Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan növbəti dəfə təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı

Azərbaycan növbəti dəfə təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinə cəhdinin nəticəsidir. Uzun müddətdir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırır. Sentyabrın 12-14-də baş vermiş döyüşlər Azərbaycanın növbəti Zəfəridir. Həmin tarixdə Azərbaycan növbəti dəfə mühüm Zəfərə qazandı. Düşmən təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı alındı və ona böyük zərbə vuruldu. Ermənistan elə bir növbəti sarsıdıcı zərbə aldı ki, hələ uzun müddət özünə gələ bilməyəcək. Baş verənlər əslində böyük Qələbəmizdir. Bu tarixlərdə davam edən erməni təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edildi.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev deyib.

O xatırladıb ki, Ermənistanda revanşist ab-hava qızışdırılaraq “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və sair bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Ermənistan hakimiyyəti tərəfindən ordunu bərpa etmək istiqamətində, Rusiya, ABŞ, Hindistan Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Eyni zamanda, Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il Tovuz hadisələrindən əvvəl Valday Sammitində “Qarabağ Ermənistandır. Nöqtə” səsləndirdi. Ermənistanın müdafiə naziri isə “yeni torpaqlar uğrunda yeni savaş” deyirdi. Son təxribatlardan öncə bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı.

“Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə düşmən ölkənin revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib. Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə uyğundur. Azərbaycan növbəti dəfə təcavüzkar ölkənin hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı”, - deyə İctimai Birliyinin sədri vurğulayıb.

Ehtiyatda olan polkovnik deyib: “Ermənistan başa düşməlidir ki, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Onların təxribatlara əl atması hər zaman gözlənilir. Ancaq buna baxmayaraq Azərbaycan Ordusu hər zaman düşmənin təxribatlarının qarşısını almağa, istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Qarşı tərəf bu dəfə də təxribata əl atmaqla məqsədlərinə nail ola bilmədi. Ordumuzun gücünün və şücaətinin növbəti dəfə şahidi oldular. Təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldi. Onlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Hesab edirəm ki, şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr aldı. Şəhidlərimiz hər zaman hörmətlə anılacaq, onların canlarını fəda etdikləri Vətən daha da inkişaf edəcək, güclənəcək. Allah bütün şəhidlərimizin ruhlarını şad etsin, yaralı qazilərimizə şəfa versin!”.

Mehdi Mehdiyev bildirib ki, 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu gün isə Azərbaycan əsgəri ölkəmizin dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verib. Artıq ermənilər törətdikləri təxribatların onlara həmişə baha başa gəldiyini anlamalıdırlar: “Ermənilər bilsinlər ki, növbəti təxribatlara əl atsalar, daha da acınacaqlı vəziyyətə düşəcəklər. Unutmasınlar ki, Ali Baş Komandanın dediyi kimi, “Dəmir yumruq” yerindədir. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar Tovuz hadisələri zamanı olduğu kimi igidlərimizin qəhrəmanlığını düşmənə və bütün dünyaya nümayiş etdirdilər.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və dövlətin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi qayğıdan da danışan M.Mehdiyev qeyd edib ki, Ali Baş Komandan hər zaman Qarabağ müharibəsi əlillərini, veteranları və şəhid ailələrini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin hərbçilərlə, müharibə veteranları ilə görüşməsi onlara əlavə güc verir. Ölkəmizdə şəhid ailələri, qazilərlə bağlı bir sıra mühüm işlər görülür, onların problemlərinə həssaslıqla yanaşılır və həll olunur. Azərbaycan Ordusu bu diqqətdən və xalqın sevgisindən hər zaman güc alıb. Bu güc sayəsində həmişə düşmənin gözünə dik baxaraq ona layiqli cavabı verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeşdə fransız dilinin mövqeyi zəifləyir

Şuşa sakini: Bu, 30 ildən sonra ən böyük ikinci sevincim oldu

Kianu Rivz peşəkar yarış pilotu kimi karyerasında ilk addımlarını atır

Efiopiya parlamenti yeni prezidenti seçib

İsveç məktəblərində problemli şagirdlərə distant təhsil təklif olunur

Avrozonada investorların inam indeksi yüksəlir

BMT: 2023-cü ilin quraqlığı dünya çaylarının 50 faizinin dayazlaşmasına səbəb olub

Yeni Kaledoniyada 6 min nəfər iş yerini itirib

Avropada səhralar əmələ gələ bilər

"Şəki" klubu Azərbaycan millisinin basketbolçusunu transfer edib

Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

NATO əməliyyatları çərçivəsində 1200 İsveç əsgəri Latviyaya göndərilə bilər

Uşakov: Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işə müdaxilə etməyə çalışır

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

Müşfiq Ələsgərli: ABŞ və digər Qərb dövlətləri son vaxtlar öz siyasətlərində açıq zorakı metodlara keçiblər VİDEO

Beyləqanda avtomobil və motosiklet toqquşub, xəsarət alanlar var VİDEO

Qazaxıstanda irimiqyaslı çöl yanğını ilə mübarizə: yanğınsöndürən həlak olub

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ruben Vardanyanla bağlı Qərbin PR maşını yenidən işə düşüb VİDEO

Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi inkişaf etdirilir VİDEO

“Neftçi” Roman Qriqorçukla vidalaşıb

Gürcü politoloq: Bəzi qüvvələr “Makkeyn İnstitutu”nun ssenarisi üzrə ölkədə çevriliş etmək istəyirlər

Tural Gəncəliyev: ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur VİDEO

Vato Şakarişvili: Qərb və ABŞ administrasiyası Gürcüstanda sabitliyi pozmağa çalışır

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium keçirilir

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib YENİLƏNİB

Türkiyə və Rusiya prezidentləri Kazanda ikitərəfli görüş keçirəcəklər

Naxçıvanda “Maarifçi” proqramında uğur qazanmış namizədlərlə görüş olub

Ufuk Turqaner: Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin yaradılması çox önəmlidir

Azərbaycan Ticarət Forumu keçirilib

Bu il yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard manatı ötüb

Paytaxt yollarında tunel, körpü və keçidlərin təmizlənməsi işləri aparılıb VİDEO

Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya təşkil edilib

Doqquz ayda 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verilib

® Azercell “iPhone 16”nı təqdim edir

Gülnaz Dadaşova: Şuşada türk dövlətləri arasında imzalanacaq memorandumlar dostluğumuza töhfə verəcək

Xarici media nümayəndələri üçün COP29-la bağlı brifinq keçirilib

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

Azərbaycan Şimali Kiprdə keçirilən beynəlxalq festivalda təmsil olunub

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Səlim Babullaoğlu oxucularla görüşüb

DİM: 700-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanında uğur qazanıb

Azərbaycan COP29-un təşkilində daha yüksək standartlar formalaşdıracaq - RƏY

Fransisk: Beynəlxalq ictimaiyyətin və güclü ölkələrin müharibələrə son qoya bilməməsi utancvericidir

Bəhram Bağırzadə: Sərgiyə gələn uşaqlar gələcəkdə böyük nailiyyətlərə imza ata biləcəklər VİDEO

Azərbaycanın kamandan oxatma millisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Kəpəz” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırıb

Çinli alimlər Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Yeddinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Keniyalı nümayəndə: Azərbaycan düzgün istiqamətdə irəliləyir

Nigeriya Prezidentinin sabiq sözçüsü: Azərbaycan uzun illərdir ki, ətraf mühitə investisiya yatırır

AİB ilə COP29 çərçivəsində əməkdaşlıq müzakirə olunub

Naxçıvanlı bədii gimnast qızıl medala layiq görülüb

BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”

Aslan Kərimov Misli Premyer Liqasında ilk dövrənin nəticələrini dəyərləndirib

DVX ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı proqramını davam etdirir

Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək

Türkiyə ticarət donanmasının böyüklüyünə görə dünyada 11-ci yerə çıxıb

Unudulmaz həmkarımız Elman Cəfərli haqqında xatirələr

Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq

Türk dövlətlərinin səhiyyə nazirləri Ümummilli Liderin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

® “Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat hədiyyə edib

İndiyədək Rumıniyaya 10 milyondan çox ukraynalı qaçqın daxil olub

ÜMT: Son 30 ildə bütün dünyada çaylar ən yüksək sürətlə quruyur

“Bakı Sığorta”nın İcbari Sığorta Bürosunda iştirakına xitam verilib

“Ağrısını bilib susanlar, dərdini bilməyənlər var” - 35 ilin tibb bacısı danışır

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin ədəbi əlaqələri müzakirə edilib

Gecikdirilmiş vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

Bakıda görkəmli qazax aliminin “Daşa yazılan tarix” kitabının təqdimatı olub

Türkiyədə 9 ay ərzində Ermənistandan qeyri-qanuni bukmeyker xidmətləri göstərən 32 min sayt bloklanıb

Azərbaycan çempionu: Son zamanlar ölkəmizdə bilyarda maraq artıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Serbiyaya məğlub olub

“Yağış göbələyinin macərası” yenidən Musiqili Teatrın səhnəsində

NBA tarixində ilk: Ata və oğul eyni anda parketə çıxıb

Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Nuray Hacıyeva: Əsas hədəfim Prezident təqaüdçüsü olmaq idi və buna nail oldum

AzMİU tələbələri Bakının urbanistik dizaynı üzrə vörkşopu tamamlayıblar

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərə gəlib VİDEO

Cəbrayılın azad olunması müharibənin sonrakı gedişinə müsbət təsir göstərmişdi - ŞƏRH

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək VİDEO

Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycan açıq Asiya Cüdo Kubokunda iştirak edəcək

Dövlət texniki baxışı zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

BMT-nin GlobE şəbəkəsinin növbəti illik tədbirinə ev sahibliyi Azərbaycana həvalə olunub

FHN Nizami rayonunda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb

Yeni Günəşli qəsəbəsində torpağın zəbt edilməsinin qarşısı alınıb

® “Araz” supermarketlər şəbəkəsi ilin ilk yarısı 96 fermerdən 40 min tondan çox məhsul alıb

Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionu müəyyənləşib

İstanbul və Burqas arasında katamaranlarla ilk dəniz sərnişin xidmətinin başlaması planlaşdırılır

Azərbaycanın futzal millisi yoldaşlıq oyunları keçirəcək

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb

Bakıda qazanxanada baş vermiş partlayışla bağlı araşdırma aparılır

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Məhdimqulu Fəraqinin şeirlər kitabı təqdim olunub

Estoniya - Azərbaycan oyununu stadionda izləyəcək tamaşaçı sayı bəlli olub

Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib

Evində narkotik vasitə və odlu silah saxlayan şəxs barədə cinayət işi başlanılıb VİDEO