İDMAN
Azərbaycan idmançısı buzadırmanma üzrə beynəlxalq yarışların finalında mübarizə aparacaqdır
Bakı, 28 yanvar (AZƏRTAC). Rumıniyanın Buşteni şəhərində keçirilmiş buzadırmanma üzrə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən Ramay Rəhimxanov finala vəsiqə qazanmışdır.
Lakin dırmanma divarındakı buzun əriməsi səbəbindən final yarışları təxirə salınmışdı.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, buzadırmanma üzrə yarımçıq qalmış final yarışlarının yanvarın 31-dən fevralın 1-dək Fransanın Vanoise və ya fevralın 7-dən 9-dək İtaliyanın Rabenstein şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.