AZƏRBAYCAN İLƏ BÖYÜK BRİTANİYA ARASINDA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov aprelin 20-də Britaniya parlamenti Nümayəndələr Palatasının üzvü, uşaq, məktəb və ailə məsələləri üzrə dövlət naziri Cim Naytın parlament məsələləri üzrə şəxsi katibi Madelin Mun ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir F.Qurbanov ölkəmizdə və regionda cərəyan edən hadisələr haqqında məlumat vermiş, eləcə də həyata keçirilmiş irimiqyaslı regional layihələr barədə söhbət açmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və nəticələri barədə xəritə üzərində M.Muna məlumat verən səfir, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarından söhbət açmışdır.
Daha sonra ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanmış və bu istiqamətdə Britaniya-Azərbaycan parlamentlərarası qrupun fəaliyyəti yüksək qiymətləndirilmişdir. Səfir F.Qurbanov M.Muna Britaniya-Azərbaycan parlamentlərarası qrupa qoşulmağı təklif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]