ELM VƏ TƏHSİL
Azərbaycan dili imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Bakı, 13 may, AZƏRTAC
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə mayın 12-də keçirilən imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları (9 illik, 11 illik) Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.