ELM VƏ TƏHSİL
Azərbaycan ilə Qazaxıstan arasında elm və ali təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.