AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində mayın 19-da Belçikanın paytaxtı Brüsseldə PAP-ın müzakirəsi üçün yekun iclas, mayın 19-dan 26-dək Bakıda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi OCC bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi üzrə” təlim keçirilir.
Mayın 20-dən 22-dək Kişinyov şəhərində Cənubi Qafqaz və Moldova “Clearing House” konfransı, mayın 20-dən 23-dək Makedoniyanın Ohrid şəhərində NATO Hərbi Komitəsinin işçi qrupunun qeyri-rəsmi görüşü, Bakıda “NATO-nun Madriddəki Quru Qoşunları Komponent Komandanlığı Qərargahının Mobil Təlim Qrupu tərəfindən QQ-nin rabitə və informasiya sistemləri mövzusunda təlim” kursu keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]