Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdəki yeni istiqamətlər uğurlu perspektivlər vəd edir

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdəki yeni istiqamətlər uğurlu perspektivlər vəd edir

Bakı, 7 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Təbii ki, Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ilə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

AZƏRTAC ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinə bir daha qısa nəzər salır.

Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini çıxışlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev 2023-cü il iyulun 22-də “China Global Television Network” telekanalında yayımlanan müsahibəsində demişdir: “... Mərkəzi Asiya ölkələri inkişaf edir və ixracyönümlü daha çox məhsul istehsal edir. Həmçinin daha çox məhsul alır və bu baxımdan Xəzər dənizi marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən biz illər əvvəl ev tapşırığımızı yerinə yetirmişik və hər bir şey hazırdır. İndi isə bu infrastrukturu genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yatırılacaq vəsait təxmin edilən yük həcminə uyğun olacaq... Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq”.

2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirib: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. …Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”.

2024-cü il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı qeyd edib: “Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.

Eyni zamanda, Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir.

Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Ölkəmizin fəal üzvü olduğu və işində aktiv iştirak etdiyi təsisatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Azərbaycanın xarici siyasət prinsipləri də AQEM-in sənədlərində əks olunmuş əsas istiqamətlərlə üst-üstə düşür. Müşavirənin fəaliyyətini tənzimləyən əsas sənədlərdə separatizm dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib, üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi, bundan irəli gələrək bir-birinin ərazilərində olan separatçı fəaliyyətləri dəstəkləməmək barədə öhdəlik əks olunub. Azərbaycan da beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsi ilə seçilir, hərbçilərimiz Əfqanıstanda, İraqda sülhməramlı missiyalarda iştirak ediblər. Bundan əlavə, bu gün ölkəmiz kiçik ada dövlətlərinə, eyni zamanda, Fransanın müstəmləkəçilik altında saxladığı ölkələrə fəal dəstək göstərir. Təbii ki, Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan, komplementar xarici siyasət yürüdür, eyni zamanda, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təsisat yaratmaq idi. Təşəbbüs Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən dəstəklənib.

Asiya məkanında təhlükəsizlik məsələlərinin müzakirə edildiyi önəmli beynəlxalq bir platforma olan AQEM-in hazırda 28 üzvü var (Azərbaycan, Türkiyə, Əfqanıstan, Bəhreyn, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Monqolustan, Pakistan, Fələstin, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, BƏƏ, Özbəkistan, Vyetnam, Qətər, Banqladeş, Şri-Lanka). Daha 10 ölkə - ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Səudiyyə Ərəbistanı, Türkmənistan, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. 2020-ci ildən AQEM-ə Qazaxıstan sədrlik edir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Şamaxı” doğma meydanda “Sumqayıt”ı məğlub edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Oskar Piastri: Bakı treki çox yaxşı təsir bağışladı

"Ferrari"nin pilotu: Azərbaycan Himni mənə güc verir

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq verilib

Türkiyədə iki il istifadə olunmayan əkin sahələri dövlət tərəfindən icarəyə veriləcək

Ölkəmizin milli-mədəni dəyərləri Antalyada nümayiş etdirilir

Sıralama turunun qalibi: Bakının çətin trek olduğunu etiraf etməliyəm

Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki başqa bir aləmdə oluram

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində Azərbaycan məhsulları təqdim ediləcək

Horner: Hər bir mənfiliyin müsbət tərəfi də var

Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

® Hansı diplomlar tanınmayacaq?

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib

Xəzər dənizində zəlzələ baş verib

Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub VİDEO

Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Köçəri mədəniyyətinin yaratdığı bayram...

MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib

Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xarakter alır

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq - ŞƏRH

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur VİDEO

"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb

Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Media və QHT-lərin nümayəndələri kriminalistik texnika ilə tanış olublar

Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb

Moskvada BRICS ölkələrinin media sammiti keçirilir

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri verilib

Professor: Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinin qonaqlarını xalçaçılıq sənəti ilə tanış edib

Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb

Formula 2: Bakıda sprint yarışı start götürüb

Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında futzal turnirinə start verilib

Stoltenberq: Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir

Meksikalı turist: Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb

AMEA prezidenti: Qarabağ Universiteti böyük elmi-mədəni mərkəzdir

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Azərbaycanın kibertəhlükəsizlik reytinqini gücləndirməsi xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq – AÇIQLAMA

Azərbaycan CIFTIS sərgisində təmsil olunur VİDEO

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Frank Şvabe AŞPA-nın yox, hansısa lobbi qrupunun üzvü kimi davranır ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb 

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub

Şəkidə “Yaşıl dünya üçün hüquqi yeniliklər” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib

COP29-un kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir

Formula 1: Bakı trekində növbəti qəza baş verib

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan avtobuslar Bakı-Sumqayıt marşrut xəttinə buraxılıb

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Baş nazirin müavini Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb

Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisi: Fransalı pilotun bolidində nasazlıq aşkarlanıb

Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Çexiya böyük daşqınlara hazırlaşır

Göygöldə Moruq festivalı keçirilir

Frank Şvabe kimi parlamentarilərin çıxışları ölkələrarası münasibətlərə mənfi təsir edir - ŞƏRH

Formula 1 pilotu: Bakı treki heyrətamizdir

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb

Rövşən Abdullaoğlu: Romanımın ikinci hissəsini yazmaq və qalan suallara cavab vermək ideyası yaranıb

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Gənclər Kitabxanasında Bilik Günü münasibətilə sərgi hazırlanıb

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Qəbələyə gələn xarici turistlərin sayı artıb

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Uill Smit Bakıda möhtəşəm səhnə performansı ilə Formula 1 fanatlarına unudulmaz gecə yaşadıb

Elnur Məmmədli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya sədr seçilib

Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Türkiyə Prezidenti Nyu-Yorkda qlobal şirkətlərin rəhbərləri ilə görüşəcək

Sənətşünas-alim: Dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır

Serik Maleyev: Vaşinqtonun İrəvanla müttəfiqlik münasibətləri imitasiyadır - ŞƏRH

Sankt-Peterburqda Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Monteneqro və Sloveniyaya qarşı

İşğaldan azad edilən ərazilərdə çox sayda silah-sursat tapılıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova vəfat edib