlim nəticəsinin reallaşdırılmasına xidmət etdiyini müəyyənləşdiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [17:43]
AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır
- 09.07.2025 [17:36]
Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib
- 09.07.2025 [17:15]
DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib
- 09.07.2025 [17:08]
Tələbələrin köçürülməsi prosesinə start verilir
- 09.07.2025 [17:00]
BDU-da Türkiyənin Çağ Universitetinin rektoru ilə görüş olub
- 09.07.2025 [16:34]