Azərbaycan İordaniyadakı xeyriyyə tədbirində təmsil olunub



Qahirə, 17 oktyabr, AZƏRTAC
İordaniya Haşimilər Krallığında şahzadə Bəsmə bint Talalın himayəsi altında “Beynəlxalq Diplomatik Bazar” adlı xeyriyyə tədbiri keçirilib.
Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi xarakter daşıyan tədbirin məqsədi toplanan vəsaiti şahzadə Bəsmə bin Talalın rəhbərlik etdiyi, 1978-ci ildə yaradılmış “Um Əli” Xeyriyyə Fondunun himayəsində olan kimsəsiz və ehtiyacı olan uşaqların tələbatının qarşılanmasına yönəltməkdir.
Azərbaycanın İordaniyadakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin, eləcə də diaspor fəallarının iştirak etdikləri tədbirdə ölkəmizin zəngin mədəniyyətinə və kulinariyasına aid nümunələr şahzadə Bəsmə bint Talalın və yerli ziyarətçilərin böyük marağına səbəb olub.
Diplomatlarımız ölkəmizin mədəniyyəti, kulinariyası və xalqımızın adət-ənənələri ilə bağlı sualları ətraflı cavablandırıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [20:38]
İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb
- 14.05.2025 [17:52]
“Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 14.05.2025 [17:47]
Bu ilin 4 ayında qoruq və muzeylərin 280 minə yaxın ziyarətçisi olub
- 14.05.2025 [17:20]