SİYASƏT
Azərbaycan Milli Məclisinin deputatları Ukraynada Ali Radaya növbədənkənar seçkiləri müşahidə edirlər
Kiyev, 13 dekabr (AZƏRTAC). Azərbaycan Milli Məclisinin deputatları - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə parlament komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Rüfət Quliyev bu il dekabrın 15-də Ukraynanın 95 yaşayış məntəqəsində ölkənin Ali Radasına (parlamentinə) növbədənkənar seçkilərdə GUAM Parlament Assambleyası xətti üzrə beynəlxalq müşahidəçilər kimi bu ölkəyə gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev