İQTİSADİYYAT
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi xeyli artmışdır
Tbilisi, 29 yanvar (AZƏRTAC). Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycan ilə bu ölkə arasında ticarət dövriyyəsi 1,35 milyard ABŞ dolları təşkil etmişdir. Bu göstərici 2012-ci illə müqayisədə 7,14 faiz çoxdur.
Məlumatda qeyd olunmuşdur ki, Gürcüstanın ticarət tərəfdaşları arasında Azərbaycan Türkiyədən sonra ikinci yeri tutur.
Keçən il Türkiyə ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 1,53 milyard dollara çatmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi