Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA ETİBARLI TƏRƏFDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ DAHA DA İNKİŞAF EDİR VƏ MÖHKƏMLƏNİR
ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN CON HOPKİNS UNİVERSİTETİNİN MƏRKƏZİ ASİYA VƏ QAFQAZ ARAŞDIRMALARI İNSTİTUTUNDA GÖRÜŞÜ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 21-dən 24-dək Vaşinqtonda işgüzar səfərdə olmuşdur. 

İlham Əliyev səfər müddətində ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, energetika naziri Spenser Abraham, dövlət katibinin birinci müavini Riçard Armitac, müdafiə katibinin birinci müavini Pol Volfoviç, maliyyə nazirinin birinci müavini Kennet Dam, ticarət nazirinin birinci müavini Samuel Bodman, senator Çak Heyql, ABŞ prezidentinin Xəzər diplomatiyası üzrə müşaviri Stiven Mən, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Stiven Hedli, Amerika Birləşmiş Ştatlarının tanınmış siyasi xadimləri, o cümlədən sabiq dövlət katibi Madlen Olbrayt, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun, beynəlxalq maliyyə korporasiyasının rəhbərləri, ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Tim Seyka ilə böyük əhəmiyyət kəsb edən görüşlər keçirmiş, respublikamız üçün çox mühüm məsələləri müzakirə etmiş, nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.

Oktyabrın 22-də İlham Əliyev ABŞ-ın məşhur universitetlərindən olan Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda görüş keçirmiş, “Cənubi Qafqaz və Xəzər hövzəsi: Bakıdan baxış” mövzusunda çıxış etmişdir.

İctimaiyyətin marağını nəzərə alaraq, həmin görüş haqqında geniş hesabatı dərc edirik.

X X X

CON HOPKİNS UNİVERSİTETİNİN MƏRKƏZİ ASİYA VƏ QAFQAZ ARAŞDIRMALARI İNSTİTUTUNUN REKTORU FRED STARIN ÇIXIŞI

-Hər vaxtınız xeyir, xanımlar və cənablar!

İstərdim ki, hamınızı - səfirlər Paşayevi, Makaladzeni, Arazovu, Hamarkulovu burada salamlayım. Mərkəzi Asiya və Qafqazdan olan dostlarımızdan kiminsə adını çəkmədimsə, üzr istəyirəm.

Bütün bu regionda yerləşən ölkələrdən heç birinin Azərbaycan qədər buranın aparıcı, mərkəzi ölkəsinə çevrilmək imkanı yoxdur. Lakin bütün gənc dövlətlər kimi, Azərbaycan da həqiqətən ağlasığmaz çətinliklərlə üzləşir. Bu çətinliklər həm daxili, həm də xarici amillərlə bağlıdır. Azərbaycanın bu çətinlikləri aradan qaldırması və yaxud da geriləməsi ölkədə olan neftin miqdarından deyil, hətta xarici ölkələrlə münasibətlərin intensivliyindən də deyil, bütün təsisatlarda və təbəqələrdə ölkənin liderlərinin səviyyəsindən asılı olacaqdır.

Bizim buradakı qonağımız, haqlı olaraq, ölkəsinin və regionun yaranmaqda olan yeni nəsil liderləri qrupuna daxildir. O, bu qrupun tipik nümayəndəsidir, yeni nəsli təmsil edir. Onun 40 yaşı var. Yaşından göründüyü kimi, həqiqətən, gənc nəslin nümayəndəsidir. Çox yaxşı təhsil almışdır. Öz doğma dilindən savayı, türk, ingilis, fransız, rus dillərini yaxşı bilir. Moskvada Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda elmlər namizədi dərəcəsi almışdır. Bir müddət MDBMİ-də dərs demişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra o, özəl bizneslə məşğul olmağa başlamışdır. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunmuşdur. Ölkənin parlamentinə - Milli Məclisə deputat seçilmişdir. Daha sonra Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini seçilmişdir. Həm də Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq edir.

Prezident Buş və keçmiş vitse-prezident Qor kimi, bizim bugünkü qonağımızın da atası olduqca məşhur adamdır. Bu, ona müəyyən üstünlüklər verməklə yanaşı, bəzi çətinliklər də törədir. İndiyə qədər əldə etdiyi göstəricilərə görə qiymətləndirsək, mənə elə gəlir ki, o, bu çətinliyin öhdəsindən layiqincə gəlir. Mən hələ onun Azərbaycanın olimpiya hərəkatındakı işini demirəm. Beləliklə, ABŞ-Azərbaycan Ticarət Palatası, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu adından mən böyük şərəf hissi ilə İlham Əliyevi bu görüşdə çıxışa dəvət edirəm.

X X X

ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz professor Star!

Hörmətli xanımlar və cənablar!

Əvvəlcə mən istərdim ki, xoş sözlərə görə professor Stara minnətdarlığımı bildirim. Məni təqdim etdiyinizə, həm də Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutuna dəvətinizə və çıxış etmək imkanı yaratdığınıza görə minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəfdir. Sizinlə birlikdə olmaq, regionumuzdakı hazırkı vəziyyət və eləcə də gələcək inkişaf haqqında fikir mübadiləsi aparmaq mənim üçün əhəmiyyətli olacaqdır. Burada, Vaşinqtonda qaldığım qısa müddət ərzində artıq bir sıra görüşlərim olmuşdur. Mən vitse-prezident cənab Çeyni, dövlət katibinin müavini cənab Armitac, milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini cənab Hedli, tanınmış siyasətçilər, geniş kütlələr tərəfindən tanınan, yalnız bu ölkənin gələcək inkişafını deyil, bütün dünyanın inkişafını müəyyən edən şəxslərlə görüşlərim olmuşdur.

Dünən cənab Starla görüşdük. Bu görüşdə cənab Bjezinski, general Skoukroft, keçmiş müdafiə naziri Kohen, xanım Olbrayt və bütün digər köhnə dostlarımız iştirak edirdilər.

Azərbaycanın bu günü haqqında, ölkənin gələcəkdə nə əldə edəcəyi haqqında danışarkən, elə bilirəm ki, keçmişə nəzər salmaq, Azərbaycanın demokratik inkişaf, tərəqqi, müstəqillik yolunun haradan başlanmasına bir daha qayıtmaq yerinə düşərdi.

Azərbaycan yeni müstəqillik qazanmış ölkədir. Cəmi 11 ildir ki, müstəqil ölkə kimi mövcuduq. Buna baxmayaraq, ölkəmizin qədim keçmişi, böyük mədəniyyəti və ənənələri vardır. Biz dünya mədəniyyətinə layiqli töhfələr vermişik. Lakin Azərbaycan xalqının layiq olduğu və qazandığı, hər şeydən artıq qiymətləndirdiyi müstəqlliyimizin ilk illəri bizim üçün çox çətin olmuşdur. Çünki bu illər ölkədə qeyri-sabitlik, tam iqtisadi və siyasi böhran dövrü idi. Hakimiyyət uğrunda mübarizə, toqquşmalar, bir-biri ilə vuruşan qanunsuz silahlı dəstələr, vətəndaş müharibəsi, əlbəttə ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü - bütün bu amillər müstəqilliyimizin ilk illərində üstünlük təşkil edirdi. Əlbəttə ki, müstəqilliyin ilk illərində hakimiyyətin tez-tez dəyişməsi və bacarıqsız rəhbərlik Azərbaycanı fəlakət qarşısına gətirib çıxarmışdı. Separatçılıq meylləri artmağa və Azərbaycan, sadəcə olaraq, parçalanmağa başlamışdı.

Lakin 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət sabitləşməyə başladı. Bütün qanunsuz silahlı qruplar tərksilah edildi. Vətəndaş müharibəsinə son qoyuldu. Ermənistanla müharibə dayandırıldı. Biz atəşkəsə nail olduq. Artıq 8 ildir ki, heç bir beynəlxalq qurumun müşahidəsi olmadan, atəşkəs rejimini qoruyub saxlayırıq.

