Azərbaycan Dillər Universitetində “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda konfrans keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın imzaladığı əmrə əsasən konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri akademik Kamal Abdulladır.
Təşkilat komitəsinə daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmək, onların elmi səviyyəsinə diqqət yetirmək, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmək, həmçinin konfrans zamanı seçilmiş yüksək elmi tutumlu məruzələrin universitetin elmi jurnallarında dərc olunmasını tövsiyə etmək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]