İDMAN
Azərbaycan güləşçisi Xetaq Qazyumov London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdır
Bakı, 12 avqust (AZƏRTAC). Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir final mərhələsində belaruslu Ruslan Şeyxovu yarışdan kənarlaşdıran sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) dörddəbir finalda Valeri Andritsevə (Ukrayna) məğlub olmuşdur.
V.Andritsev yarımfinalda Reza Mohammed Ali Yazdaniyə (İran) qalib gəlmişdir. Ukraynalı güləşçinin finala yüksəlməsi və iranlı idmançının zədələnməsi X.Qazyumovun birbaşa bürünc medal uğrunda mübarizə aparması ilə nəticələnmişdir.
Üçüncü yer uğrunda görüşdə güləşçimiz Tacikistan idmançısı Rüstəm İsgəndəriyə qalib gələrək London Yay Olimpiya Oyunlarının bürünc medalını qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [18:15]
“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb
- 09.12.2023 [17:55]
Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
- 09.12.2023 [17:08]
Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub
- 09.12.2023 [16:11]
Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş
- 09.12.2023 [16:07]
FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib
- 09.12.2023 [15:19]
Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV
- 09.12.2023 [15:17]