Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu təşəbbüslərinə töhfə verəcək - MÜSAHİBƏ

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu təşəbbüslərinə töhfə verəcək - MÜSAHİBƏ

Bakı, 11 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dünyada sənayenin və yeni texnologiyaların inkişafı ilə əlaqədar olaraq yaranan ekoloji problemlərin həlli dövlətləri düşündürməyə bilməz. Su qıtlığı, atmosferin çirklənməsi, münbit torpaqların səhralaşması, qlobal isinmə kimi problemlərin qarşısı alınmasa gələcəkdə bütün planetimiz fəlakət qarşısında qala bilər.

Azərbaycan həmişə qlobal xarakter daşıyan məsələlərə diqqətlə yanaşaraq, meydana çıxan problemlərin həllində iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan yaşıl enerjiyə keçid dövrünə qədəm qoyub. Ölkəmizdə külək, günəş və yeni su elektrik stansiyalarının tikintisi davam edir və istehsal olunacaq yaşıl enerjinin ixracı da nəzərdə tutulub. Bunun üçün Azərbaycanın böyük potensialı var və bu potensialdan səmərəli istifadə etmək dövlətimizin prioritet xəttidir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu toplantısının cari ilin noyabrında Bakıda keçirilməsi də təsadüfi xarakter daşımır.

Enerji keçidi, bunun səmərəsi və perspektivləri haqqında AZƏRTAC-ın suallarını “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyin sədri, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli cavablandırıb.

- Enerji keçidi nədir və vətəndaş cəmiyyəti uğurlu enerji keçidinin təmin edilməsinə necə töhfə verə bilər?

- Ənənəvi tükənən yanacaqdan bərpaolunan enerjiyə keçid artıq real zərurətdir. Bir tərəfdən ətraf mühiti qorumaq daha təmiz enerji mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən mədən yanacaqlarının (kömür, neft və qaz) yandırılması istixana qazlarının atmosferə buraxılmasına ən böyük töhfədir. Bu, qlobal istiləşməyə və ekstremal hava hadisələrinə səbəb olur. Külək, günəş və su enerjisi kimi bərpaolunan enerji mənbələrinə keçid Paris Sazişinə uyğun olaraq bu təsirləri yumşaltmaq və qlobal temperatur artımını məhdudlaşdırmaq üçün vacibdir. Enerji keçidi karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mədən əsaslı sistemlərdən (neft, kömür və qaz) bərpaolunan enerji mənbələrinə (günəş, külək və hidroenergetika kimi) qlobal keçidi nəzərdə tutur. Bu dəyişiklik iqtisadiyyatları karbonsuzlaşdırmaq, enerji təhlükəsizliyini artırmaq və davamlılığı təşviq etmək üçün vacibdir. Paris Sazişinin şərtlərinə görə, Avropa İttifaqı 2030-cu ilə qədər istixana qaz tullantılarının (“Greenhouse gas emissions”) 1990-cı illə müqayisədə ən azı 40 faiz azaldılmasını öhdəlik kimi götürüb. 2050-ci ildə isə sıfır tullantıya (“Net-zero greenhouse gas emissions”) nail olunmalıdır. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də əsas hədəfi məhz iqlim dəyişikliyi və təmiz enerjiyə nail olmaqdır. İqlim dəyişikliklərinin sürətlənməsi və ardıcıl, davamlı xarakter alması, onun neqativ nəticələrinin həyatın bütün sahələrində hiss olunması enerji keçidini əsas qlobal çağırışa çevirib. Azərbaycan da bu proseslərin tərkib hissəsidir. 2016-cı ilin oktyabrında Milli Məclis Paris Sazişini ratifikasiya edərək 2030-cu ilə 1990-cı illə müqayisədə istixana qaz tullantılarını 35 faiz azaltmağa dair öhdəlik götürüb. Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır. Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir.

Ölkəmizdə enerji keçidi enerji təhlükəsizliyi, enerji müstəqilliyi, enerji təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsi, həmçinin ekoloji təhlükəsizliyin təmini kimi faktorların hər biri nəzərə alınmaqla mərhələli və təmkinlə həyata keçirilən prosesdir. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ölkəmizin ümumi qoyuluş gücündə payının ən az 30 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub. Yaşıl enerjidən istifadənin genişləndirilməsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş milli prioritet istiqamətdən biri kimi müəyyənləşdirilib. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu istiqamətdə bir çox mühüm tədbir nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir.

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu istiqamətdə təşəbbüslərinə töhfə verir. Belə ki, Azərbaycan “Xəzər-Qara dəniz-Avropa İttifaqı” Yaşıl Enerji Dəhlizi vasitəsilə Aİ üzvü ölkələrin enerji təchizatının yaşıl elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə kömək edəcək. Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər yaşıl enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi, yaşıl hidrogenin istehsalı və ixracı üzrə də əməkdaşlığı əhatə edir. “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan isə bu dəhlizin əsas resurs ölkəsi kimi çıxış edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, müasir çağırışları və riskləri nəzərə alan strateji baxışının nəticəsi olaraq ölkəmiz uğurlu enerji keçidi üçün yaxşı start imkanlarına malikdir və indi atılan addımlar gələcəkdə bu istiqamətdə liderliyi saxlamağa zəmanət verir. Vətəndaş cəmiyyəti enerji keçidi ilə əlaqədar təşəbbüslərin irəli sürülməsi və dəstəklənməsində fəal rola malikdir. Məhz ictimai maarifləndirmə və məlumatlandırma missiyası vətəndaş cəmiyyətinə məxsusdur. Yaşıl enerjiyə kütləvi tələbatın yaradılması üçün bərpaolunan enerji, enerji səmərəliliyi və davamlı istehlakın faydaları haqqında ictimaiyyətin maarifləndirilməsi əsas fəaliyyət istiqaməti kimi nəzərdən keçirilə bilər. Vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri də hökumətləri və şirkətləri hesabatlı saxlamaqdır. Monitorinqlər, araşdırmalarla vətəndaş cəmiyyəti hökumətləri və korporasiyaları yaşıl keçidlə bağlı öhdəliklərinə görə məsuliyyətli edir. Bu proses bütün maraqlı tərəfləri müstəqil dəyərləndirmə ilə təmin etməkdir.

- Sadə vətəndaşlar, cəmiyyət üçün enerji keçidinin əhəmiyyəti nədir və fərdlər bu prosesi necə dəstəkləyə bilərlər?

- Enerji keçidi sağlamlığın yaxşılaşdırılması, enerji təhlükəsizliyinin artırılması, iqlim dəyişikliyinin azaldılması və “yaşıl sənaye”lərdə iş yerlərinin yaradılması üçün çox vacibdir. Sadə insanlar üçün bu, daha təmiz hava, daha sabit enerji qiymətləri və daha sağlam ətraf mühit deməkdir. Keçid daha da bahalaşan və ekoloji cəhətdən zərərli olan, bərpaolunmayan mənbələrdən asılılığı azaldacaq. İnsanlar enerji keçidini öz fərdi təşəbbüsləri, enerji istehlakının azaldılması, enerjiyə qənaət, icmalar səviyyəsində alternativ enerjiyə keçidin dəstəklənməsi, günəş panellərindən, külək enerjisindən istifadə, ətraf mühit və yaşıl enerjinin inkişafına üstünlük verən şirkətlərin, qərarların dəstəklənməsi ilə töhfə verə bilərlər. Həmçinin ictimai nəqliyyat, velosiped və ya elektrik nəqliyyat vasitələrinə üstünlük vermək də yaxşı töhfə sayıla bilər. Hər birimiz ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid prosesində məsuliyyətimizi başa düşməliyik. Fərdlər səviyyəsində bu fəaliyyətləri dəstəkləməklə öz töhfəmizi verərək dünyamızı qoruyuruq, “yaşıl gələcəy”ə zəmanət vermiş oluruq. Vətəndaş cəmiyyətinin əsas fəaliyyətlərindən biri məhz fərdlər səviyyəsində “yaşıl məsuliyyəti” artırmaqdır.

- Ev sahibi ölkə kimi Azərbaycanın COP29 prioritetləri hansılardır?

- Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Azərbaycan ambisiyaların artırılması, eləcə də yaşıl təşəbbüslərin maliyyələşdirilməsini prioritet kimi görür. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi COP29 qarşıdurma arenası olmayacaq, Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycanın ev sahibi vəzifəsini layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi bütün maraqlı tərəflər bəyan edirlər. COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa da imkan verəcək, iqlim dəyişmələri ilə mübarizədə yeni qlobal təşəbbüslərin əsasını qoyacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Türkiyə ordusu bu il İraq və Suriya ərazisində 2 mindən çox terrorçunu məhv edib

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistana səfərə gedib

“Trendyol Group”un baş direktoru: Texnologiyalar və innovasiyalar üzrə regionun lideri olan Azərbaycan bizim üçün mühüm bazardır

Ankarada Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub

“Sabah”ın basketbolçusu Avropa Kubokunun tarixinə düşüb

Bioloji parçalana bilən materiallara niyə üstünlük verilir?

Çin demoqrafik dəyişiklikləri ümummilli səviyyədə öyrənəcək

Rəsmi Vaşinqton bölgədə gücə çevrilmək üçün Azərbaycana qarşı sanksiya təzyiqini yenidən işə salıb – ŞƏRH

Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb

Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

Nazir müavini: Açıq məlumat platforması hökumət məlumatlarına çıxışı daha da genişləndirəcək

Azərbaycanın ilk professional bərpaçı-rəssamının 95 illik yubileyi qeyd olunub

Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

Estoniyalı yarımmüdafiəçi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

2025-ci ilin uğurlu təməli

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

Xocalıya videoqrafların infoturu təşkil olunub VİDEO

Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmi Beyrutdan yola çıxıb

Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının MDB səviyyəsində təsdiqi ŞƏRH

Hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq, şimşək çaxacaq - Proqnoz

Baş katib: Beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə ən vacib alətlərdən biridir

Bakıda yeni parklanma məntəqələri istifadəyə verilib

Ras Əl-Xayma – dağların ətəyində dəniz incisi

İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib

Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb

Fransa hökuməti sərt iqtisadi tədbirləri nəzərdə tutan 2025-ci il büdcəsini təqdim edəcək

BMT rəsmisi: İqlim məsələsində 8 milyard insanın gözləntisini həyata keçirmək üçün qlobal əməkdaşlıq lazımdır

“SİMA Token”in onlayn sifarişi mümkün olub

İqlim Fəaliyyəti üzrə Komissar: Elmi araşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir

Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizədə cəmiyyətin bütün təbəqəsinin iştirakını gözləyirik

Dünya çempionatı: Azərbaycan minifutbol millisi bürünc medal oyununa çıxacaq

® Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görülüb!

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

Yurgen Henn: Azərbaycan millisinin heyətində sürətli və keyfiyyətli futbolçular çoxdur

Naxçıvanda hərrac yolu ilə bələdiyyələrin hesabına daxilolmalar artıb

Baş prokurorun müavini: Bugünkü imtahanda 50 vakant yer üzrə 300-dən çox namizəd iştirak edir

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

Firdaous Oussidhoum: İqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür

Estoniya millisinin futbolçusu: Azərbaycanla oyunda xal qazanmaq üçün real şansımız var

Zəngin karbohidrogen yataqları olan Azərbaycanın yaşıl keçidə önəm verməsi bir çox dövlətlər üçün nümunə ola bilər - ŞƏRH

Braziliyalı nazir müavini: Gələcək üçün çoxtərəfliliyi təşviq etməliyik

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilir

Doqquz ayda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,7 milyon manat ödənilib

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçirib

Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir

Baş icraçı direktor: Regionun böyük iqtisadi oyunçularından biri olaraq, biz üzərimizdə məsuliyyət hiss edirik

AHİK ilə “YAŞAT” Fondu arasında mövcud əməkdaşlığın perspektivləri müzakirə edilib

Ötən il Bakıda məişət zorakılığı ilə bağlı 605 zərərçəkmiş qeydə alınıb

Ağdamda pendir istehsalı müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Saymon Stil: COP29 çərçivəsində yeni həll yolları tapmaq istəyirik

Laçının 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran məqamlardan biridir

SOCAR “Yokogawa Europe B.V.” ilə dekarbonizasiya üzrə əməkdaşlığı müzakirə edib

COP28-in Prezidenti: İnvestisiyalar karbonsuzlaşmağa yatırılmalıdır

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının 82-ci sessiyasında təmsil olunub

COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək 

Prezident İlham Əliyev: Milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik

Azərbaycanda vətəndaş və qurumlar arasında münasibətlərdə rol oynayan sahələrin 35 faizi rəqəmsallaşdırılıb

Mikayıl Cabbarov: Enerji məfhumu artıq ənənəvi yanacaq mənbələrindən bərpaolunan mənbələrə keçməkdədir

Mülki Kollegiyanın sədri: Məişət zorakılığı qlobal məsələdir

Millətlər Liqası: İtaliya Belçikanı, İngiltərə Yunanıstanı sınağa çəkəcək

Bölgələrdə kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb

Şərqşünaslıq İnstitutunun kollektivi professor Aida İmanquliyevanın xatirəsini anıb

Yalçın Rəfiyev: COP29 iqlim dəyişikliyi problemində praktiki həllər tapmağa imkan yaradır

Pre-COP29 tədbirinin iştirakçılarına

Xına rəngli dağlar, italyan turist, Nuhun dilində danışan adamlar - REPORTAJ

“İsveç demokratları” liderinin toy məclisində cinayətkar təşkilatın nümayəndəsi iştirak edib

Milli Müdafiə Universitetində "Çin dili" kursu açılıb VİDEO

Muxtar Babayev: Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirik

Aqrar İnnovasiya Mərkəzinin direktoru: Məhsuldarlığın əldə edilməsində sertifikatlı toxum önəmli amildir

Nazir: Biz qoyulan investisiyaların qarşılığını görmüşük

Anar Bağırov: Məişət zorakılığının qarşısının alınması kompleks yanaşma tələb edir

Nabil Munir: COP29 iqlim problemləri istiqamətində görülən işlərə nəzər salmağa imkan yaradan platformadır

Şəhid ailələri üzvləri və müharibə veteranlarına ödənilən müavinət və təqaüdlərin məbləği açıqlanıb

“Milton” qasırğası Floridada azı iki nəfərin həyatına son qoyub YENİLƏNİB

“Euronews” telekanalı COP29 komandası barədə süjet yayımlayıb

Ailədaxili zorakılıq halları təkcə bir ailəni deyil, bütövlükdə cəmiyyəti təhlükə altında qoyur

Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün yarımfinal oyununa çıxacaq

Bahar Muradova: Məişət zorakılığı üzrə altı qanuna və beş fərmana dəyişikliklər edilib

Yunanıstan millisinin 31 yaşlı futbolçusu evində ölü tapılıb

Oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günüdür

“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

Futzal üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

Nazir: Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

Güclü geomaqnit qasırğası başlanır

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Bakı hava limanında FHN-lə birgə yanğın təhlükəsizliyi üzrə təlim keçirilib

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

Dünya birjalarında neft bahalaşıb

Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir

Naxçıvanda 8 ayda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib

® “Caspian Energy Club” üzvləri “Food City Agrocomplex”ə təşkil olunan “Business Tour”da iştirak ediblər

DİN: Ötən gün 30 cinayətin üstü açılıb

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək