Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA ETİBARLI TƏRƏFDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ DAHA DA İNKİŞAF EDİR VƏ MÖHKƏMLƏNİR
ABŞ-AZƏRBAYCAN TİCARƏT PALATASINDA RƏSMİ QƏBUL

Xəbər verdiyimiz kimi, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ilə əlaqədar ABŞ-Azərbaycan Ticarət Palatası oktyabrın 23-də “Uiliard İnterkontenental” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir. Qəbulda Vaşinqtonun yüksək səviyyəli bir sıra rəsmiləri, o cümlədən Missuri ştatını təmsil edən konqresmen, xanım Karen MakKarti, müdafiə nazirinin Avrasiyada təhlükəsizlik siyasəti üzrə müavini Mira Rikardel, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, səfir Rudolf Perina, habelə Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri doktor Fred Star, Eyzenhauer İnstitutunun başçısı Suzan Eyzenhauer, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin təmsilçiləri iştirak edirdilər.

Əvvəlcə ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Rza Vəziri çıxış etdi.

ABŞ-AZƏRBAYCAN TİCARƏT PALATASININ HƏMSƏDRİ RZA VƏZİRİNİN ÇIXIŞI

Möhtərəm İlham Əliyevin iştirakı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının şam yeməyində sizin hamınızı və hər birinizi salamlayıram. Bu qəbul onun bizim ölkəyə səfərinə həsr olunubdur. Bugünkü əziz qonaqlarımız konqres üzvü Karen MakKartini, dostlarım səfir Hafiz Paşayevi, səfir Yaşar Əliyevi, doktor Fred Starı və müdafiə nazirliyindən xanım Mira Rikardeli xüsusi salamlayıram.

Burada tanınmış ABŞ biznesmenləri və eləcə də onların azərbaycanlı həmkarları iştirak edirlər. Eyni zamanda çox şadam ki, buraya elmi işçilər, düşünən beyinlər, ABŞ hökumətinin nümayəndələri, xarici ölkə nümayəndələri və diplomatlar təşrif buyurublar.

ABŞ və Azərbaycan eyni dəyərləri qiymətləndirirlər. Bir sıra məsələlərə baxışları eynidir. Hər iki ölkə ayrı-ayrılıqda və birlikdə işləyərək, öz ölkələrinin vətəndaşlarına iqtisadi və siyasi sabitlik gətirmək əzmindədirlər. ABŞ-Azərbaycan Ticarət Palatası böyük məmnuniyyətlə bu şəraiti yaradır ki, adı çəkilən mövzular haqqında danışılsın və müzakirələr aparılsın.

Bu axşam imkanımız olacaq ki, həm Amerika, həm də Azərbaycan tərəfini dinləyək.

Möhtərəm konqresmen xanım MakKarti və möhtərəm İlham Əliyev çıxışlarını bu mövzulara ünvanlayacaqlar. Bu imkandan istifadə edərək, möhtərəm qonağımız İlham Əliyevə Vaşinqton səfərinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Sizin hamınıza məlum olduğu kimi, cənab Əliyev Azərbaycanın uğurlu neft siyasətində müstəsna rol oynamışdır. Onun bu rolu Azərbaycanın iqtisadi inkişafına nəzərəçarpacaq töhfə vermişdir. Siyasi səhnədə İlham Əliyev həm partiyada, həm parlamentdə, həm də beynəlxalq aləmdə özünü əla göstərmişdir.

Azərbaycanda və ölkədən kənarda bir çoxları onun sosial sahədə və xüsusilə idman, mədəniyyət və xeyriyyəçilik sahəsindəki fəaliyyətini yüksək qiymətləndirirlər. ABŞ-Azərbaycan Ticarət Palatası direktorlar şurası üzvləri adından mən İlham Əliyevə həm də palatanın üzvü kimi minnətdaram. Palataya dəstəyinə və yardımına görə təşəkkür edirəm. Çox sağ olun, cənab İlham Əliyev.

Bu imkandan istifadə edərək, xanım Eyzenhaurə minnətdaram. Xanım Eyzenhauer, dəvətimizi qəbul edib gəldiyinizə görə sağ olun.

İndi isə dostumuz Tim Seykanı bugünkü məclisimizin aparıcısı olmağa dəvət edirəm. Sağ olun.

ABŞ -AZƏRBAYCAN TİCARƏT PALATASININ HƏMSƏDRİ TİM SEYKANIN ÇIXIŞI

ABŞ -Azərbaycan Ticarət Palatasının həmsədri kimi, bu axşam sizin hamınızı salamlayıram.

Bu gün sizin qarşınızda çıxış edəcəyəm. Şəxsən mən 8 ildir ki, Azərbaycanda bizneslə məşğulam. Hər dəfə Azərbaycana gedəndə yeni dostlar qazanıram. Həm biznes, həm də hökumət dairələrinin Azərbaycanı vacib ölkə kimi ön plana çəkmələri məni həmişə ruhlandırıb, son 10 ildə çox işlər görülübdür. Burada köhnədən tanıdığım adamlar var. Sizin də yadınızdadır, dönüb geriyə baxanda görürük ki, nə qədər dəyişikliklər baş veribdir.

Təzə, tanış olmayan adamları da görürəm. Nə qədər dəyişikliyin baş verdiyini onlara izah etmək olduqca çətindir. Azərbaycanda həqiqətən böyük dəyişikliklər baş veribdir. Idarəçiliyin səmərəli mexanizmi, bazar iqtisadiyyatı prinsipi işləyir.

Əlbəttə, görüləsi işlər də var. Amma Azərbaycanı ümumi xarakterizə etsək, belə demək olar ki, Azərbaycan biznes üçün açıq ölkədir. Biz “Ekson möbil” və eləcə də ticarət palatasının üzvləri Azərbaycanda bizneslə məşğul olmaqdan qürur hissi duyur. Azərbaycan iqtisadiyyatı üçün xarici investisiyalar qaçılmaz olduğuna gorə, ABŞ - Azərbaycan Ticarət Palatası da Azərbaycan iqtisadiyyatı üçün mühüm rol oynayan alət olaraq qalacaqdır.

Rza Vəziri ilə birlikdə həmsədr kimi, mən istərdim ki, ticarət palatasının fəaliyyəti haqqında bir neçə kəlmə deyim. Azərbaycandan Vaşinqtona yüksək vəzifəli şəxslərin bir neçə rəsmi səfəri olmuşdur. Bu səfərlərlə bağlı tədbirlərin hamısında bizim və sizin şirkətlər fəal iştirak etmiş, yeni münasibətlər qurmaqda vasitəçilik etmişlər ki, bu da tərəqqi və biznes fəaliyyəti üçün lazımi elementlərdir.

Palata həm də Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmağa başlayan şirkətlərə məsləhətlər və tövsiyələr verir. Təhsil proqramları, humanitar missiyalar bizim fəaliyyətimizin bir hissəsidir. Palata Harvard Universitetində azərbaycanlı tələbələrin təhsil almaları üçün vəsait ayırmışdır. Bu proqram Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir və ölkənin gələcək liderlərini ABŞ reallıqları ilə tanış etmək məqsədi daşıyır. Eyni zamanda, Azərbaycanın gələcək liderləri üçün qısamüddətli təhsil proqramları da nəzərdə tutulubdur.

Yeni ticarət və mədəniyyət mərkəzi açılmışdır. Bu da yardımçı qurum kimi ticarət və mədəniyyət işlərində biri-birindən öyrənməyə kömək göstərmək məqsədi daşıyır. Burada iştirak edənlərin bir çoxu Azərbaycan iqtisadiyyatına sərmayə qoyan şirkətlərin nümayəndələridir. İstərdim ki, bu axşam onların hamısını salamlayım.

Keçən ilin mart ayında görüşdüyümüz vaxtdan bəri Azərbaycan inkişaf sahəsində daha bir tarixi addımı atmışdır. ABƏŞ -ə daxil olan şirkətlər “Azəri-Çıraq-Günəşli” yataqlarında əsas işin ikinci fazasının başlanmasını elan etmişlər. Çoxmilyardlıq Bakı-Tbilisi -Ceyhan layihəsinin təməlinin qoyulması mərasimi keçirilmişdir. Bu layihə vasitəsilə Azərbaycan dünya neft təchizatına yenilik gətirəcəkdir. Eyni zamanda, öz xalqına firavanlıq, iştirakçı şirkətlərə mənfəət gətirəcəkdir. Heç şübhəsiz ki, bu layihə regionun ən böyük layihələrindən biridir.

Azərbaycanda daha çox imkanlar olduğunu görürük. Şirkətlər Xəzərin şimalında, ortasında və cənubunda böyük qaz yataqlarının olduğunu təsdiq edirlər. Baxmayaraq ki, görülmüş işlər çoxdur, cənab İlham Əliyevin dünənki çıxışında dediyi kimi, hələ görüləsi işlərin çox olduğunu da yaddan çıxarmamalıyıq.

Biz ümid edirik ki, artıq aşkar etdiyimiz yataqlardan əlavə, bir sıra yataqlar da aşkar olunacaq. Dünyanın hansı hissəsi olur-olsun, neft işi həmişə bacarıq, hüquqi baza, risk və maya dəyəri kimi şərtlər tələb edir. Bu regionda biznes mühitinin olması xüsusilə vacibdir. Çünki, neft və qaz hasilatçılarının qarşısında çox böyük çətinliklər çıxır. Ərazi qapalıdır, infrastruktur məhduddur. Sərmayə riski, maliyyə sabitliyinin əldə olunması, müqavilələrə sanksiya verilməsi uğurun əsasıdır. Azərbaycan bu şərtlərin yerinə yetirilməsi üçün bacarıq nümayiş etdirdi.

Gələn il Xəzərdə yeni platforma istifadəyə veriləcəkdir. Bu yarımdalma platformadan kəşfiyyat quyuları qazılacaqdır. Ümid edirik ki, onun vasitəsilə tapılacaq yeni yataqlardan neft və qaz ixrac kəmərləri ilə dünya bazarına çıxarılacaqdır.

Qapalı hövzə olan Xəzərə neft avadanlığı gətirmək bir, buradan neft və qazı dünya bazarına çıxarmaq digər problemə çevrilir. Bu mövzu bir çox adamlar tərəfindən çox illərdir ki, müzakirə olunur.

Keçən il Xəzər boru kəməri konsorsiumunun fəaliyyəti nəticəsində Tengiz yatağından xam neftin bazarlara çıxarılması işi xeyli asanlaşdı və xeyli ucuz başa gəlməyə başladı.

İndi burada iştirak edənlərin hamısı Xəzərin mərkəzi hissəsində çıxarılacaq neftin ixracı məsələsinə əmək sərf ediblər. Bununla bağlı həlledici qərar Bakı-Tbilisi-Ceyhan layihəsinin işə salınması idi. Bu tarixi nailiyyət münasibətilə biz Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərini, iştirakçı şirkətləri təbrik edirik.

Çıxışımı yekunlaşdıraraq demək istərdim ki, Xəzər regionu hədsiz potensiala malikdir. Buranın böyük ehtiyatları hələ gələn il qazma işləri başlayan zaman aşkar olacaqdır. Biz onda nə qədər neftin olduğunu biləcək və bu ehtiyatların optimal iqtisadi qiymətini də məlum edəcəyik. Biz uğurlu gələcəyə ümidlə baxırıq.

Mən sözü palatanın direktoru Fərhad Əzimaya verirəm.

ABŞ- AZƏRBAYCAN TİCARƏT PALATASININ DİREKTORU FƏRHAD ƏZİMANIN ÇIXIŞI

Mən də öz adımdan möhtərəm İlham Əliyevi salamlayıram. O, bizim şərəfli qonağımızdır.

Mənim üçün başucalığı və şərəfdir ki, köhnə dostum, konqresmen xanım Karen MakKartini burada görürəm. Miss MakKarti konqresdə Missuri ştatını, Kanzas şəhərini təmsil edir, bu, mənim doğma şəhərimdir. Konqresdə 4 müddətdir ki, işini uğurla yerinə yetirir. O da, bizim hamımız da ümid edirik ki, 5-ci müddətə seçiləcəkdir. Ümid edirik ki, tezliklə, iki həftədən sonra onun bu qələbəsini qeyd edəcəyik.

Konqresə seçilməzdən əvvəl xanım MakKarti 8 il Missuri ştatının qanunvericilik orqanlarında işləmişdir. Hazırda konqresin kommersiya və energetika komitəsində və ətraf mühit, energetika, telekommunikasiya, internet və zərərli materiallar yardımçı komitələrində fəaliyyət göstərir. Maraqlıdır ki, boş vaxtı haradan tapır. Xanım MakKarti özünü düşüncəli siyasətçi kimi göstərmiş, özünü biznesin, sənayenin enerji ehtiyaclarını dərindən bilən şəxs kimi tanıtmışdır. Xahiş edirəm, mənim dostum və konqresmen xanım Karen MakKartini salamlayaq.

X X X

KONQRESMEN KAREN MAkKARTİNİN ÇIXIŞI

Fərhadın bu gözəl təqdimatı və sizin hamınızın məni belə salamlamağınız qəlbimi kövrəltdi. Sağ olun ki, məni dəvət etmisiniz.

Energetika və kommersiya komitəsində işlərin necə getməsi haqqında sizə məlumat verəcəyəm. Xüsusi qonağımızı böyük şərəf hissi ilə salamlayıram. Onun layiq görüldüyü bütün vəzifə və titulları tədbirin proqramında görürsünüz. Bunların hamısı orada yazılıbdır. Amma biri mənim üçün xüsusilə maraqlıdır. O, proqramda yoxdur. Özü mənə nahar yeməyi vaxtı demişdir. O, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.

Azərbaycanın keçən olimpiadada iki qızıl və bir bürünc medal qazanmasından xəbərdarsınız. Gələcəkdə də Azərbaycan idmançılarını böyük uğurlar gözləyir. Cənab İlham Əliyev, yəqin ki, bütün gördüyünüz işlər içərisində bu iş - idmançılarınızın qazandığı qələbələr heç nə ilə müqayisə oluna bilməz.

Səfir Paşayevlə söhbətimizdə o bildirdi ki, Kanzas şəhərindən seçilmiş senatorun qonagı kimi orada olmuşdur. Mən də Kanzasda keçirdiyim günləri xatırladım və biz söhbət zamanı düşündük ki, müxtəlif vəzifələrdən olan, müxtəlif qitələrdə yaşayan insanları həyat necə də bir araya gətirir. O, senator Braunbək ilə birlikdə olub, senator ona Kanzasda bitən xüsusi buğda növü haqqında danışmışdır. Kanzaz Dövlət Universitetindən olan alim isə bildirib ki, bu buğda növü həmin ərazidə gözəl bitir, bol məhsul verir və onun ixracı çox uğurla həyata keçirilir. Özü də bu buğda növü Amerikaya Azərbaycandan, səfir Paşayevin anadan olduğu ölkədən gətirilibdir.

Görürsünüz, bizi birləşdirən məqamlar çoxdur. Bu əlaqələrin hamısı insanlar üçün, ticarət üçün yaxşıdır. Beləliklə, bizim tərəfdaşlığımız - ABŞ-Azərbaycan tərəfdaşlığı hərtərəflidir. Siyasət məsələsinə gəldikdə, terrorizmə qarşı mübarizə kampaniyasında siz bizimlə birlikdə olmusunuz. Məlum hadisələrdən sonra bizim prezidentə zəng edən birinci ölkə olmusunuz. Demisiniz ki, biz buradayıq, sizə yardım etməyə hazırıq.

Enerji baxımından sizin sərvətləriniz təkcə özünüz üçün, ABŞ üçün deyil, bütün ölkələr üçün vacibdir. Fərhadın qeyd etdiyi kimi, bütün həyatım boyu Missuri ştatının qanunvericilik orqanında 18 illik fəaliyyətim müddətində, daha sonra Konqresin energetika komitəsində yanacaq məsələləri ilə məşğul olmuşam. Çalişmışam ki, bu işi həm dövlət səviyyəsində, həm də qlobal səviyyədə yerinə yetirim.

Bu ilin yayında konqresdəki komitəmizin sədri cənab Barton, mənim özüm və komitə üzvləri Xəzər regionuna səfərə gedəcəkdik. Təəssüflər olsun ki, səfər gələn ilədək təxirə salındı. Amma qəti qərarlıyıq ki, bu səfər baş tutsun və mən bununla bağlı çox həyəcanlıyam. Çünki mən həqiqətən oradakı böyük potensialı və ABŞ-Azərbaycan dostluğunu yüksək qiymətləndirirəm. Bu, qeyri-adi, gözəl və on ildən artıq sürən təcrübədir. İstərdim biləsiniz ki, konqresmenlər və xidmət etdiyimiz adamlar bunu anlayır və buna böyük hörmətlə yanaşırlar.

Mən bu axşam burada iştirak edən, bu qəbulun baş tutmasını mümkün edən eksimbankın, Ticarət İnkişaf Agentliyinin, Xarici Sərmayələr Korporasiyası ilə bərabər, regiondan enerji məhsullarını gələcək əsrə daşıyacaq və xalqlarımıza firavanlıq gətirəcək boru kəmərinə sərmayə qoyan şirkətlərimizin nümayəndələrinə minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm ki, gələn il energetika komitəsinin üzvləri ilə birlikdə regiona səfərə çıxarkən, oranın tükənməz enerji ehtiyatlarının nə cür işlənilməsini öz gözlərimizlə görəcəyik. Bu səfər vasitəsilə təkcə energetika komitəsindəkilərin deyil, bütün konqres üzvlərinin dəstəyini ifadə edə biləcəyik. Bu region bizim üçün, sülh üçün, stabillik üçün, dünyanın ehtiyacları üçün olduqca vacibdir.

Bu axşamki hörmətli qonağımız haqqında xoş sözlər demək istəyirəm. Cənab İlham Əliyev, siz həm öz ölkənizdə, həm də onun hüdudlarından kənarda parlayan ulduzsunuz. Ümidvaram ki, siz liderlik qabiliyyətinizi nümayiş etdirməkdə davam edəcəksiniz. Əminəm ki, dünyanı enerji ilə kollektiv şəkildə təmin etmək sahəsində ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq davam edəcəkdir.

Bir daha məmnunam və mənim üçün baş ucalığıdır ki, bu axşam sizin hamınızla birlikdə buradayam, ölkəmizin paytaxtına xoş gəlmisiniz. Burada həmişə əziz qonaqsınız, nə vaxt gəlsəniz görüşüb birlikdə işləyəcəyik və mən sizə yardımçı olmağa hazıram. Hamınız çox sağ olun.

X X X

FƏRHAD ƏZİMA: Sizin hər birinizin qarşısında olan məlumatı izləsəniz görərsiniz ki, cənab İlham Əliyev olduqca çox məsələyə cavabdehdir və ticarət palatasının direktoru olmağımın bir böyük üstünlüyü odur ki, onu təqdim etmək mənə müyəssər olur.

Biz əvvəllər də görüşmüşük. Bu, o adamdır ki, hamımızdan əvvəl bilirdi ki, bizim Azərbaycanda işimiz nədən ibarət olacaq və ilk müqavilənin layihəsini işləyib hazırlayırdı. Buna “Əsrin müqaviləsi” adı verilibdir. O, bu müqavilənin imzalanması ərəfəsində bütün müzakirə çətinliklərini öz üzərinə götürdü və layihənin işlənib müqavilə səviyyəsinə çatdırılmasında həqiqi liderlik nümayiş etdirdi.

O zamandan Azərbaycan bir çox müqavilələr imzalamışdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük neft hasilatçısı olan ölkəyə çevrildi. Bu da Azərbaycan üçün geniş imkanlar açır. Mənim üçün baş ucalığıdır ki, 8 ildir onu tanıyıram. O, həm də nümunəvi ailə başçısı, yaxşı dostdur və bütün daşıdığı vəzifələrdən savayı, sözün əsl mənasında böyük insandır. Sözü cənab İlham Əliyevə verirəm.

X X X

ARDNŞ-NİN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk əvvəl Prezident Heydər Əliyevin salamlarını və ən xoş arzularını Vaşinqtondakı bütün dostlarımıza və bugünkü görüşün iştirakçılarına yetirirəm.

Əziz xanımlar və cənablar, yeddi il bundan əvvəl yaradılan ABŞ- Azərbaycan Ticarət Palatası ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin möhkəmlənməsində əlamətdar rol oynamışdır. Bu, nadir vasitə olmuşdur, elə indi də olmaqda davam edir ki, onun köməyi ilə ölkələrimiz bir-birinə daha çox yaxınlaşıb, insanlarımız bir-birini yaxından tanıyır, biznesmenlərimiz bir-birinə yaxınlaşıblar. Biz Azərbaycanda ABŞ şirkətlərinin iştirakı və eləcə də hökümətin böyük dəstəyi ilə əsaslı layihələri reallaşdırmağa başlamışıq. Sizə açıq deyə bilərəm ki, bizim ölkəyə, bizim hökumətə olan bu dəstək, regiona, enerji sektoruna olan bu dəstək uğur əldə etməkdən ötrü həlledici idi. Mən çox şad və xoşbəxtəm ki, bu gün ölkələrimiz arasında münasibətlər belə sürətlə inkişaf edir. Azərbaycan üçün bu, strateji əhəmiyyətə malik məsələdir. ABŞ bizim strateji tərəfdaşımızdır və gələcəkdə də strateji tərəfdaşımız olaraq qalacaqdır. Həyatın müxtəlif sahələrində - iqtisadiyyatda, siyasi münasibətlərdə, təhlükəsizliyə aid olan məsələlərdə tammiqyaslı əməkdaşlıq edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra qısa müddətdə artıq sübuta yetirmişdir ki, o, ABŞ-ın həqiqi və etibarlı tərəfdaşıdır. 11 sentyabrın faciəli hadisələri bir daha göstərdi ki, Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycan beynəlxalq terrorizmə qarşı etiraz səsini ucaldan ilk ölkələrdən oldu. Bu, ABŞ-a dəstək idi, bu, terrora qarşı mübarizəyə dəstək idi. Azərbaycan əlində olan imkanları terrora qarşı mübarizəni sürətləndirmək və gücləndirmək üçün ABŞ-a təklif etdi.

Vaşinqtonda oldugum bir neçə gündə çoxlu görüşlərim oldu və ölkələrimiz arasında əlaqələrin nə dərəcədə dərin olduğunu həmin görüşlərdə də bir daha yəqin etdim. Vitse-prezident cənab Çeyni, energetika naziri cənab Abraham, dövlət katibinin birinci müavini cənab Armitac, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini cənab Hedli, dostumuz cənab senator Heyql ilə görüşlərim oldu. Dünya Bankında, Beynəlxalq Valyuta Fondunda görüşlər keçirildi. Beynəlxalq maliyyə korporasiyasının icraçı direktoru ilə görüş keçirdim.

Dünən Con Hopkens Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda görüş oldu. Ev sahibi böyük dostumuz cənab Star idi.

Üç gün ərzində keçirilən görüşlərin proqramı çox sıx idi və bu bir daha göstərdi ki, ABŞ hökuməti bizə tam dəstək verir. ABŞ-ın hakim dairələri, qanunvericiliyi bizim gördüyümüz işlərə dəstək verir. Mən əminəm ki, ölkələrimiz arasında bu münasibət və əməkdaşlıq daha da genişlənəcək və həyatımızın bütün sahələrini əhatə edəcəkdir.

Burada qeyd olunduğu kimi, Azərbaycan mineral ehtiyatlarla, neft və qazla zəngin ölkədir. Amma 1994-cü ildə bu layihələri başlayarkən bizim üçün ən vacib məsələ dənizin dibində olan bu mineral ehtiyatlardan iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün necə istifadə etmək idi. Düşünürdük ki, necə edək, bu ehtiyatlar ölkəmizin təhlükəsizliyini təmin etsin, regiona əmin-amanlıq gətirsin.

Biz xarici tərəfdaşlarımızla birlikdə səkkiz illik bu yorulmaz işimizdən sonra çox şadıq ki, 1994-çü ildə gündəlikdə olan məsələlər indi uğurla həyata keçir. Bəlkə o zaman çoxları inanmırdı ki, bunu həyata keçirmək olar, bu, mümkündür. Qarşımızda o qədər çətinlik var idi, o qədər təhlükə ilə üzləşirdik ki, Azərbaycan sərmayə yatırılması üçün olduqca riskli bir ölkə idi. Bununla belə, biz ölkəmizdə xarici şirkətlər üçün yaxşı sərmayə mühiti yarada bildik. Şirkətlər də öz böyük sərmayələrini gətirdilər və Azərbaycana yatırdılar.

Artıq Azərbaycana 6 milyard dollar sərmayə yatırılıb və bu, ölkəmizdə iqtisadi vəziyyəti xeyli yaxşılaşdırıbdır. Bu gün Azərbaycandakı ümumi iqtisadi vəziyyət haqqında danışsaq, istəmirəm çoxsaylı rəqəmləri burada sadalayım, bu rəqəmləri dünən diqqətinizə çatdırmışdım. Lakin bir rəqəmi xatırladacağam, bu, mühüm rəqəmdir. Son altı ildə Azərbaycanda ümumi daxili məhsul 64 faiz artmışdır. Bu da ildə 10 faizdən artıq edir. Bu artım da bir və ya iki il deyil, altı ildir ki, davam edir. Bu, onu göstərir ki, ölkə həmin mineral ehtiyatların sayəsində gəlir əldə edir, inkişaf edir. Məlumdur ki, bu ehtiyatlar yalnız hasil edilərsə, beynəlxalq bazarlara çatdırılarsa gəlir gətirər. Ona görə də enerji ehtiyatlarının nəqli həmişə gündəliyimizdə duran bir nömrəli mövzu olmuşdur. Bu gün biz fərəh hissi ilə deyə bilərik ki, iki işlək boru kəmərimiz vardır. Onlar neftimizi beynəlxalq bazarlara çıxarır və energetika naziri Abrahamın iştirakı ilə əsas ixrac boru kəməri - Bakıdan Gürcüstan vasitəsilə Türkiyənin Ceyhan limanına gedən və bizə gündə azı 1 milyon barrel neft ixrac etməyə imkan verən kəmərin bünövrəsi qoyulmasının gözəl mərasimi keçirildi.

Əlbəttə ki, ölkəmizə gələn gəlir artacaq, insanlarımızın həyat tərzi yaxşılaşacaq, əvvəl qeyd etdiyim kimi, bu, regiona təhlükəsizlik gətirəcəkdir. Coğrafi-siyasi vəziyyətə möhkəm təsir edəcək, artıq təsir edir. Mən əminəm ki, biz bu layihəni vaxtında tamamlayacağıq. İndi insanlar beynəlxalq neft şirkətləri ilə əməkdaşlığımızın bəhrəsini aydın görürlər. Bu gün neftdən gələn gəlirlər artıq ölkəmizin ən mühüm ehtiyaclarına xərclənir. Həmin gəlirlərdən qaçqınlarımızın ehtiyaclarına 70 milyon dollardan artıq vəsait ayrılıbdır. Bu vəsait Ermənistanın təcavüzü nəticəsində yaşayış yerlərini itirmiş insanlar üçün yeni evlərin tikilməsinə, yeni məktəblərin, xəstəxanaların inşasına, yollar çəkilməsinə, yeni infrastruktur yaradılmasına xərclənir. Bu təcavüzün nəticəsi olaraq, ərazilərimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanda 1 milyon qaçqın-köçkün var. Bu böyük faciədir, çox böyük ədalətsizlik aktıdır.

Bu gün - XXI əsrdə bir ölkənin digərinin ərazisini işğal etməsinə nə ad vermək olar? Əlbəttə ki, qaçqınlara öz daimi yaşayış yerlərinə qayıtmaq imkanı verilməlidir. Sizə deyə bilərəm ki, işğal olunmuş ərazilərdə 9 mindən artıq şəhər, kənd, qəsəbə Ermənistan silahlı qüvvələri tərəfindən yerlə-yeksan edilmişdir. Bu təcavüzün nəticələri belədir. Bu gün biz əlimizdən gələni edirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Münaqişənin həll edilməsi mandatına malik olan ATƏT-in Minsk qrupu məsələnin həllini sürətləndirməyə çalışır. Amma çalışırsa da, hələ nəticə əldə olunmayıbdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tam sadiqliyini ifadə edir, lakin bizim dözümümüzün də sonu vardır. Biz ərazilərimizin işğal altında qalmasına dözə bilmərik. Ərazi bütövlüyümüzün kobudcasına pozulmasına heç vaxt razı ola bilmərik. Gec-tez sülh danışıqları vasitəsilə və yaxud da hər hansı bir başqa yolla torpaqlarımızı azad edəcəyik. Əlbəttə ki, bunu etmək üçün bizə güclü beynəlxalq dəstək lazımdır. Bizə Amerika Birləşmiş Ştartlarında, beynəlxalq təşkilatlarda, Avropada güclü, gur dəstəkverici səs lazımdır. Elə dəstək olsun ki, reallıq, həqiqətlər geniş kütlələrə, hakim dairələrə, prosesə, qərarlara təsir göstərə biləcək qüvvələrə çatsın.

ABŞ-Azərbaycan Ticarət Palatası, bizim bu ölkədəki səfirliyimiz Azərbaycan həqiqətlərini burada yaymaq üçün böyük işlər görüblər. Göstərə biliblər ki, biz bu ədalətsiz müharibənin gunahsız qurbanlarıyıq. Mən əminəm ki, burada nə qədər tez-tez görüşsək, bizim həqiqətlər burada və digər yerlərdə nə qədər çox yayılsa, münaqişə bir o qədər tez həll olunar. Ancaq mövcud vəziyyətlə razılaşmaq olmaz. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan ölkələrdən biri digərinin ərazisini işğal etsin və bununla bağlı heç bir qərar da qəbul edilməsin. Biz əminik ki, bu məsələ həll olunacaq və Azərbaycan qaçqınları evlərinə qayıtmaq imkanları əldə edəcəklər.

Bizim ölkədə böyük potensial var. Xüsusilə də nəzərə alsaq ki, biz cəmi 11 ildir ki, müstəqilik. Düzdür, bizim xalq qədim tarixə, böyük mədəniyyətə malikdir, zəngin ənənələri var. Amma biz illər boyu özümüzü müstəqil millət hiss etməkdən, müstəqilliyimizlə bağlı xoşbəxtlik və məğrurluq hissi keçirməkdən, öz bayrağımızın buradakı kimi, ABŞ bayrağı ilə yanaşı dalğalanmasından, BMT-nin üzvü olmaqdan, beynəlxalq təşkilatların tam hüquqlu üzvü olmaqdan məhrum idik. Müstəqillik nəsildən-nəslə keçərək, azərbaycanlıların can atdığı, arzuladığı bir məqam idi. Biz müstəqilliyimizi çox yüksək qiymətləndiririk. Əlimizdən gələni edirik ki, müstəqilliyimizi qoruyub saxlaya bilək.

Bildiyiniz kimi, yaşadığımız region heç də dünyada ən təhlükəsiz regionlardan hesab olunmur. Region münaqişələrlə doludur və orada sabitliyi təmin etməyə bu gün də ehtiyac vardır. Azərbaycan hazırda regionun mərkəzinə çevrilir. Elə mərkəzə ki, burada yollar kəsişir. Azərbaycanın coğrafi-siyasi əhəmiyyətini onun təkcə coğrafi mövqeyinə görə dəyərləndirmək düzgün olmaz. Onun tükənməz enerji ehtihatlarını və mövcud olan ixrac vasitələrini nəzərə alsaq görərik ki, artıq Azərbaycanın coğrafi-siyasi əhəmiyyəti müəyyən olunubdur. Yaxın gələcəkdə Azərbaycan əhəmiyyətli ölkə, dünya bazarlarının alternativ neft təchizatçısı olacaqdır. Mən əminəm ki, Azərbaycan Avropa bazarının həm də alternativ qaz təchizatçısı olacaqdır. Bunu etməklə ölkəmiz daha firavan, xalqımız daha da yaxşı yaşayacaq və regionumuz daha təhlükəsiz olacaqdır.

Əvvəldə dediyimi bir daha təkrar etmək istəyirəm: bütün bu təşəbbüsləri, bütün bu planları həyata keçirərkən, - yeri gəlmişkən onların bir hissəsi həyata keçibdir, - eləcə də gələcək üçün nəzərdə tutulan planlar baxımından ABŞ-ın dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Keçmişdə də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Mən əminəm ki, birgə səylərlə, regional əməkdaşlıq vasitəsilə biz məqsədlərimizə nail ola biləcəyik. Biz elə şərait yaradacağıq ki, Cənubi Qafqaz münaqişələr regionu deyil, əksinə, sülh regionu olacaqdır. Sizin vaxtınızı çox almaq istəmirəm. Bir daha sizə öz minnətdarlığımı bildirirəm. Bu dəvəti qəbul etdiyinizə görə sağ olun. Mən Vaşinqtonda olmağımdan, dostlarımla görüşməkdən məmnunam. Səkkiz il birlikdə işləyərək, ümumi məqsədlərə çatdığımız tanışları görmək çox xoş idi. Çox sağ olun və sizə ən xoş arzularımı yetirirəm.

X X X

FƏRHAD ƏZİMOV: Sizin hamınıza diqqətinizə görə minnətdarlığımı bildirirəm. Bu, artıq bizim proqramın sonudur və həqiqətən məmnunuq ki, hamınız buraya gəlmisiniz. Özümlə badə götürməmişəm, mənim masamdan bir badə ötürsələr, sağlıq deyərdim. Birinci sağlığı deyən adam kimi, çalışacağam bunu qısa edim. Azərbaycan və ABŞ arasında əlaqələrdə böyük tərəqqi əldə olunubdur. Bu, layiqli xalqları birləşdirən əməkdaşlıqdır. Bu layiqli adamlar birlikdə olmalıdırlar. Bu gün buradakı adamların hamısına baxaraq belə düşünmək istəyirəm ki, biz Azərbaycan üçün hələ çox işlər görə bilərik. Ona görə də çox-çox uğurlu gələcəyin şərəfinə badə qaldırmağı təklif edirəm.

X X X

Rəsmi qəbul başa çatdıqdan sonra iştirakçılar - rəsmi şəxslər, müxtəlif şirkətlərin təmsilçiləri, diplomatik korpusun nümayəndələri ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevə yaxınlaşaraq, dolğun, məzmunlu çıxışına, Azərbaycan barədə ətraflı məlumat verdiyinə görə minnətdarlıq etdilər, gələcək fəaliyyətində ona uğurlar, xalqımıza isə sülh və firavanlıq arzuladılar.

X X X

ABŞ-DA YAŞAYAN GƏNC AZƏRBAYCANLI BOKSÇULARLA GÖRÜŞ

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev həmin gün rəsmi qəbuldan sonra ilk peşəkar azərbaycanlı boksçular, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan İsrafilbəyov qardaşları - Emil Bakılı və Rüfət Bakılı ilə görüşmüşdür. MOK-un prezidenti İlham Əliyev onların son uğurları ilə maraqlanmış, peşəkar idmanda qələbələrinə qəlbən sevindiyini bildirmişdir.

Boksçu qardaşlar Azərbaycan idmanının beynəlxalq miqyasda, o cümlədən Amerika Birləşmiş Ştatlarında getdikcə daha çox tanınmasından qürur duyduqlarını söyləmiş, vətəndən uzaqda olsalar da, respublikamızla daim maraqlandıqlarını, idmanımızın inkişafı yolunda görülən tədbirlərdən xəbərdar olduqlarını söyləmişlər. Onlar İlham Əliyevin Azərbaycan idmanının tərəqqisi naminə gördüyü işləri xalqımızın sağlam gələcəyi üçün möhkəm bünövrə kimi qiymətləndirmiş, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi onunla fəxr etdiklərini bildirmişlər.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev həmvətənlərimizə lazımi yardım göstərməyə hazır olduğunu söyləmiş və onlara peşəkar boksda yeni qələbələr arzulamışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tacikistan 2032-ci ilə yaşıl enerji istehsal edən ölkəyə çevriləcək

Bu gün "Qarabağ" komandasının üzvləri Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcəklər

Dünyanın ən böyük rəqəmsal kamerasının ilk astronomik görüntüləri nümayiş olunub

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları olan 150 kapsul göndərəcək

Mark Rütte: Güclü müdafiə sənayesi olmadan müdafiə, güclü Transatlantik bağ olmadan isə Avropanın təhlükəsizliyi mümkün deyil

NATO-nun Haaqa Sammitində “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramının qəbul edilməsi gözlənilir

“Diplomatic World Sweden” saytında Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu haqqında məqalə dərc olunub

Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

KDÇ: "Benfika" "Bavariya"nı məğlub edərək 1/8 finala yüksəlib

Azərbaycan “Parlamentdə Birinci Beynəlxalq Elmi-Mədəni Görüş” adlı sərgidə təmsil olunub

Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb

Yeddiqat Fransa çempionu "Lyon" aşağı liqaya salınıb

COP29-un nümayəndəsi Potensialın artırılması üzrə Paris Komitəsinin IX iclasında çıxış edib

Səbinə Ağayeva: Çətinliklərlə dolu bir dünyada uşaqlara parlaq illüstrasiyalı, pərilər və sehr haqqında hekayələrlə əsl nağıllar lazımdır - MÜSAHİBƏ

Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna transfer olunub

Azərbaycanlı alimlərin beynəlxalq simpoziumda məruzələri maraqla qarşılanıb

“Neftçi” legioner futbolçusu ilə vidalaşıb

Bakıda İtaliyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

İtaliya İsraillə İran arasında atəşkəsi alqışlayır

Bu gün müəllimlərin sertifikasiya imtahanında 97 faiz davamiyyət qeydə alınıb

Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb

Papa Leo Dəməşqdəki kilsəyə hücumdan kədərlənir

Yunanıstanlı diplomatlar Azərbaycanın dəstəyi ilə İrandan təxliyə olunublar

İslam dünyası universitetləri ilə bağlı forumun iştirakçıları BDU-nun inkişaf istiqamətləri barədə məlumatlandırılıb

Naxçıvanda şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz müasir qlükoz sensor cihazları təqdim olunub

Şah İsmayıl Xətaiyə həsr olunmuş konsert proqramı təşkil edilib

Qətər İsrail ilə İran arasında atəşkəs razılaşmasını alqışlayır

Ekspert: Bakı aşağıkarbonlu enerji həllərinin mərkəzinə çevrilə bilər - MÜSAHİBƏ

Füzuliyə köçürülən sakinlərdən 1097 şəxs məşğulluq tədbirlərinə cəlb olunub

Ərdoğan: Türkiyə İran və İsrail arasında atəşkəs razılaşmasına əməl olunmasına çağırır

Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb

“8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji təhlükəsizliyini daha gücləndirəcək ŞƏRH

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında növbəti konstitusiya işinə baxılıb

“Baş” tamaşasına ictimai baxış keçirilib

Azərbaycan şərabları Norveç və İsveç bazarlarında təqdim olunub

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Naxçıvan şəhərinin Baş planının hazırlanması Böyük Britaniya şirkətinə həvalə olunub

ABŞ mediası: Bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur

Azərbaycan gələn il bədii gimnastika üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub

ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir VİDEO

ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir VİDEO

Cənub sərhədlərində təbii radiasiya fonunun artması halları qeydə alınmayıb – BİRGƏ MƏLUMAT

İqtisadi Şuranın növbəti iclası keçirilib

Cəmi 2 ilə inşa olunan “8 Noyabr” Elektrik Stansiyası

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər VİDEO

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər VİDEO

Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxa bilər

Somalidə silahlı qruplaşmanın 13 üzvü zərərsizləşdirilib

Vladimir Putin çoxfunksiyalı məlumat mübadiləsi xidmətinin yaradılması haqqında qanun imzalayıb

Azərbaycan GEANT-ın Baş Assambleyasının iclasında təmsil olunub

Rusiyanın Dneprə hücumu nəticəsində həlak olanların sayı yeddiyə çatıb

“Gənc istedadlar” liseyinin şagirdləri respublika fənn olimpiadalarında 7 medal qazanıblar

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları TNC25 konfransında iştirak ediblər

Azərbaycan və İordaniyadan olan iki istedadlı sənətkarın duet-simpoziumu

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® İnvestisiya dünyasına “Birbank Invest”lə addım atın, daha çox qazanın!

Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Təxliyə olunan Çin vətəndaşı: Azərbaycanda özümü rahat hiss edirəm VİDEO

Təxliyə olunan Çin vətəndaşı: Azərbaycanda özümü rahat hiss edirəm VİDEO

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş gələn ay qüvvəyə minəcək

Atlantik okeanında böyüyən “soyuq ləkə” yaxınlaşan iqlim dəyişmələrindən xəbər verir

Bakıxanov qəsəbəsində yaşayış binasında baş verən yanğın söndürülüb

Xocalı rayonunda vergiödəyiciləri ilə görüş keçirilib

Nizami rayonunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

“Sabah” klubu Namik Ələskərovla yollarını ayırıb

IV Bakı Piano Festivalı çərçivəsində ədəbi müsabiqə keçirilib

Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətləri - seminar

DGK: Saxlanılan bağlamanızı gömrük orqanına gəlmədən də əldə edə bilərsiniz

BMU-da Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndələri ilə görüş keçirilib

Ağdərə sakini: Körpə olarkən tərk etdiyim Həsənrizə uşaqlarımla qayıtmışam

Azərbaycan XİN: İsrail ilə İran arasında atəşkəs elan edilməsini alqışlayırıq

Kənd təsərrüfatı nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Çexiyada bir vaxtlar “elita” üçün nəzərdə tutulan Çin avtomobilləri yığılacaq

ADPU-da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

Baş Narkotiklərlə Mübarizə İdarəsi 175 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi 175 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb VİDEO

Humanitar Kollecdə “Məzun günü” keçirilib

Çin Cənubi Asiya ölkələri ilə təqribən 1,2 milyard dollarlıq 163 müqavilə imzalayıb

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyib

Türkiyə XİN: İsrail ilə İran arasında atəşkəs xəbərlərini məmnunluqla qarşılayırıq

Türkiyə ilə əmək və məşğulluq sahəsində təcrübə mübadiləsi aparılır

UNEC-də “Açıq qapı” günü keçirilib

® “Expressbank” Samuxda sahibkarlarla görüşüb

Həsənriz sakini: Artıq bütün çətinliklər arxada qalıb

Respublika fənn olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

Naxçıvanda yanvar-may aylarında 341 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verilib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Naxçıvan şəhərindəki DOST Mərkəzinin tikinti işlərinin 95 faizi yekunlaşıb

“Neftçi”nin baş məşqçisi Çempionlar Liqasının püşkatmasını dəyərləndirib

Azərbaycan Ordusunda psixoloqlar üçün növbəti təlim keçirilib

Goranboyda istehsal olunan tikinti materiallarının ixracı da nəzərdə tutulur

Deputat: Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın müasir orduları arasında da özünə layiqli yer tutur

AzTU ilə Konya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib  YENİLƏNİB - 4 VİDEO

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib  YENİLƏNİB - 4 VİDEO

“Azercell” abunəçilərinə narkotiklərin ziyanı barədə maarifləndirici SMS-lər göndərilib

Yaxın Şərqdəki gərginlik fonunda Qazaxıstan aviaşirkətlərinin bəzi reysləri ləğv edilib

Külək axşam saatlarından tədricən zəifləyəcək – PROQNOZ

AzMİU-da beynəlxalq elmi konfrans: Dünya alimləri inşaatın müasir problemlərini müzakirə ediblər