Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında türkiyəli rəssamların əsərləri nümayiş olunacaq
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi keçiriləcək.
ADRA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Rəssamlıq Akademiyasının və Türkiyənin Tekirdağ şəhərində fəaliyyət göstərən “Baku Art” qalereyasının birgə təşəbbüsü ilə reallaşdırılacaq. Sərginin əsas təşkilatçıları Trakya Universitetinin dekanı, professor Melihat Tüzün və “Baku Art” qalereyasının rəhbəri Elvira Allahyarova Yüksəldir.
Sərginin əsas məqsədi iki dövlət arasında mədəni əməkdaşlığı genişləndirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək, onlara sahib çıxmaq və qrafikaya - kağızın sənətdə yeri və önəminə diqqəti cəlb etməkdir. Nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini əks etdirən süjet xətti də yer almaqdadır. Ümumilikdə sərgidə 19 türkiyəli rəssamın müxtəlif janr və texnikalarda işlənmiş 60-dan çox əsəri nümayiş olunacaq.
“İzlər” sərgisi aprelin 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:01]
AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]
Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]