Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan elmi son illər ərzində yüksək templə inkişaf edir

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm Gününə həsr olunan elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova Elmlər Akademiyasının yaranma tarixindən, Azərbaycanda Elm Gününün təsis olunmasından danışıb. Akademik qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycanda Elm Günü elan olunması respublikamızın elmi ictimaiyyətinə, onun nailiyyətlərinə verilən yüksək diqqət və etimadın göstəricisidir.

Akademik İradə Hüseynova Azərbaycan alimlərinin böyük bir qisminin əldə etdikləri elmi-tədqiqat nəticələri ilə dünya elmində böyük nüfuza sahib olan elm adamları sırasında dayandığını bildirib. Vitse-prezident bu günlərdə “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə keçirilən ilk onlayn görüşün əhəmiyyətinə toxunub. O, AMEA-da elmin kommersiyalaşdırılmasına xidmət edən qurumlardan olan Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən bu innovativ layihənin Azərbaycanda elm və texnologiyaların inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb. Alim STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 16 layihənin icra edildiyini xatırladaraq Azərbaycanın Cənubi Qafqaz regionunda, eləcə də MDB dövlətləri arasında Koreyanın təqdim etdiyi bu imkanlardan faydalanmış və ən çox layihə həyata keçirmiş ölkə statusuna sahib yeganə dövlət olduğuna diqqət çəkib. O, həmçinin bu kimi layihələrə AMEA-nın gənc tədqiqatçılarının cəlb olunmasının onlarda elmə marağın artırılması, gənclərin fəaliyyətlərinin stimullaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan xalqının minilliklər ərzində olduqca zəngin maddi və mənəvi irs ərsəyə gətirdiyini deyən vitse-prezident bu nümunələr arasında zəngin elmi əsərlərimizin xüsusi yerə sahib olduğunu vurğulayıb. İradə Hüseynova Azərbaycan Xalq Cümhuriyyəti dövrünün elmimizin inkişafındakı rolundan bəhs edərək məhz bu illərdə Bakı Dövlət Universitetinin yaradıldığını, gənclərin Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən qabaqcıl universitetlərə təhsil almaq üçün göndərildiyini bildirib. Akademik həmin illərdə Bakı Dövlət Universitetində fəaliyyət göstərən ilk bölmələrdən birinin Təbiətşünaslıq Bölməsi olduğunu diqqətə çatdırıb, 1923-cü ildə təsis olunmuş və ilk dəfə rəsmi olaraq elmi tədqiqatların aparıldığı Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində də Təbiətşünaslıq Bölməsinin fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, sonralar məhz bu cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılıb. İradə Hüseynova vurğulayıb ki, 1932-ci ildə bu institut əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb, 1935-ci ilin oktyabrında isə şöbə SSRİ Elmlər Akademiyası Azərbaycan filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci ildə qəbul etdiyi qərarla filial Azərbaycan Elmlər Akademiyası adlandırılıb.

“Azərbaycan elmi son illər ərzində yüksək templə inkişaf edir”, - deyən AMEA-nın vitse-prezidenti 1970-ci illərdən sonra elmimizdə əldə olunan ciddi elmi nəticələrdən söz açıb. Əlavə edib ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların əhəmiyyətli rolu olub: “Həmin dövrdə ümummilli lider Heydər Əliyevin qayğısı və himayəsi sayəsində Azərbaycan tədqiqatçılarının SSRİ-nin ən aparıcı universitetlərinə təhsil üçün göndərilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni institutların yaradılması bu istiqamətdə atılmış ən uğurlu addımlardandır”.

O bildirib ki, ulu öndər Heydər Əliyev 2003-cü il yanvarın 4-də Milli Elmlər Akademiyasının respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respublikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq xüsusi Fərman imzalayıb. Həmin Fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyən edilib.

“Ölkəmizdə elm sahələrinin tərəqqisi və təbliği, dünya elminə ardıcıl inteqrasiyası müstəqil Azərbaycan Respublikasının uğurla həyata keçirdiyi dövlət siyasətinin bir hissəsidir”, - deyən AMEA-nın vitse-prezidenti vurğulayıb ki, sonrakı illərdə “Elm haqqında” Qanunun qəbul edilməsi, elm festivallarının keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması, Gənclər üçün Prezident mükafatlarının təsis edilməsi, gənclərin fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif layihələrin icra olunması elmin inkişafına yönəlmiş vacib tədbirlərdəndir. Alim bu məqsədlə Akademiyada genişmiqyaslı və məqsədyönlü islahatların həyata keçirildiyini, yeni institutların yaradıldığını, o cümlədən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəaliyyətə başladığını bildirib. O, bununla yanaşı, elm və təhsilin inteqrasiyasının genişləndirilməsinin, dünyanın aparıcı elmi mərkəzlərində aparılan tədqiqatlara, Dördüncü Sənaye İnqilabının çağırışlarına müvafiq araşdırmaların aparılmasına üstünlük verilməsinin, eləcə də alınmış elmi nəticələrin istehsalatda tətbiqinin həyata keçirilməsinin zəruri tədbirlər sırasında olduğunu vurğulayıb.

Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov “Avtofaqiya - hüceyrədaxili resirkulyasiya sistemidir” mövzusunda elmi məruzə ilə çıxış edib. Bildirib ki, genetik proqramlaşdırılmış, təkamül prosesində sabit saxlanılmış proses olan, uzunmüddətli yaşayan hüceyrə zülallarını və orqanoidlərin parçalanmasını həyata keçirən avtofaqiya normal inkişaf üçün zəruridir və ətraf mühitin dəyişkən amillərinə cavab verir.

“Son onilliklərdə avtofaqiyanın molekulyar genetikası və həmin prosesdə iştirak edən zülalların funksiyalarının öyrənilməsi sahəsində genişmiqyaslı tədqiqatlar aparılır”, - deyən Şahniyar Bayramov bu istiqamətdə əldə olunmuş yüksək elmi nəticələrdən bəhs edib. Onun sözlərinə görə, 2016-cı ildə Yaponiyanın Tokio Texnoloji İnstitutunun professoru Yesinori Ohsumi avtofaqiyanın molekulyar mexanizmlərinin aydınlaşdırılmasına görə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb.

Məruzəçi qeyd edib ki, avtofaqiya prosesi eukariot hüceyrələrin əksəriyyəti tərəfindən sitoplazmanın bir hissəsinin, o cümlədən zədələnmiş orqanoidlərin, böyük zülal komplekslərinin və aqreqasiya olunmuş zülalların lizosomda parçalanmasının həyata keçirilməsində istifadə olunur. Xərçəng xəstəliyindən əlavə, avtofaqiya bir çox xəstəliklərdə, o cümlədən bakteriya və virus infeksiyalarında, neyrodegenerativ pozğunluqlarda və bəzi miopatiya və ürək-damar xəstəliklərində əhəmiyyətli rola malikdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