Sonrakı illərdə vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Ölkəmizin son illərdə iqtisadi artımla bağlı göstəricilərinə nəzər yetirsək, siyasi sabitliyin yaranmasının iqtisadi inkişafa və bugünkü nailiyyətlərin əldə olunmasına nə qədər müsbət təsir etdiyini aydın görə bilərik. Azərbaycan artıq iqtisadiyyatda mühüm göstəricilər əldə etməklə yanaşı, gələcək üçün də böyük potensialı olan ölkə hesab edilir. 1993-cü ildən sonrakı ilk illər, əlbəttə ki, Azərbaycanda sabit mühitin yaradılmasına həsr edilən dövr olmuşdur.

1996-cı ildən bu günə qədər iqtisadi inkişafa nəzər yetirsək, biz görərik ki, Azərbaycan regionda nadir ölkələrdən biridir ki, son 6 ildə ümumi daxili məhsulun 64 faiz artımına nail olmuşdur. Bu ilin 9 ayı ərzində artım 9,5 faiz təşkil etmişdir. Bu, əsaslı artımdır. Nəzərə alsaq ki, bu göstəricinin 70 faizini dövlət müəssisələrinin yox, özəl sektorun istehsal etdiyi məhsul təşkil edir, qətiyyətlə demək olar ki, bu, ölkədə aparılan genişmiqyaslı özəlləşdirmənin nəticəsidir. Həmin 6 il müddətində inflyasiya 2 faizdən yuxarı olmamışdır. Dövlət müəssisələrində işləyənlərin orta əmək haqqı 3 dəfə artmışdır. Bu iqtisadi inkişaf davam etməkdədir.

Torpaq islahatı uğurla başa çatmışdır. Torpaq kəndlilərə verilmişdir, beləliklə, bu gün kənd təsərrüfatında yalnız şəxsi əmlak mövcuddur. Əlbəttə, bir sıra problemlər vardır və 11 illik müstəqillik dövrünün yarısının həddindən artıq çətin olduğunu nəzərə alsaq, bu problemlərin tezliklə həll ediləcəyini düşünmək sadəlövhlük olardı. Lakin artan dinamika, iqtisadi inkişaf bizim doğru yolda olduğumuzu göstərir.

Azərbaycan həm də xarici sərmayələrin cəlb olunmasında yaxşı göstəricilər əldə etmişdir. Sizə deyə bilərəm ki, keçmiş sovet respublikaları içərisində Azərbaycan uzun müddətdir ki, adambaşına düşən xarici sərmayənin miqdarına görə birinciliyi saxlayır və bu sahədə Şərqi Avropa ölkələrindən də irəlidədir. Yaxşı sərmayə mühitinin yaradılması “açıq qapı” siyasətinin aparılması ilə birbaşa bağlıdır. Nəticədə Azərbaycanda yeni iş yerləri yaradılır. Bu proses xüsusilə enerji sektorunda davam etməkdədir.

Beləliklə, əgər biz Azərbaycandakı iqtisadi vəziyyəti qısaca qiymətləndirsək görərik ki, böyük tərəqqi, nailiyyət əldə olunmuşdur və qarşımızda daha firavan gələcək vardır. Çünki bütün hesablamalarımız, yalnız bizim deyil, xarici maliyyə təsisatlarının - Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Maliyyə Korporasiyasının apardığı hesablamalar da göstərir ki, gələcəkdə Azərbaycan regionun ən firavan və zəngin ölkələrindən birinə çevrilə bilər.

Əlbəttə, iqtisadiyyatımızın aparıcı sahəsi enerji sektorudur. Bu da təbiidir. Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə neftin sənaye üsulu ilə çıxarılması Azərbaycanda olmuşdur.

 

Dünyada ilk dəfə dənizdə neft hasilatı da Azərbaycana aiddir. Lakin bunlar sovet dövründən əvvəlki vaxtlar idi. Sovet dövründə irəliləyiş əldə etsək də, bu sahədə gələcək inkişaf üçün nə isə etmək imkanımız olmamışdır. Ona görə də xarici iri neft şirkətlərinin Azərbaycana cəlb edilməsi siyasəti özünün uğurlu olduğunu sübuta yetirdi. Bu, Azərbaycanda 1994-cü ildən aparılan neft strategiyasının bir hissəsidir. Biz neft və qaz sektoruna yaxın gələcəkdə 10 milyardlarla ABŞ dolları məbləğində sərmayə axınını gözləyirik. Artıq neft sənayemizə 6 milyard dollar sərmayə qoyulubdur. Növbəti 3-4 ilə 10 milyard dollar da sərmayə qoyulacaqdır. Bu da Azərbaycan kimi kiçik ölkə üçün böyük göstəricidir. Başladığımız bütün layihələr ilk baxışda kiməsə qeyri-real, hətta deyərdim ki, fantastik görünürdü. Onların reallaşdırılması təsəvvür olunmurdu. Neft sənayesini inkişaf etdirməyə başladığımız ilk dövrdə çoxlu problemlərimiz, kənardan bir sıra təzyiqlər vardı. Nəzərəçarpacaq bədbinlik ölkənin özündə də duyulurdu. Bəziləri deyirdilər ki, Azərbaycan xarici şirkətləri dəvət etməməlidir, nefti gələcək nəsillərə saxlamaq lazımdır. Lakin neft yalnız hasil olunarkən, həm də dünya bazarlarına daşınarkən əhəmiyyət kəsb edir. Ona görə də xarici sərmayələrin cəlb olunması siyasəti, beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlığımız bizə imkan verdi ki, bu uğurları əldə edək.

Yaratdığımız qanunvericilik bazası da köməyimizə çatdı. Hazırda Azərbaycana sərmayə qoyanlar qanun tərəfindən 100 faiz sığortalanmışlar. Beynəlxalq şirkətlərlə əldə etdiyimiz bütün razılıqlar parlamentdən ratifikasiyadan keçmişdir. Sonra isə Prezident Fərmanı ilə imzalanaraq qanuna çevrilmişdir.

Nefti çıxarmaq işin yarısıdır. Satış bazarı tapmaq lazımdır və bu, bizim üçün həqiqi problemlər yaradır. Azərbaycan, bəlkə də, neft hasil edən yeganə ölkədir ki, dünya bazarlarına birbaşa çıxışı yoxdur. Dünya bazarlarına çıxmaq üçün bizə kəmərlər lazımdır. Boru kəmərlərinin tikiləcəyi ərazilər isə sakit ərazilər deyil, riskli, vaxtaşırı müxtəlif münaqişələrin və toqquşmaların baş verdiyi ərazilərdir. Lakin lap əvvəldən bizim qətiyyətimiz belə olmuşdur ki, Azərbaycan yalnız bir yoldan, bir marşrutdan asılı olmamalıdır. Müxtəlif boru kəmərlərinə nail olmaq siyasəti bizi bir çox təzyiqlərdən xilas etdi. Biz bir boru kəmərindən asılı vəziyyətə düşmədik. Bu gün neftimiz iki istiqamətdə axır.

İki boru kəməri vasitəsilə neft ixrac etməklə yanaşı, əlbəttə, əsas boru xətti tikmək ideyası həmişə fikirimizdə, ürəyimizdədir. Fəaliyyətə başladığımız lap ilk günlərdən onu tətbiq etmək barədə düşünürük. Bunu etmək bir o qədər də asan deyildi. Çünki çoxlu sərmayə, infrastruktur tələb olunurdu. Xoşbəxtik ki, təxminən bir ay bundan əvvəl, sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan marşrutunun ilk borusu xəttin başlanğıcında xəndəyə salındı və əsas ixrac kəmərinin inşası başlandı. Bu kəmər həm bizim ölkəmiz üçün yeni mənfəət gətirəcək, yeni imkanlar və iş yerləri yaradacaq, həm də ümumən regionumuza, buradakı vəziyyətə, bölgədəki qüvvələr balansına, regionun təhlükəsizliyinə güclü təsir edəcəkdir. Çünki əvvəl qeyd etdiyim və əlbəttə, sizin də bildiyiniz kimi, regionumuz, təəssüf ki, münaqişələr regionudur.

Xəzər dənizinin statusu məsələsi illər boyu həll olunmamışdır. Həmin məsələdə razılıq əldə edilməmişdir. Bu, bəzən qarşıdurma, düşmənçilik yaradırdı. Lakin Azərbaycanın mövqeyi lap əvvəldən aydın idi. Biz elan etdik ki, hər bir sahilyanı ölkə Xəzər dənizinin özünə aid sektorunda iş aparmaq hüququna malikdir. Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində və ortalarında Azərbaycanın bu mövqeyi digər sahilyanı ölkələr tərəfindən dəstəklənməmişdir. Zaman keçdikcə, Azərbaycan enerji ehtiyatlarının işlənilməsində uğurlar əldə etdikcə, bizim mövqeyimiz daha da möhkəmləndi. Deməliyəm ki, Amerika Birləşmiş Ştatları hökumətinin möhkəm dəstəyi də bu məsələnin həllində əhəiyyətli rol oynadı və bizə də mövqeyimizi müdafiə etməkdə çox kömək etdi. Bu gün deyə bilərik ki, çox çətin yolun yarısını artıq qət etmişik.

Azərbaycan ilə Rusiya arasında dənizin dibinin bölünməsini müəyyən edən saziş imzalanmışdır. Biz çoxtərəfli razılığın əldə olunması ərəfəsində bu addımı çox vacib hesab edirik. Əminəm ki, Xəzər dənizinin sektorlara bölünməsi baş tutacaqdır.

Onu da deyə bilərəm ki, bu mövzu gündəliyə çıxdığı ilk gündən indiyədək həll olunmamış qalır. Yəni 8 ildir ki, həmin məsələ həll olunmayıbdır. Xoşbəxtlikdən, bu, bizi düzgün hesab etdiyimiz işdən döndərməmişdir və ölkəmizə sərmayə qoyan xarici şirkətlərin qarşısında maneə olmamışdır. Onlar Azərbaycana milyardlarla dollar sərmayə qoymuşlar.

Neft Azərbaycan üçün ənənəvi olaraq səciyyəvi mövzudur. İndi isə neft müasir Azərbaycan üçün güclü iqtisadiyyat yaratmaqdan ötrü vasitədir. Neftdən əldə olunan gəlirlər digər sahələri inkişaf etdirmək üçün imkan yaradır, iqtisadiyyatı çoxsahəli etmək üçün vasitədir. Bu məqsədlə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Bu da çox mühüm addımdır. Beynəlxalq maliyyə qurumları, xüsusilə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bu addımımızı çox bəyəndilər. Xarici şirkətlərlə əməkdaşlığımızdan, birgə həyata keçirdiyimiz əməliyyatlardan əldə etdiyimiz neft gəlirləri həmin Fondda yığılır. Bu, şəffaf qurumdur. Gəlirlər haqqında müntəzəm məlumat çap olunur. Auditor xidməti Fondun işinə nəzarət edir və iqtisadiyyatımızın inkişafı üçün biz bu vəsaitdən istifadə edə bilərik.

Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan dövlət müstəqilliyini əldə edərkən və müstəqilliyimizin iki-üç ilində ölkəmizin heç bir maliyyə ehtiyatı yox idi. Belə ehtiyatlar, sadəcə, mövcud deyildi. Həmin illər çox çətin bir dövr idi. Bu gün isə Azərbaycanın maliyyə ehtiyatlarının həcmi 1,3 milyard ABŞ dollarına bərabərdir, yəni bizim illik büdcəmizdən bir qədər də artıqdır. Bu, Azərbaycanın möhkəm, güclü iqtisadi əsasının olmasına, onun kifayət qədər ehtiyatlarının mövcudluğuna və bu ehtiyatların ölkəmizin gələcək inkişafı üçün istifadə ediləcəyinə, insanlarımızın həyatının daha yaxşı təmin olunacağına dəlalət edir.

Mən əvvəldə də dedim, belə təəssürat yaratmaq fikrində deyiləm ki, hər şey yaxşıdır, mükəmməldir, problemlərimiz yoxdur. Xeyr, bizim problemlərimiz çoxdur. Bizdə işsizlik də, digər iqtisadi çətinliklər də var. Amma bunun təbii səbəbləri də vardır. Azərbaycanda və keçmiş SSRİ-nin digər ölkələrində vaxtilə yaranmış köhnə sovet infrastrukturu artıq bu günün tələblərinə cavab vermir. Həmin o nəhəng müəssisələri bərpa etməyin də heç bir əhəmiyyəti yoxdur. Sovet İttifaqı dövründə işləyən o müəssisələrin məhsulu üçün bazar yoxdur. Bu günün bazarı yeni texnologiya əsasında buraxılan müasir məhsullar tələb edir. Köhnə tipli müəssisələrdə müasir tələblərə cavab verən məhsul hazırlamaq mümkün deyildir. Ona görə də həmin müəssisələrdə işləyən adamlar indi yeni iş yerləri tapmaq çətinliyi ilə üzləşirlər. Bu baxımdan ölkəmizin, hökumətimizin əsas məqsədlərindən biri də yeni iş yerləri yaratmaq, insanları yaxşı əmək haqqı və normal həyat tərzi ilə təmin etməkdir. Təəssüf ki, mövcud maliyyə ehtiyatları bizə yalnız indiyədək əldə olunanlarla kifayətlənmək imkanı verir. Amma inanıram ki, yaxın gələcəkdə insanların həyat tərzində əsaslı yüksəliş müşahidə olunacaqdır. Çünki biz iqtisadi dinamikanı hiss edir, bu artımı görürük. Azərbaycanın 5 il bundan əvvəlki vəziyyəti ilə bu günümüzü müqayisə etmək imkanımız vardır.

Ölkəmizin ən ağrılı problemi Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasının davam etməsidir. Azərbaycanla Ermənistan arasında münaqişə 1988-ci ildə başlanmış, sonra müharibəyə çevrilmişdir. Bu, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə gedən müharibədir. Həmin müharibənin nəticəsi kimi, bu gün Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.

Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Ermənistan təkcə Dağlıq Qarabağ ərazisini deyil, həmin ərazidən kənarda yerləşən və ermənilərin heç vaxt yaşamadıqları daha 7 rayonu işğal etmişdir. ATƏT münaqişəni həll etməyə çalışır, amma təəssüf ki, indiyədək əsaslı nəticə əldə olunmamışdır. Amma Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. Azərbaycan xalqı öz ölkəsinin ərazi bütövlüyünün pozulması faktı ilə heç zaman barışmayacaqdır. Təcavüzə son qoyulmalıdır. Təəssüf ki, beynəlxalq birlik münaqişə ilə bağlı düzgün məlumata malik deyildir. O, kimin təcavüzkar, kimin isə təcavüzün qurbanı olduğunu bilmir. Bundan əlavə, müxtəlif ölkələrdəki erməni icmalarının güclü mövqeyi bəzən həmin ölkələrin hökumətlərini münaqişə ilə bağlı ədalətli, düzgün fikir yürütməkdən də çəkindirir. Halbuki, təkzib olunmaz faktdır ki, Ermənistan ordusu bizim ərazimizi işğal edibdir. Sadəcə, xəritəyə baxmaqla, Ermənistan ordusunun bizim ərazimizi işğal etdiyini görmək və buna əmin olmaq olar. Artıq xeyli vaxtdır ki, bu faktın beynəlxalq təşkilatların sənədlərində əks etdirilməsinə çalışırıq. Lakin heç də həmişə uğur qazana bilmirik. Avropa Şurası Parlament Assambleyasının bu yaxınlarda keçirilmiş iclasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı tanınmış, bu qurumun qətnaməsinə daxil edilmiş və sənəd kimi qəbul olunmuşdur. Biz bu faktı Azöərbaycanın böyük nailiyyəti, qələbəsi kimi qiymətləndiririk.

