Azərbaycan futbol ailəsinin 70 mininci üzvü

Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb.
AZƏRTAC xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 70 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 70 mininci üzvü bu ildən etibarən təşkil olunmuş U-10 Liqasında çıxış edən Bərdə Uşaq-Gənclər İdman Məktəbi komandasının üzvü, 2007-ci il yanvarın 6-da anadan olmuş Hasib Teymur oğlu Mustafazadədir.