Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda elmi seminar keçirilib. Tədbir ADU-nun beynəlxalq münasibətlər kafedrası və Siyasi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.

AZƏRTAC universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao seminarda çıxış edib. O, Tayvan məsələsinin tarixindən və Çinin mövqeyindən söhbət açaraq deyib: “Tarixi faktlar nöqteyi-nəzərindən Tayvan ta qədimdən Çinin ayrılmaz hissəsi olub və heç vaxt müstəqil ölkə olmayıb.

Tayvan boğazının hazırda bölünməsi ötən əsrin ortalarında Çində vətəndaş müharibəsi nəticəsində qalan yalnız tarixi məsələdir. Hüquqi sənədlər baxımından, 1971-ci il oktyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı sessiyasının qəbul etdiyi 2758 nömrəli qətnamədə aşkar və səhvsiz bunlar elan edilir: Çin Xalq Respublikasının bütün hüquqlarını bərpa etmək və Tayvanın nümayəndələrini BMT-də və onun bütün orqanlarında qanunsuz tutduqları hər yerdən dərhal qovmaq qərara alınıb. O vaxtdan Çinin BMT-də təmsil olunması məsələsi siyasi, hüquqi və prosedur baxımdan birdəfəlik həll olundu. BMT Katibliyinin rəsmi hüquqi qərarında aşkar göstərilib ki, “Tayvan Çinin əyaləti olaraq müstəqillik statusuna sahib deyil”. Xalqın iradəsi baxımından, Tayvan məsələsinin həlli və Vətənin yenidən tam birləşməsi Çin millətinin bütün oğul və qızlarının ortaq səyləridir. Bizim “Vahid Çin” prinsipi üzrə mövqeyimiz ardıcıldır, qətidir və dəyişməzdir.

Çinin tam birləşməsinin tarixi prosesini dayandırmaq mümkün deyil. Tayvan boğazında vəziyyət gərgin olaraq qalmaqdadır, belə ki, Tayvanın Demokratik Tərəqqi Partiyasının başçılıq etdiyi hakimiyyət orqanları “Vahid Çin” prinsipi ilə razılaşmaqdan imtina edir, Tayvan boğazının iki tərəfinin vahid Çinə mənsubluq status-kvosunu dəyişməyə çalışır, Tayvanın tarixini saxtalaşdırır və onun köklərini parçalayaraq “iki Çin” və “bir Çin, bir Tayvan” ssenarilərinin həyata keçirirlər. ABŞ-da bəzi qüvvələr Çinin dirçəlməsini dayandırmağa çalışır, “Tayvanın müstəqilliyi”nə tərəfdar olan qüvvələrin inkişafını təşviq edirlər. Həmçinin “Vahid Çin” prinsipini şübhə altına qoyur, beynəlxalq münasibətlərin əsas normalarını, Tayvan boğazında sülh və sabitliyi ciddi şəkildə pozurlar. Tayvan məsələsi müstəsna şəkildə Çinin daxili işidir, köklü maraqlarının əsasını təşkil edir, Çinin toxunulmaz qırmızı xəttidir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin dediyi kimi, “Heç kim Çin xalqının güclü əzmini və möhkəm iradəsini, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq qabiliyyətini qiymətləndirməməlidir! Çinin tam birləşməsi tarixi məsələsi həyata keçməlidir və sözsüz ki, həyata keçiriləcək!”. “Vahid Çin” prinsipi – bu, beynəlxalq icmanın ortaq anlayışı və Çinin diplomatik münasibətlər qurduğu bütün ölkələrlə ikitərəfli əlaqələrinin siyasi təməlidir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 32 il ərzində Azərbaycan tərəfi həmişə “Vahid Çin” prinsipini dəstəkləyir və “Tayvanın müstəqilliyi”nə qarşı çıxış edir.

Bu ilin əvvəlində Tayvan regionunda qondarma seçkilər günü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilk vaxtlar bəyanatla çıxış edərək, seçkiləri qınadı və Çin tərəfinə dəyərli siyasi dəstək göstərdi. Bir neçə gün bundan əvvəl Çin nümayəndə heyəti ilə yüksək səviyyəli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda qeyd edilən ədalətli mövqeni təsdiqlədi və Çinə onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi işində tam dəstəyini ifadə etdi. Çin buna görə səmimi-qəlbdən minnətdardır və öz növbəsində, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyi davam etdirəcək”.

Sonra ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Tayvan məsələsinə və Tayvan boğazının hər iki sahili arasındakı münasibətlərə, Tayvan probleminin və onun tədrici inkişafının səbəblərinə, qitə Çini və Tayvan arasında münasibətlərin siyasi-iqtisadi modelində dəyişikliklərə həsr olunmuş mühazirə ilə çıxış edib. Adanın regional və dünya siyasətinin müasir sistemində xüsusi vəziyyəti, ABŞ-ın Cənub-Şərqi Asiyada mövqeyi nəzərə alınmaqla Tayvan məsələsinin xüsusiyyətlərindən söhbət açan R.Abbasov qeyd edib ki, Tayvanın və qitə Çininin birləşdirilməsi məsələsi Çin millətinin böyük dirçəlişi barədə “Çin arzuları”nın reallaşması üçün zəruri şərtdir.

Seminarda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov, ADU-nun Siyasi Araşdırmalar Mərkəzinin direktoru Əli Məmmədov, dosent Aytən Mustafayeva Azərbaycan-Çin siyasi və iqtisadi əlaqələrinin uğurlu inkişafından söhbət açaraq xüsusi vurğulayıblar ki, Azərbaycan həmişə “Vahid Çin” prinsipinə tərəfdar və “Tayvanın müstəqilliyi”nin əleyhinə çıxış edib. Azərbaycan tərəfi bəşəriyyətin ortaq taleyinin icma konsepsiyasını yüksək qiymətləndirir, “Bir kəmər, bir yol”un birgə tikintisində fəal iştirak edir, Çinin qlobal təhlükəsizlik, qlobal inkişaf və qlobal sivilizasiya təşəbbüslərini dəstəkləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada Orta əsrlərə aid dəfinə tapılıb

Rişi Sunakın mühafizəçisi seçki tarixi ilə bağlı mərcə girdiyi üçün saxlanılıb

Avropa Komissiyası bir neçə ölkəni cərimələyə bilər

Ukrayna ilə Gürcüstan arasında bərə reysləri bərpa olunacaq

Britaniyada iqlim fəalları tarixə abidəni narıncı rəngə boyayıblar

Yunanıstanda yanğına görə 3 kənd təxliyə edilib

Avro 2024: Şotlandiya - İsveçrə matçında qalib müəyyənləşməyib

Tədqiqat: Yaşlı vaxtda fiziki məşqlər sağlamlığa müsbət təsir göstərir

Türk şirkəti Azərbaycanda zəlzələ risklərini modelləşdirməyi planlaşdırır

Bakı Təşəbbüs Qrupunun BMT-nin mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı keçiriləcək

Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazanıb

Almatıda “Aybın” gənclərin X Beynəlxalq hərbi-vətənpərvərlik toplanışına start verilib VİDEO

Cənubi Koreyada fövqəladə demoqrafik vəziyyət elan edilib

Ermənistan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının Almatı iclasında iştirak etməyəcək

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanatını yayıb

Keniyanın dövlət televiziyası neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən bəhs edən reportaj hazırlayıb

Füzuli-Ağdam yolunda baş verən qəzada iki nəfər ölüb

Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

Rusiya Prezidentinin KXDR-ə səfəri başa çatıb

Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb VİDEO

FHN-in nümayəndə heyəti Belarusda səfərdədir VİDEO

Naxçıvanda Qərbi Azərbaycanla bağlı yeni kitab və jurnalın təqdimatı olub

Sabirabadda yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub VİDEO

Mal-qaranın güzəştli sığortası başlayıb - sığorta haqqının 50 faizini dövlət ödəyir

RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır

Ukraynada hərbi polis yaradılır

Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib

Avro-2024: Xorvatiya-Albaniya oyununda qalib müəyyənləşməyib

Paytaxtda bəzi yollarda sıxlıq müşahidə olunur

Qurban Qurbanov: Çempionlar Liqasındakı ilk matça psixoloji baxımdan tam hazır olmağa çalışmalıyıq

Aİ Ukraynadan yumurta idxalına kvota və rüsumları bərpa edəcək

“Sabah”ın baş məşqçisi: Rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik

“Sumqayıt”ın baş məşqçisi: “Fehervar”la oyunda sərfəli nəticə əldə edib, səfərə rahat yollanmaq istəyirik

Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Çadda partlayış nəticəsində 9 nəfər ölüb, 46 nəfər yaralanıb

XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir VİDEO

Azərbaycan beynəlxalq multiidman turnirində 14 cüdoçu ilə təmsil olunacaq

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində günün sonuncu panel iclası təşkil edilib

® BYD: Elektrikli Avtomobillər və Sürətli İnkişaf

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşib

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusu müzakirə olunub

Xorvatiyanın sabiq Prezidenti: Daha yaxşı gələcək üçün biz siyasətçilər də əlimizdən gələni edirik

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur

TƏBİB: 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb

Yan Fişer: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə önəmli işlər görür

Rusiya XİN: Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir

Emmanuel Makronun nüfuzdan düşməsi onun partiyasından olan deputatlara mənfi təsir edir

Azərbaycanın iki avarçəkəni Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb VİDEO

Putin KXDR ilə hərbi-texniki əməkdaşlığın mümkünlüyünü istisna etmir

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub  YENİLƏNİB-2 VİDEO

Avropa Liqası: “Zirə”nin potensial rəqibi məlum olub

Riçard Verma: Biz Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik

Təhsilalanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır

Çempionlar Liqası: “Fənərbağça”nın rəqibi bəlli olub

Dövlət qurumları bloklanarsa, Makronun istefadan başqa hansı seçimi var?

Maimuna Mohd Şərif: İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir

Səfir: İtaliya COP29-da əsas qəhrəmanlardan biri kimi iştirak edəcək

İtaliyanın qida və içki sektorlarının təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilib VİDEO

Xəzər rayon prokurorluğunda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli Toplantı işini panel iclaslarla davam etdirir

“Bir, iki, bizimki” tamaşası Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib

Bakıda 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

Budapeşt Ursula Fon der Lyayenin namizədliyini dəstəkləməyəcək

Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili üzrə sənəd qəbulu başa çatır

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Valter Fast: Yüksək Səviyyəli 29-cu Toplantı fikir mübadiləsi üçün çox vacib tədbirdir

Balakəndə 4 ton çətənə kolu məhv edilib

Türkiyədə Ayasofya məscidinin elektron surəti yaradılıb

Həbib Mikayıllı: Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcək

Rusiya ATƏT Parlament Assambleyasının işində iştirakını dayandırmağı planlaşdırır

Azərbaycan ağırlıqqaldıranı 2 qızıl medalla Avropa çempionu olub

Qazaxıstanda neft-qaz sənayesinin dekarbonizasiyasına həsr olunan ilk konfrans keçiriləcək

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

“28 May” Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmirlə əlaqədar avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilir

Dövlət Komitəsinin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndələri ilə görüşüb

Balakən sakini çayda üzərkən boğulub

Azərbaycan klubu Fransa millisinin sabiq futbolçusunu transfer edib

BMT Baş katibinin müavini: Bəşəriyyətimiz hərəkətsizliyə və iqlimə görə fəlakətin astanasındadır

Bu ilin əvvəlindən 30 mindən çox xarici vətəndaş Rusiya ərazisindən çıxarılıb

Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb VİDEO

Yalçın Rəfiyev: COP29 komandası iyul ayında yeni beynəlxalq tədbir təşkil etməyi planlaşdırır

Mərdəkanda qətl törədilib

Hikmət Hacıyev: Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir VİDEO

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb

İsmayıl Serageldin: Azərbaycanın COP 29-a ev sahibliyi bizi məmnun edir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək

ÜST-ün Baş direktoru: İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır

Mark Rutte NATO-nun rəhbəri vəzifəsinə keçmək ərəfəsindədir

Avro-2024: Qrup mərhələsində II turun oyunları başlayır

Prezidentin köməkçisi: Fransanın militarizasiya siyasəti Ermənistanın daxilindəki revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək addımdır VİDEO

Bakı metrosunun “Bakmil” stansiyasında hərəkət cədvəli yenilənib

AEBA Baş direktorunun müavini: Bugünkü fəaliyyətimiz planetin gələcək nəsillərinin gələcəyini müəyyənləşdirəcək

Son beş ayda DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq

Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət sülh gündəliyinin irəli aparılmasına heç bir halda töhfə vermir VİDEO

DİN: İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib