AZƏRBAYCAN-LATVİYA MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN LATVİYAYA DÖVLƏT SƏFƏRİ
PREZİDENTLƏRİN BİRGƏ MƏTBUAT KONFRANSI
Xəbər verdiyimiz kimi, oktyabrın 4-də “Riqa” qəsrində rəsmi sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Vayra Vike-Freyberqa birgə mətbuat konfransı keçirmişlər.
Dövlət başçıları əvvəlcə jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.