AZƏRBAYCAN İLƏ İORDANİYA ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ İMKANLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 22 iyun (AZƏRTAC). Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən bildirmişlər ki, respublikamızın bu ölkədəki səfiri Elman Araslı İordaniyanın kənd təsərrüfatı naziri Səid Masri ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin bugünkü vəziyyəti nəzərdən keçirilmiş, əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmişdir.
Cari ilin əvvəlindən etibarən İordaniyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə başlanıldığını qeyd edən səfir, hazırda Azərbaycandan İordaniyaya mövsümi məhsulların ixrac edilməsi üzərində iş aparıldığını söyləmişdir. Bundan əlavə, görüşdə Azərbaycandan diri davar və qaramalın İordaniyaya ixrac edilməsi imkanları nəzərdən keçirilmiş və hər iki tərəf bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Söhbət zamanı, kənd təsərrüfatı sahəsində əməkdaşlığı və bu istiqamətdə Azərbaycana investisiya qoyuluşlarını təşviq etmək məqsədilə müştərək şirkətin yaradılması barədə razılıq əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]