AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRININ KOLLEKTİVİ MOSKVAYA QASTROL SƏFƏRİNƏ GEDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi mayın 11-dən 17-dək Moskva vilayətində qastrol səfərində olacaqdır.
Səfər çərçivəsində teatrın rus bölməsi aktyorlarının ifasında Dmitrov, Taldon və Dubka şəhərlərində teatrsevərlər rejissor Nicat Kazımovun quruluşunda Samuel Marşakın “Koşkin dom” (Pişiyin evi) və xalq artisti, rejissor Vaqif Əsədovun quruluşunda xalq yazıçısı İlyas Əfəndiyevin “Sojjennıye dnevniki” (Məhv olmuş gündəliklər) tamaşalarına baxmaq imkanı qazanacaqlar.
Əsas rollada İnna İmranova, Nelli Həsənova, Yelena Şetinkina, Günel Məmmədova, Nicat Kazımov, Elşən Rüstəmov, Yaqub Zeynalov, Rasim Cəfərov, Cavad Cabbarlı, Aleksey Saprıkin və başqaları çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]