AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN “SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMININ TƏDBİRLƏRİNDƏ FƏAL İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama əsasən, “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində iyunun 11-dən 15-dək Almaniyanın Frankfurt şəhərində “Münaqişə zamanı beynəlxalq hüquq” mövzusunda kurs, iyunun 11-dən 22-dək Türkiyənin Konya şəhərində “Anadolu qartalı-2007” təlimi, iyunun 13-dən 14-dək Almaniyanın Ramştayn şəhərində “Kooperativ Arcer-2007” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.