Bu problem yalnız bizim üçün gərginlik yaratmır. Haqqında danışdığım problem bütün region üçün təhlükə doğurur. Çünki indi Dağlıq Qarabağ Avropada, bəlkə də, yeganə qara ləkədir ki, burada beynəlxalq hüquq qaydaları, normaları işlənmir. Bu, qanunsuz rejimin olduğu ərazidir. Həmin ərazidə beynəlxalq monitorinq keçirilmir, orada saxlanılan hərbi sursat və silah heç bir beynəlxalq sənəddə qeydə alınmayıbdır. Beləliklə, bu, Avropada qara ləkədir. Burada qeyri-qanuni fəaliyyət göstərilir. Dağlıq Qarabağda yerli və beynəlxalq terrorçulara sığınacaq verilir. Bu ərazidə narkotik bitkilər yetişdirilir, silah və hərbi sursat alınması üçün satılır. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükəlidir, buna son qoyulmalıdır. Xüsusilə də bugünkü gündə, terrorçu təşkilatlarla mübarizə aparılan dövrdə bu, aktual xarakter daşıyır.

Sizə deyə bilərəm ki, erməni terror təşkilatlarının Azərbaycandakı fəaliyyəti nəticəsində 2 mindən çox günahsız azərbaycanlı qətlə yetirilmişdir, on minlərlə adam yaralanmışdır. Terror aktları metroda, bərələrdə, avtobuslarda, insanların toplaşdığı digər yerlərdə həyata keçirilmişdir. Beləliklə, terror aktlarını törədənlər arasında heç bir fərq qoyulmamalıdır. Terrorçu elə terrorçudur.Terrorçuların milliyyəti, dini mənsubiyyəti olmur. Onları fərqləndirmək mümkün deyildir. Terror müasir dünya üçün bəladır. Beynəlxalq birlik bu bəlaya son qoymaq istəyirsə, bütün ölkələr birləşməli və ona qarşı amansız müharibəyə başlamalıdır. Mən ümid edirəm ki, - biz artıq bu məsələdə daha çox anlaşmaya nail oluruq, - beynəlxalq birlik Ermənistanın Azərbaycana qarşı bu təcavüzünə son qoymaq üçün qətiyyətli tədbirlər həyata keçirəcək, ədalətli sözünü deyəcəkdir. Təcavüzkar zəbt etdiyi ərazilərdən özünün işğalçı ordusunu geri çəkməlidir və 1 milyondan artıq azərbaycanlıya öz evlərinə qayıtmaq imkanı yaradılmalıdır.

 

Əlbəttə ki, bu məsələnin həllində biz Amerika Birləşmiş Ştatlarının hökumətindən çox şey gözləyirik. Ümid edirik ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində daha fəal səylər göstərəcək və Ermənistanı öz qoşunlarını geri çəkməyə məcbur edəcəkdir.

Dövlətlərimiz arasında əlaqələrə gəldikdə, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında əməkdaşlıq yaxşı istiqamətdə inkişaf edir. Uzun müddətdir ki, biz əməkdaşlıq edirik. Bu əməkdaşlıq illəri dövründə Azərbaycan yalnız sözdə, bəyanatlarla deyil, praktiki addımları ilə sübut etmişdir ki, ölkəmiz Amerika Birləşmiş Ştatlarının həqiqi, etibarlı tərəfdaşı, onunla əməkdaşlıq edən dövlətdir. Biz enerji layihələrimizi inkişaf etdirmək üçün birgə səylər qoymuşuq, digər sahələrdə də birlikdə qərarlar qəbul etmişik. Amerika Birləşmiş Ştatlarının apardığı antiterror əməliyyatlarında əlbir, yaxından iştirak edirik.

Azərbaycan ilk ölkələrdən biri olmuşdur ki, 11 sentyabr dəhşətli terror hadisələri baş verən kimi, ABŞ-a öz dəstəyini bildirmişdir. Ölkəmiz Amerika Birləşmiş Ştatları ilə bir alyansda olduğunu bəyan etmişdir. Bu günədək biz antiterror əməliyyatlarında sizin ölkənizə tam dəstəyimizi əsirgəmirik. ABŞ-ın bu bəlaya qarşı apardığı müharibənin səmərəli olmasından ötrü Azərbaycan öz ərazisini və hava məkanını istifadə üçün təklif etmişdir. Bu sahədə əməkdaşlığımız gələcəkdə də davam edəcək və qarşıdakı illərdə də Azərbaycan ABŞ-ın dostu və etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz artıq öz seçimimizi etmişik. Bizim birgə səylərimiz, əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir. Beləliklə, biz iqtisadi, siyasi cəhətdən güclü ölkə yaratmaq istəyirik. Buna nail olmaq üçün bizə yaxşı dostlar lazımdır. Biz Azərbaycanda Amerika Birləşmiş Ştatları ilə olan münasibətlərdən tam razıyıq və əlbəttə ki, ölkələrimiz arasında daha dərin inteqrasiyanın tərəfdarıyıq.

Azərbaycanın dünya birliyinə daha dərin inteqrasiyası da bizim əsas məqsədlərimizdən biridir. Məsələn, Avropa Şurasına daxil olduqdan sonra Azərbaycanın qanunvericiliyi daha da təkmilləşdirilmiş və Avropa standartlarına uyğunlaşdırılmışdır. Beynəlxalq konvensiyaların tələb etdiyi şərtlər bizim qanunvericilikdə artıq öz əksini tapmışdır. Qanunvericiliyimiz bundan sonra da təkmilləşdiriləcəkdir. Bu da bizim əsas məqsədimizdir.

Biz istəyirik ki, modern, siyasi cəhətdən güclü, iqtisadi cəhətdən qüdrətli, müasir dövlət yaradaq, sülh, əmin-amanlıq şəraitində yaşayaq. Əminəm ki, bunun üçün hər cür imkan vardır. Vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, hamınızın sualı vardır. Buyurun, suallarınızı verin. Mən onlara məmnuniyyətlə cavab verərəm. Suallara keçməzdən əvvəl, nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan demokratiya prinsiplərinə sadiqdir və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Biz demokratiya prinsiplərinə sadiq olacağıq. Çox sağ olun.

X X X

FRED STAR: Çıxışınıza görə çox sağ olun. Sizin səxavətli təklifinizdən mütləq istifadə edəcəyik, suallar olacaqdır.

X X X

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev görüş iştirakçılarının çoxsaylı suallarına cavab verdi.

SUAL (Əli Əsgərov - Bakıdakı Qafqaz Universitetinin müəllimi): Cənab Əliyev, çox sağ olun. Bir ildən artıqdır ki, burada, universitetdə tədqiqat aparıram. Sizə iki sualım var. Birincisi, ölkədə ümumi daxili məhsul istehsalının neçə faizini neft təşkil edir və siz düşünürsünüzmü ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı iqtisadiyyatdır? İkinci sualım belədir: müharibə ölkənin işğal olunmuş ərazilərini azad etmək üçün bir vasitə hesab oluna bilərmi? Sağ olun.

CAVAB: Əlbəttə, mən çıxışımda qeyd etmişdim ki, bizim iqtisadiyyatımız neft amilinə əsaslanıbdır və bu amil gələcəkdə də Azərbaycan iqtisadiyyatında üstün rol oynayacaqdır. Ona görə yox ki, iqtisadiyyatın digər sahələri inkişaf etmir, ona görə ki, növbəti üç-dörd ildə Azərbaycanın neftdən götürəcəyi gəlirlər 5-10 dəfə artacaqdır. Lakin eyni zamanda iqtisadiyyatın digər sektorları da artan xətt üzrə inkişaf edəcəkdir. Əlbəttə bu artımın da 5-10 dəfəyə çatacağını demək düzgün olmazdı.

Mən qeyd etmişdim ki, Azərbaycanda istehsalın 70 faizdən çoxunu qeyri-dövlət, özəl sektor təşkil edir. Lakin biz realist olmalıyıq. Neft sektorunun inkişafı, neft amili bu gün də, üzümüzə gələn bir çox illər boyu da Azərbaycan üçün ən vacib amil olacaqdır və bizim iqtisadiyyatın lokomativi rolunu oynayacaqdır.

İkinci suala gəldikdə isə məncə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi yolunun axtarışını davam etdirməlidir. Elə bilirəm ki, bunu etməyə hələ də imkanlar var. Buna görə də biz hər bir imkandan, hər bir şansdan istifadə etməyə çalışmalıyıq ki, münaqişə sülh yolu ilə həll olunsun. Çünki biz müharibə istəmirik. Kifayət qədər müharibə aparmışıq və biz insanlarımızın ölümünü istəmirik. Lakin eyni zamanda biz heç vaxt razı olmarıq ki, ölkəmizin ərazi bütövlüyü pozulsun. Azərbaycan bu vəziyyətlə heç vaxt razılaşmaz və əgər bizim ölkəmiz, dövlətimiz görsə ki, bütün sülh yolları, necə deyərlər, işləmir, tükənibdir, onda əlbəttə, Azərbaycan ərazilərini azad etməkdən ötürü bütün digər mümkün imkanlardan istifadə edəcəkdir.

SUAL: (Corctaun Universitetinin tələbəsi): Cənab İlham Əliyev, əvvəlcə çıxışınıza görə sizə minnətdarlığımı bildirirəm. Siz Azərbaycanda demokratiyaya tamamilə sadiqsiniz. Mən, sadəcə, sizin atanızı əvəz edəcəyiniz barədə mətbuatda dolaşan fikirləri nəzərinizə çatdırmaq istəyirəm. Növbəti prezident seçkiləri nə zaman olacaqdır? Sağ olun.

CAVAB: Siz də sağ olun. Birincisi, bildirim ki, Azərbaycanda növbəti prezident seçkiləri 2003-cü ildə keçiriləcəkdir və Prezident Heydər Əliyev bəyan edib ki, həmin seçkilərdə iştirak edəcəkdir. Bu, növbəti beş il deməkdir. Biz əminik ki, o, bu seçkilərdə də əksəriyyətin səsini qazanacaqdır. Çünki o, yalnız bu günün deyil, bütün Azərbaycan tarixinin ən populyar siyasətçisidir. Amma 2003-cü il seçkilərindən sonrakı növbəti prezident dövrü haqqında danışmaq hələ çox tezdir. Odur ki, gəlin 2008-ci ilə qədər gözləyək, sonra görərik. Ancaq sizə deyə bilərəm ki, Azərbaycanda və bizim hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasında tanınmış, savadlı, yaxşı təhsil almış şəxslər vardır. Onlar da bu imkandan yararlana bilərlər. Ona görə də İlham Əliyev ətrafında fikir cəmləşdirmək lazım deyildir. İlham Əliyev yalnız bu komandanın üzvlərindən biridir.

SUAL \Kris Volther\: Biz bilirik ki, keçən ay Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin inşasına başlandı. 3 milyard dollarlıq bu kəmərin tikilməsi üçün artıq nə qədər maliyyə vəsaiti ödənilibdir və maliyyələşməyən hissəni Azərbaycan Dövlət Neft Şirkəti və onun tərəfdaşları nə cür doldurmaq fikrindədirlər?

CAVAB: Sağ olun. Biz bu məsələni çox müzakirə etmişik. Çünki biz istəyirdik ki, Azərbaycan Dövlət Neft Şirkəti boru kəmərinin tikintisində iştirak etməklə yanaşı layihəyə sərmayə də qoysun. Bunun üçün bizim maliyyə imkanlarımız kifayət deyil. Belə məsuliyyəti üzərimizə götürmək çox çətindir. Çünki boru kəməri şirkətinin 25 faiz payı Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. Bu o deməkdir ki, bizim Dövlət Neft Şirkəti təqribən 750 milyon ABŞ dolları məbləğində vəsait qoymalıdır və onun 30 faizi bərabərləşdirilmiş paylar qaydasında qoyulmalıdır. Yəni əvvəlcədən nağd ödənməlidir. Qalan hissə isə beynəlxalq maliyyə təsisatlarından alınmış borclar hesabına ödənməlidir. Nəzərinizə çatdırım ki, Azərbaycan Dövlət Neft Şirkəti öz öhdəliyini yerinə yetirir. Bizim şirkət tərəfindən təqribən 100 milyon dollar vəsait ödənilibdir və təxminən 150 milyon dollar da növbəti iki ildə ödəniləcəkdir. Beləliklə, Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə ödənişi ilə bağlı heç bir problem yoxdur. Biz üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik.

SUAL \Rusiyanın “İzvestiya” qəzetinin əməkdaşı\: Cənab İlham Əliyev, vitse-prezident Çeyni ilə görüşünüz barədə sual vermək istəyirəm. Həmin görüşün əsas mövzusu barədə bəzi detalları açıqlaya bilərsinizmi?

CAVAB: Biz ikitərəfli münasibətləri müzakirə etdik. Əlbəttə, cənab Çeyni regiondakı vəziyyətlə yaxşı tanışdır. Çünki təcrübəli siyasətçidir və regionda hansı proseslərin baş verdiyini yaxşı bilir. Beləliklə, əsasən ikitərəfli münasibətlər, gələcək əməkdaşlıq haqqında danışdıq. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq imkanlarını geniş səpkidə müzakirə etdik. Əlbəttə, enerji sahəsində əməkdaşlıq məsələsi də görüşümüzdə müzakirə olundu.

SUAL\ Vartan Barseqyan - qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndəsi \: Cənab Əliyevin regionla, Dağlıq Qarabağla bağlı bəzi mülahizələri...

APARICI: Üzr istəyirəm, sualınız varsa, verin. Bəyanat verməyin.

VARTAN BARSEQYAN: Dağlıq Qarabağ qanunsuz ərazi deyil. Onun “demokratik” yolla seçilmiş funksional hökuməti var və Dağlıq Qarabağa beynəlxalq təşkilatların nümayəndələri səfərə gəlirlər. O cümlədən, ATƏT-in səfirləri, amerikalı həmsədr və Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri. O ki qaldı Dağlıq Darabağın ərazisində beynəlxalq terrorçuların olmasına, narkotik maddələrin daşınmasına, biz beynəlxalq icmanın bir hissəsiyik və beynəlxalq icma qarşısında üzərimizə düşən öhdəlikləri yerinə yetiririk.

APARICI: Sizdən xahiş edə bilərəmmi ki sualınızı verəsiniz?!

VARTAN BARSEQYAN: Bir cümlə də demək istəyirəm. Dağlıq Qarabağa və yaxud ermənilərə qarşı əks-terror əməliyyatları aparılacağı ciddi mövzudur.

APARICI: Xahiş edirəm suala keçin.

VARTAN BARSEQYAN: Mənim sözümü kəsməyin. Sualım belədir ki, siz sülh danışıqlarını nə cür qiymətləndirirsiniz və danışıqları necə aparmaq fikrindəsiniz?

İLHAM ƏLİYEV: Mənə elə gəlir ki, siz burada yaşayırsınız və verdiyiniz bəyanatları digər yerdə söyləməyə imkanlarınız kifayət qədərdir. Mən sizin dediklərinizə heç şərh vermək fikrində də deyiləm. Çünki siz mövcud olmayan qurumu təmsil edirsiniz. Dağlıq Qarabağ adında respublika yoxdur. Azərbaycanın bu ərazisini işğal edən banda var. Oradakı hakimiyyət hərbi rejimdir. Onların hamısı cinayət törətmiş şəxslərdir, terror hadisələri törətmiş adamlardır. Bu adamlar Ermənistanla birlikdə Azərbaycan ərazisinin bir hissəsini işğal etmişlər. Bir də deməliyəm ki, siz heç kimi təmsil etmirsiniz. Bəlkə özünüz özünüzü təmsil edirsiniz. Bəlkə də erməni lobbisini, erməni icmasını təmsil edirsiniz. Amma Dağlıq Qarabağı yox. Bu adda ölkə yoxdur.

Münaqişənin sülh yolu ilə həllinə gəldikdə isə əlbəttə, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik, sülhə nail olmaq istəyirik. Amma sülh real əsaslara söykənməlidir. Bu əsaslar isə olduqca sadədir: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən və Dağlıq Qarabağdan geri çəkilməsi. Sağ olun.

SUAL \Brenda Şaffer - Harvard Universitetində Xəzər Araşdırmaları Proqramının tədqiqatçı direktoru\: Mənim də sualım Dağlıq Qarabağla bağlıdır. Siz 800 mindən artıq azərbaycanlı qaçqının olduğunu dilə gətirdiniz. Digər münaqişə zonalarında olan qaçqınlarından fərqli olaraq azərbaycanlı qaçqınlar sakit yaşayır, məsələnin silah və güçlə həllinə cəhd etmirlər. Məsələn, bu gün Yaxın Şərqdə 14 adamın ölümü ilə nəticələnən qətl hadisəsi törədilmişdir. Azərbaycanlı qaçqınlar isə diqqəti özlərinə cəlb etməkdən ötrü bu cür hərəkətlərə yol verməmişlər. Lakin beynəlxalq ictimaiyyət onların bu ağır vəziyyətinə fikir vermir.

Qaçqınların zor işlətmədiyi bir halda Azərbaycan hökuməti beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etmək üçün hansı tədbirlərə əl atır?

CAVAB: Çox sağ olun. Həqiqətən siz çox vacib məsələni vurğuladınız. Bu bir həqiqətdir ki, bizim qaçqınların böyük əksəriyyəti olduqca ağır vəziyyətdə yaşayır, əraziləri işğal olunubdur. Sizə bundan betərini deyə bilərəm ki, erməni ordusu işğal etdiyi Azərbaycan ərazilərində ümumilikdə 9 min şəhər, kənd, qəsəbə dağıdıbdır. Həmin ərazilərdə hər şey tar-mar olubdur. Bu, müharibə, işğal deyil, bu, vandalizm aktıdır. Azərbaycanın işğal olunmuş ərazilərinə vaxtaşırı gələn müşahidəçilər şoka düşürlər. Çünki orada heç bir şey qalmayıb, hər şey yerlə-yeksan edilib, yaxud da oradan daşınıbdır. Lakin bizim qaçqınlar böyük dözüm nümayiş etdirirlər. Xüsusilə, qeyd olunmalıdır ki, bu dəhşətli irticaya məruz qalmalarına baxmayaraq, qaçqınlar heç bir qeyri-qanuni hərəkətə yol vermirlər.

Biz çalışırıq ki, bütün beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edək. Bunun üzərində möhkəm çalışırıq. Birləşmiş Millətlər Təşkilatından, Qaçqınlar üzrə Ali Komissarlıqdan nümayəndələr dəvət olunur və onların hamısı deyir ki, məsələnin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Bizim problemimiz isə budur ki, erməni lobbisinin Amerika Birləşmiş Ştatlarında, Fransada, Rusiyada və digər ölkələrdə fəaliyyəti nəticəsində münaqişə ilə bağlı həqiqət kütlələrdən gizlədilir. Əksər hallarda ikili standart siyasəti aparılır. Biz bununla tez-tez üzləşirik. Amma irticaçı irticanın qurbanından fərqləndirilməlidir. Azərbaycan fəal surətdə beynəlxalq təşkilatların imkanlarından istifadə edir ki, bu həqiqət beynəlxalq aləmə məlum olsun və erməni irticaçılar işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilsinlər. Bu baş verməsə, gec-tez qarşıdurma başlayacaqdır. Biz qarşıdurma istəmirik. Amma torpaqlarımızın işğal altında olması ilə də heç vaxt razılaşmarıq.

SUAL \Marta Bləksoul - Yell Universitetinin Qloballaşma üzrə mərkəzinin əməkdaşı\: Cənab Əliyev, bizimlə görüşə gəldiyinizə görə sağ olun. Mən istərdim sizə Neft Fondu ilə bağlı sual verim. Bilmirəm, fonddan xərcləməyə başlamısınız, yoxsa yox? Xahiş edirəm, cavab verəsiniz ki, vəsaiti xərcləmək və əsas priaritetlərlə bağlı strategiyanız necə olacaqdır, qərarları necə qəbul edəcəksiniz?

CAVAB: Sağ olun. Hazırda biz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə Neft Fondunun vəsaitinin xərclənməsini tənzimləyəcək qanunlar üzərində işləyirik. Lap əvvəldən Neft Fondunda 650 milyon dollar yığılmışdı. İki il müddətində bu vəsaitə toxunulmadı. Bu yaxınlarda isə 72 milyon dollar vəsait qaçqınların tələbatı üçün xərcləndi. Onların həyat şəraitinin yaxşılaşdırılmasına sərf olundu. Bu vəsaitlə yeni şəhərciklər, kəndlər salınır. Artıq onların bəziləri tikilibdir, bəziləri tikilmə prosesindədir.

Mən qaçqınlar dedikdə, Ermənistandakı öz ata-baba yurdlarından zorla qovulmuş qaçqınları nəzərdə tuturam. Bu kəndlər Ermənistandan zorla çıxarılan əhali üçün tikilir. Çünki Ermənistandan Azərbaycana 200 mindən artıq azərbaycanlı qovulmuşdur. Ermənistanda azərbaycanlılar əsrlər boyu yaşamışlar. Artıq onlar on iki ildir ki, qaçqındırlar. Bu vəsaitdən onların ehtiyaclarına xərclənibdir. Hökumətin əsas məramı və məqsədi vəsaiti toplamaq, möhkəm potensial yaratmaq, məhz bundan sonra beynəlxalq maliyyə qurumlarının məsləhətlərinə uyğun olaraq, digər ölkələrin təcrübəsindən çıxış edərək, vəsaitdən istifadə etməkdir. Biz bilirik ki, bu cür fondlar digər ölkələrdə də olubdur. Məsələn, Norveçdə, Kanadada, Alyaska və digər yerlərdə də olubdur. Hazırda biz onların təcrübəsini öyrənirik ki, vəsait aidiyyatı üzrə xərclənsin. Fondun idarəçilliyində şəffaflığa nail olmuşuq. Neft Fondunda toplanan vəsait haqqında müntəzəm olaraq məlumat dərc edilir. Bu haqda çıxışımda da dedim.

Məhşur “Ernst ənd Yanq” şirkəti fondun auditorudur. Bizim bu baxımdan heç bir çətinliyimiz yoxdur. Qarşımızda duran vəzifə vəsaiti çoxaltmaq, gələcəkdə iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək üçün möhkəm əsas yaratmaqdır.

 

SUARL \ Osman Tad, Amerikalı Türklər Assambleyası Fondunun nümayəndəsi\: Cənab İlham Əliyev, siz dediniz ki, Dağlıq Qarabağ məsələsində əsas problem Azərbaycanın bu problemi dünyaya təqdim edə bilməməsidir. Mən Kiprlə bağlı eyni paraleli çəkə bilərəm. 20 illik tarixə nəzər salsaq və sizin ölkənin istifadə etdiyi mexanizmlərə diqqət yetirsək, problemi həll etmək cəhdlərinizə baxsaq, görərək ki, Kipr məsələsində Cənubi Kipr Avropa İttifaqına üzv olmaq ərəfəsindədir. Dağlıq Qarabağda da seçkiyə bənzər nə isə keçirilmişdir. Yadınızdadırsa, Amerika Birləşmiş Ştatlarının Konqresi orada seçkilərə baxış keçirdi.

APARICI: Sizin sözünüzü kəsməli olacağam. Sualınızı verin.

OSMAN TAD: Sualım belədir, sizdə bir qrup adam dövlət yaratmağa çalışır. Görürsünüzmü, Kipr də Avropa İttifaqına üzv olur. Əlbəttə, bu, birbaşa müharibəyə gətirib çıxaracaqdır. Azərbaycan müharibəyə hazırdırmı? Münaqişəni həll etmək üçün işlənən mexanizmə etibar edib, inanırsınızmı? İstənilən nəticəni əldə edə biləcəksinizmi?

CAVAB: Biz buna ən azı ümid edirik. Ümid edirik ki, nəticə əldə olunacaqdır. Mən bu haqda dedim. Lap son şansdan da istifadə etməliyik ki, müharibəyə yol verməyək, məsələni sülh yolu ilə həll edək. Əlbəttə, dediklərinizlə mən də razıyam. Burada biz yenidən ikili standartla üzləşirik. Bu, aydın görünür. Əlbəttə, qanunsuz Dağlıq Qarabağ ərazisinə gedən konqresmenlər, qanunsuz seçilmiş “prezidenti” təbrik edən konqresmenlər şübhəsiz ki, erməni lobbisinin təsiri altındadılar. Belə deyilsə, nəyə görə bu cür hərəkət edirlər?! Belə deyilsə, gözlərini həqiqətə niyə yumurlar?! Həqiqətə göz yumub Konqresdə erməni maraqlarını nə üçün önə çəkmək istəyirlər?!

Mən sizə deyə bilrəm ki, Azərbaycan uzun müddətdir ki, Azadlığa Dəstək Aktının ədalətsiz 907-ci maddəsindən əziyyət çəkir. Bu maddə uzun müddət Azərbaycanı Amerikanın iqtisadi yardımından məhrum etmişdir. Bu qərar Konqresə erməni lobbisinin təsiri nəticəsində qüvvəyə minmişdir. Uzun illər boyu biz çalışdıq ki, bu maddə qüvvədən salınsın. Lakin yalnız bu yaxınlarda maddə qüvvədən salındı. Bu göstərir ki, erməni lobbisi burada təsir qüvvəsinə malikdir. Burada erməni lobbisi Konqresə də, ictimai fikrə də, digər sahələrə də təsir edə bilir. Bu, bir reallıqdır. Əlbəttə, həm də ədalətsizlikdir. Amma reallıqdır. Buna qarşı mübarizə aparmalıyıq, vəziyyətimizi aydın izah etməyə çalışmalıyıq. Hər bir imkan açılanda danışmalıyıq, hər bir görüşdə deməliyik. Beynəlxalq təşkilatların hər bir konfransında mövqeyimizi bildirməliyik.

Mən sizə deyə bilərəm ki, Avropa Şurasında Azərbaycan həmin təşkilata üzv olmamışdan qabaq bu məsələ ilə bağlı heç bir müzakirə aparmamışdılar. Üzvülük məsələsi həll olunan kimi bu məsələ üzrə möhkəm iş başladı və il yarım müddətində Avropa Şurası 10-dan artıq sənəd qəbul etdi. Ermənistan Atom Elektrik Stansiyası tullantılarının Azərbaycanın işğal olunmuş ərazilərində basdırılması ilə bağlı, işğal altındakı ərazilərdə ermənilərin bizim milli mədəniyyət abidələrini, qəbristanlıqları dağıtmaları ilə bağlı, qaçqınlarla bağlı sənədlər və sairə.

907-ci maddənin qüvvədən salınmasına səbəb nə idi? Səbəb o idi ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. Amma Azərbaycan Ermənistanı blokadada saxlaya bilməz. Çünki iki ölkə arasında kommunikasiyaları açmaqdan ötrü, gərək ermənilər qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsınlar. Beləliklə, bu ədalətsiz maddə, demək olar ki, 9-10 il qüvvədə qaldı. Bu gün də tamamilə aradan götürülməmişdir. Bir illiyə qüvvədən salınıbdır. Ona görə də bu sahədə daha fəal işləməliyik. Bu yöndə fəal olmalıyıq, hər dəfə imkan düşəndə danışmalıyıq. Çünki bizim dediklərimiz həqiqətdir, ermənilərin dedikləri isə yalandır.

SUAL(Corc Taun Universiteti hüquq fakültəsinin tələbəsi): Xəzərin statusu məsələsi hələ də müzakirə olunur. Maraqlıdır, Xəzərdə sualtı boru kəmərinin tikintisi mümkün olacaqdırmı? Bu, reallığa nə dərəcədə uyğundur? Siz bu barədə nə fikirləşirsiniz?

CAVAB: Çox sağ olun. Hazırda bizim mövqeyimizdə olan ölkələrin sayı artmağa başlayıbdır. İndi Rusiya, Qazaxıstan və Azərbaycan Xəzərin sektorlara bölünməsi ilə artıq razılaşırlar. Bu, çox müsbət haldır. İkitərəfli razılaşmalar imzalanıb, bir-iki il bundan əvvəl belə şey yox idi. Lakin biz həmişə bu cür yanaşmanın tərəfdarı olmuşuq ki, məsələlər ikitərəfli razılaşmalar əsasında həll edilməlidir. Ancaq sonra mövzu çoxtərəfli razılıq obyektinə çevrilə bilər.

Təbiidir ki, beş ölkə arasında razılığa gəlmək, iki ölkə arasında razılığa gəlməkdən daha çətindir. Artıq problem həll olunmaq üzrədir. Bu gün mövzu ilə bağlı Rusiya ilə, Qazaxıstanla problemimiz yoxdur. Belə razılaşmaların əldə olunması ilə sualtı boru kəməri tikilməsinin reallığı da artacaqdır. Bu sualtı kəmər Qazaxıstan neftini Bakı-Tbilisi-Ceyhan xəttinə qovuşdurmaq üçün nəzərdə tutulubdur. Biz bunu çox istərdik. Qərarı biz qəbul edə bilmərik. Çünki qərar Qazaxıstan tərəfindən qəbul olunmalıdır. Amma Qazaxıstan neftinin daşınması üçün biz mümkün olan ən yaxşı şəraiti yaratmağa hazırıq. Qazaxıstan nefti Aralıq dənizinə çıxaraq, beynəlxalq neft bazarlarına çata bilər. Onlar belə qərar qəbul edərlərsə, biz onlara bütün şəraiti yaratmağa hazırıq.

Bizim özümüz neft ixracında iki variantın olmasının üstünlüyünü hiss edirik. Borulardan biri Rusiyanın Novorossiysk limanına, digəri isə Gürcüstanın Supsa limanına gedir. Alternativlər çox olduqca, tariflər də aşağı düşür, sən özün də şərt qoyan tərəfə çevrilirsən. Bu, onlar üçün də, bizim üçün də, regionlarımız üçün də yaxşı olar. Amma dənizin dibindən boru xəttinin çəkilməsinə heç bir maneə, heç bir məhdudiyyət yoxdur. Beləliklə, mən burada heç bir problem görmürəm. Dediyim kimi, heç bir maneə, heç bir məhdudiyyət yoxdur. 

SUAL(Devid Akşiaşvili - Mərkəzi Asiya və Qafqaz İnstitutunda təcrübə keçən gürcüstanlı alim): Cənab Əliyev, yaxşı məlumdur ki, lap bu yaxınlaradək Azərbaycan və Amerika arasında təhlükəsizlik üzrə əməkdaşlıq etmək üçün hüquqi məhdudiyyətlər mövcud idi. Deyə bilərsinizmi, hazırda vəziyyət necədir, Azərbaycanda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı nə iş görülür? Təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının gələcəyi necədir?

CAVAB: Çox sağ olun. Bəli, bugünkü gündə təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün heç bir maneə yoxdur. Bir neçə il bundan əvvəl Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və bu proqram çərçivəsində Azərbaycanda bir sıra işlər görülübdür. Görülmüş işlər hərbi qüvvələrin NATO standartlarına yaxınlaşmasına, inteqrasiyasına çox kömək edibdir. Bu gün məhdudiyyət yoxdur. Çünki indiyədək mövcud olan məhdudiyyətlər aradan götürülüb, əməkdaşlığımız da yaxşıdır.

Əvvəl qeyd etdiyim kimi, Azərbaycan antiterror əməliyyatlarında Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edir. Bir neçə gün əvvəl yüksək rütbəli Amerika hərbçisi Azərbaycana gəlmişdi. Azərbaycana hərbi sursat, avandanlıq verilməsi və s. məsələlər müzakirə olunmuşdur. Bir sıra digər məsələlər üzrə işlərin gedişindən də razıyıq. Amma, şübhəsiz ki, bu sahədə daha çox əməkdaşlığa ehtiyacımız var.

SUAL (Pədi Himörqs - Avrasiya Fondunun təmsilçisi): Cənab İlham Əliyev, mənim üçün maraqlıdır ki, boru xətlərinin tikilməsinə beynəlxalq qeyri-hökumət təşkilatlarının nə kimi yardımı dəyə bilər?

CAVAB: Mən elə bilirəm ki, onların bəziləri, ümumiyyətlə, işə qarışmasalar, daha yaxşı olar. Çünki bəzi qeyri-hökumət təşkilatları boru kəmərinin tikilməsinə qarşı bəyanatlar verir və bunları hər yerdə yayırlar. Bunları bizə də, sərmayəçilərə də, Beynəlxalq Maliyyə Koorporasiyasına da, kəmərin tikintisinə qrantlar ayıracaq beynəlxalq təşkilatlara da göndəriblər. Boru xəttinin tikilməsinə qarşı çıxan qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq, yenidən erməni adlarını, bəzi başqa adları görərik.

Bundan əlavə, sizə deyə bilərəm ki, 30 konqresmen tərəfindən göndərilən bir məktub da var idi. Bu, Amerika Birləşmiş Ştatları konqresmenlərinin Prezident cənab Buşa göndərdikləri məktub idi. Məktubda deyilirdi ki, onlar Bakı-Tbilisi-Ceyhanın əleyhinədirlər. Lakin Bakı-Tbilisi-Ceyhan Ermənistandan keçərsə, onlar bunu dəstəkləyərlər. Görürsünüzmü!? İstər ermənilərin xoşuna gəlsin, istər gəlməsin bu, heç vaxt baş tutan iş deyildir. Layihənin həyata keçirilməsi ilə, ətraf mühitin qorunması ilə həqiqətən maraqlanan qeyri-hökumət təşkilatları varsa, onlar buyurub, iştirak etsinlər. Biz də buna şad olarıq.

Biz bu gün Beynəlxalq Maliyyə Koorporasiyasının icraçı direktoru ilə bu məsələni müzakirə etdik. Beynəlxalq Maliyyə Koorporasiyasının təqdim edəcəyi məsləhətçi qeyri-hökumət təşkilatlarının işləməsinə dair fikir mübadiləsi aparılıbdır. Belə olan halda, prosesin necə davam etdiyini daha yaxşı anlamaq olur.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçin yaşıl şəhəri Vekşö minlərlə aviabiletə milyonlarla kron xərcləyib

İsveçdə 2010-cu ildən bəri istixana qazı emissiyalarında ən böyük artım qeydə alınıb

Somalidə “əş-Şəbab” qruplaşmasının 25 üzvü öldürülüb

İsveçdə məktəbəqədər hazırlıq sinifləri ləğv olunur

Xəzərdə zəlzələ baş verib

Prezident Vladimir Putin: Rusiya və Azərbaycan Xəzərin dayazlaşması probleminin həlli üzərində işləyir

Vladimir Putin: Azərbaycanla Şimal-Cənub və bir neçə digər mühüm istiqamət üzrə yaxşı layihələrimiz var

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz

Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli qəbul keçirilib

Sosial Xidmətlər Agentliyində nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

® “Bakcell” 4-cü YAŞAT düşərgəsinin tərəfdaşıdır

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir

Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

Rəşad Sadıqov: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

Qəbələdə baş verən qəzada iki nəfər xəsarət alıb

Dənizkənarı Bulvar İdarəsinin mənfəəti 2024-cü ildə 22,8 faiz artıb

Azərbaycan Aktauda keçiriləcək beynəlxalq tibb konqresində iştirak edəcək

Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi TƏHLİL

“Kəpəz” və “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Francesco Corvaro: İtaliya Bakı Platformasının fəaliyyətinə sadiqdir

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

Britaniya İsraildəki diplomatik nümayəndəliklərində çalışanların ailə üzvlərini geri çağırıb

DİN: Digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi yox, intizamımızı artıraq

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilməsi müzakirə olunub

“Fənərbağça”nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin nümayəndələri Maliyyə Nazirliyində olublar

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib YENİLƏNİB  VİDEO

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycandan Çinə quş əti məhsullarının ixracı imkanları müzakirə olunub

Elşad İsgəndərov: Bakı Habı iqlim və münaqişələrdən əziyyət çəkən 500 milyon insana dəstək olacaq

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib

DİN-dən müraciət: Küçə ticarəti yol hərəkətinin iştirakçıları üçün real təhlükə mənbəyidir

Müəllimlərin sertifikatlaşdırılması: Test imtahanı necə təşkil olunub? VİDEO

Müəllimlərin sertifikatlaşdırılması: Test imtahanı necə təşkil olunub? VİDEO

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

AQTA-nın əməkdaşı EPPO-nun tədbirində iştirak edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb

Qurban Qurbanov: İstənilən çətinliyə baxmayaraq, Çempionlar Liqasının ilk matçına hazır olmağa çalışacağıq

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib YENİLƏNİB 2 VİDEO

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib YENİLƏNİB 2 VİDEO

Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb

İstifadə olunmuş geyimlər Qananın qorunan su-bataqlıq ərazilərinə atılır

ADMİU-da milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib

Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik vasitə aşkarlayıb VİDEO

Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik vasitə aşkarlayıb VİDEO

İtaliya Baş nazirinin müavini: Vətəndaşlarımız Azərbaycan vasitəsilə İranı tərk ediblər

Kənd təsərrüfatı nazirinin müavini Yardımlıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Deputat: Mütəşəkkil cinayətkarlıqla mübarizə ciddi çağırış olaraq qalır

Nazir: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır

Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində - elmi sessiya YENİLƏNİB

Çində 11 min 787 dronun iştirakı ilə keçirilən şou Ginnesin Rekordlar Kitabına düşüb VİDEO

Çində 11 min 787 dronun iştirakı ilə keçirilən şou Ginnesin Rekordlar Kitabına düşüb VİDEO

Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb

Azərbaycanın tennis millisi Albaniya yığmasına qalib gəlib

Lənkəranda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” mövzusunda müzakirələr təşkil olunub

Nərgiz Babazadə: Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir VİDEO

Nərgiz Babazadə: Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir VİDEO

Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib

XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər - beynəlxalq konfrans

Qazaxıstan Azərbaycanla ticarət həcminə görə MDB ölkələri arasında üçüncü yerdədir

Rumıniya mətbuat orqanları Medianın İnkişaf Agentliyinin keçirdiyi təlimdən yazıblar

Bakıda dünyaşöhrətli musiqişünasın mühazirəsi dinlənilib

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yunanıstan klubunun zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair açıqlama yayıb

Azərbaycan və Türkiyə ombudsmanları əməkdaşlığın perspektivlərini müzakirə ediblər

® “Azercell” və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub

Azərbaycan xizəkçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Estoniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın stolüstü tennisçisi Çin millisinin bazasında hazırlıq keçəcək

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Çinin Yanşan Universitetinə Azərbaycan haqqında kitablar təqdim edilib

BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib

Min ton toksik tullantı basdıran İsveçin “zibil kraliçası” məhkum edilib

Aktauda I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib

SB62 sessiyasının sədrləri COP29-un Sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir VİDEO

SB62 sessiyasının sədrləri COP29-un Sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir VİDEO

Tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi davam edir

Konfrans Liqası: Azərbaycan klublarının rəqibləri bəlli olub

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Xəzərin dibində saniyədə 400 terabit: Qazaxıstan və Azərbaycanın iddialı layihəsi

BMT-nin baş qərargahında Srebrenitsa soyqırımına dair sərgi açılıb

“Barselona” yeni qapıçı transfer edib

Dövlət Komitəsinin sədri Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

Ötən beş ayda əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq VİDEO

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq VİDEO

Xankəndi tikiş fabrikinin Bakıda satış mərkəzi açılacaq

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub