Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan haqqında növbəti təqdimat Qunma Qızlar Universitetində böyük maraqla qarşılanmışdır

Tokio, 14 yanvar (AZƏRTAC). Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayilzadə Qunma prefekturasının Qızlar Universitetində ölkəmiz haqqında təqdimatla çıxış etmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin professoru Toru Anzai bildirmişdir ki, Azərbaycanın qazandığı uğurlar Yaponiya ictimaiyyəti tərəfindən də maraqla izlənilir. Tədbirin məqsədi son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycan haqqında daha ətraflı məlumatların əldə edilməsidir.

Sonra Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, tarixi, əhalisi, təbiəti, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə ətraflı danışmışdır. Səfir dinləyiciləri 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkiləri haqqında da məlumatlandırmışdır. Bildirmişdir ki, seçkilər azad, ədalətli və şəffaf, bir sıra beynəlxalq təşkilatların və müstəqil müşahidəçilərin də qeyd etdikləri kimi, qanun pozuntusu olmadan, demokratik şəraitdə keçirilmiş, Azərbaycan xalqı səsvermə prosesində fəal iştirak etmişdir.

Diplomat Azərbaycanın dövlətçilik ənənələrindən, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin yaradılmasından, qadınlara seçki hüququnun verilməsindən danışmışdır. Dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 23 ildə Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə gücləndiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Azərbaycanda son illər həyata keçirilən islahatlardan danışan səfir Gürsel İsmayılzadə vurğulamışdır ki, dövlətimizin başçısı tərəfindən atılmış müvafiq addımlar nəticəsində ölkəmiz sabit siyasi sistemə malik demokratik dövlətə çevrilmişdir. Uğurlu iqtisadi siyasət son illərdə ümumi daxili məhsulun bir neçə dəfə artmasına səbəb olmuş, ölkəyə sərmayə qoyuluşu üçün əlverişli mühit yaradılmışdır. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğu bildirilmişdir. Təqdimatda Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılmış, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanmışdır.

Azərbaycanda aparılan böyük quruculuq işlərindən, infrastruktur layihələrdən danışan səfir ölkəmizdə turizmin inkişafı haqqında da geniş məlumat vermişdir.

Tədbirdə Azərbaycanın tarixini və mədəniyyətini, incəsənətini, mətbəxini, rəqslərini, xalçalarını, turizm potensialını əks etdirən videofilm nümayiş etdirilmişdir.

Gürsel İsmayılzadə iki xalq arasında əlaqələrin genişləndirilməsində gənclərin böyük rol oynadığını qeyd edərək Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində yapon dilinin tədris olunduğu, azərbaycanlı gənclərin Yaponiyanın bir sıra universitetlərində təhsil aldıqları barədə məlumat vermişdir.

Azərbaycanda tarixən qadınlara xüsusi hörmət və ehtiramla yanaşıldığı, onların cəmiyyətin həyatında fəal mövqe tutduğu qeyd edilmiş, tanınmış xanımlarımızın adları diqqətə çatdırılmışdır. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında ətraflı məlumat verilmişdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən də ətraflı söhbət açılmışdır.

Diplomat, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın ərazisinin 20 faizinin işğal olunması, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında məlumat vermişdir.

Təqdimatın sonunda səfir Gürsel İsmayılzadə tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırmış, xatirə şəkli çəkdirilmişdir.

“İRS” jurnalının yapon dilində nəşr edilmiş dördüncü nömrəsi tədbir iştirakçılarına paylanılmışdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

Bu gün görkəmli şair Zeynal Xəlilin anadan olmasından 111 il ötür

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib