Azərbaycan ilə İran birgə neft şirkəti yaradacaq
Tehran, 1 may, AZƏRTAC
Azərbaycan ilə İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaqlar.
Bu sözləri İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani yerli mətbuata açıqlamasında deyib.
Onu sözlərinə görə birgə şirkətin yaradılması cari il martın 28-də İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında razılaşdırılıb. Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır. Birgə şirkət hər iki tərəfə iqtisadi səmərə gətirəcək.
Nazir müavini onu da nəzərə çatdırıb ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair imzalanmış razılaşma pozulsa bu Azərbaycan ilə neft və qaz sahəsindəki əməkdaşlığa heç bir təsir göstərməyəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]