AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN NÖVBƏDƏNKƏNAR VII HESABAT-SEÇKİ QURULTAYI İYULDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 2-də Milli QHT Forumunun (MQF) növbədənkənar VII hesabat-seçki qurultayı keçiriləcəkdir.
Bu barədə mayın 13-də MQF-nin qərargahında təşkil olunmuş mətbuat konfransında məlumat verilmişdir.
MQF-nin sədr əvəzi Rauf Zeyni demişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına sədr seçilməsi ilə əlaqədar təşkilatın rəhbəri, Milli Məclisin deputatı Azay Quliyev vəzifəsindən istefa vermişdir.
Qurultayda təşkilatın hesabatı dinləniləcək, qurumun bütün rəhbər orqanlarına (prezident, idarə heyəti, nəzarət-təftiş komissiyası) seçkilər keçiriləcəkdir.
R.Zeyni onu da bildirmişdir ki, 450-dən çox qeyri-hökumət təşkilatını özündə birləşdirən MQF-nin qurultayına hazırlıq məqsədi ilə 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdır.