AZƏRBAYCAN MİLLİ SKAUTLAR ASSOSİASİYASININ PREZİDENTİ NAMİQ CƏFƏROV AVRASİYA REGİONAL SKAUT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yalta şəhərində üçüncü Avrasiya regional skaut konfransı və “Avrasiya regionunda skautinqin resursları” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Azərbaycan Milli Skautlar Assosiasiyasının nümayəndələri də iştirak etmişlər.
Konfransda rəhbər orqanlara və sədr seçkiləri məsələlərinə baxılmışdır. Azərbaycan təmsilçiləri də qurumun müxtəlif orqanlarına öz namizədliklərini irəli sürmüşlər. Konfransın qərarı ilə Azərbaycan Milli Skautlar Assosiasiyasının prezidenti Namiq Cəfərov Avrasiya Regional Skaut Komitəsinin sədr müavini vəzifəsinə seçilmişdir.
1997-ci ildən fəaliyyət göstərən Azərbaycan Milli Skautlar Assosiasiyasının əsas məqsədi vətənpərvər və layiqli vətəndaşların tərbiyə edilməsinə kömək göstərməlidir. Keçən müddət ərzində Assosiasiya bir çox nailiyyətlər əldə etmiş, respublikanın regionlarında skaut mərkəzləri yaratmış, xarici ölkə gənclərinin iştirakı ilə Azərbaycanın dilbər guşələrində beynəlxalq düşərgələr təşkil etmiş, ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin təmsil olunmasına yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [14:02]
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib
- 23.05.2025 [13:18]
“Real Madrid” Ançelotti ilə yollarını ayırdığını açıqlayıb
- 23.05.2025 [13:12]
Daniele Ruqani “Yuventus”a qayıdacaq
- 23.05.2025 [11:53]
"Barselona" Lamin Yamalın müqaviləsini 2030-cu ilə qədər uzadacaq
- 23.05.2025 [11:24]
NBA: “Oklahoma-Siti Tander” yarımfinalda növbəti qələbəsini qazanıb
- 23.05.2025 [10:53]