Azərbaycan Dövlət İqtisad Universitetində “açıq dərs”lərə başlanılıb
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənc Müəllimlər Şurası “açıq dərs”lərə başlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Gənc Müəllimlər Şurası idarə heyətinin üzvü, texnoloji maşınlar və sahə avadanlığı kafedrasının dosenti Nurlanə Kərimova ilk dərsdə boru kəməri və onun təsnifatından danışıb.
Dərsdə boru kəmərlərinin əhəmiyyəti və istifadəsi məqsədləri, korroziyadan mühafizəsi üsulları, istismar müddəti, yüksək təzyiqli boru kəmərlərinin hesabatlarının aparılması qaydaları, qaz kəmərində təzyiq itkisi, maye və cismin boru üzrə hərəkəti məsələləri kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda Gənc Müəllimlər Şurası idarə heyətinin sədri, Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev müəllimin auditoriyada yüksək interaktivliyi təmin etməsini və müasir tədris metodlarından istifadədə yüksək professionallıq göstərməsini yüksək qiymətləndirib. O, auditoriyanın xüsusi marağına səbəb olan “açıq dərslər”in UNEC-in digər kafedralarında da təşkil olunacağını diqqətə çatdırıb.