Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan nümayəndə heyəti Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib

Bakı, 8 mart, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Belçika Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirakı davam edir.

Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ISESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edən Şeyxülislam A.Paşazadə martın 7-də “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransında iştirak edib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.

QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda çıxış edib, multikultural dəyərlər ölkəsi Azərbaycan adından xalqımızın, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib: “İslam dünyasının ayrılmaz parçası, tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, müxtəlif sivilzasiyaların bir araya gəldiyi Azərbaycanda bizim multikultural ənənəmiz, həyat tərzimizdir. Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməmişdir, müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digər dini konfessiyaların ardıcılları cəmiyyətimizin bərabərhüquqlu vətəndaşları olaraq ictimai həyatın bütün sahələrində birgə iştirak edir, ibadətlərini sərbəst həyata keçirirlər”.

Şeyxülislam A.Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətini vurğulayıb: “Müstəqil Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun bünövrəsində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti durur. Azərbaycan Prezidenti multikulturalizmi “Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti” kimi dəyərləndirərək onu dövlət siyasəti səviyyəsində bərqərar etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində humanitar mədəni-mənəvi fəaliyyəti ilə beynəlxalq müstəvidə sivilizasiyalararası dialoq və əməkdaşlıq işinə böyük töhfələr verir. Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı sahəsində tarixi təcrübəyə malik Azərbaycan dövləti və dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi dünya miqyasında dinlərarası dialoqun təşviqi yönündə beynəlxalq səylərə öz töhfəsini verir, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası əməkdaşlıq prosesində fəal və aparıcı rol oynayır”.

Dinindən, milliyyətindən asılı olmayaraq bəşər övladları olaraq insanları birləşdirən, bir araya gətirən məqamların ayıran, fərqləndirən cəhətlərdən daha çox və daha mühüm olduğunu bildirən Şeyxülislam A. Paşazadə əlavə edib ki: “Müsəlmanların müqəddəs Kitabı Qurani-Kərimdə buyurulur ki, Möminlər qardaşdırlar. Həmrəylik məramlı Brüssel Konfransı bu baxımdan özəl əhəmiyyət kəsb edir. Xristian və İslam dünyasının böyük şəxsiyyətləri - Zati-müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyib həzrətlərinin 2019-cu ildə imzaladıqları İnsan Qardaşlığına dair sənəd bu baxımdan dəyərli istinad nöqtəsidir. Belçika Kralı Filip Əlahəzrətlərinin Belçika və Avropada İslam Dünyası İli təşəbbüsü mühüm əhəmiyyətli tarixi hadisə və bizim üçün olduqca dəyərli töhfədir”.

Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan Şeyxülislam A. Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq əlavə edib ki: “Azərbaycanın Qarabağ ərazisi 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə və genosidə məruz qalmışdır. Şükürlər olsun, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, bununla da BMT-nin 4 qətnaməsi ilə tanınan hüququnu gerçəkləşdirdi. İşğal dövründə od vurulan torpaqlarımıza bu gün həyat verən dövlətimiz törədilmiş vandalizm aktlarının nəticələrini aradan qaldırmaq yönündə böyük iş aparır, dağıdılmış, təhqir olunmuş bütün məbədləri - müsəlman, xristian, yəhudi dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur. Azərbaycanın paytaxtı Bakının mərkəzində erməni kilsəsinin binası dini abidə kimi qorunub saxlanıldığı halda, Ermənistan paytaxtı İrəvanda vaxtilə azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsində tarixi məscid binasına həqarət olunur. Təəssüf ki, erməni kilsəsi isə xalqını sülhə hazırlamaq əvəzinə yenidən müharibə çağırışları, revanşist bəyanatlarla çıxış edir. Budur multikultural Azərbaycanla monoetnik Ermənistanın fərqi!”.

Dünyada, o cümlədən, Avropanın bəzi ölkələrində yayılan nifrət nitqləri, çağırışlarının tolerantlıq, multikulturalizmə ən böyük təhlükə olduğunu xatırladan Şeyxülislam A. Paşazadə deyib: “Dünyada baş verən müharibə və münaqişələr, təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları hamımızı narahat edir. Biz dünyada sülhün bərpası üçün dualar edirik. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”.

Konfrans iştirakçılarının suallarını cavablandıran Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya başçıları Azərbaycanın tolerantlıq modeli, multikultural həyatı ilə bağlı nümunələrdən ətraflı bəhs etdilər.

Konfransın sonunda xatirə fotosu çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Hərbi hissələrdə "Konstitusiya və Suverenlik İli" ilə bağlı birgə tədbirlər keçirilib

Ağcabədidə dələduzluq edən şəxs həbs olunub

Ali təhsil müəssisələrinə sınaq imtahanının nəticələri 4 həftə ərzində açıqlanacaq

“İfa etmək üçün dünyaya gəlmiş insan”: Mədəniyyət və incəsənət xadimləri Vaqif Mustafazadənin yaradıcılığı haqqında

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bülənt Atilla: Periprostetik infeksiya çox çətin, uzunmüddətli və bahalı müalicələr tələb edir

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Yuri Nikulin Sirki 10 ildən sonra Bakı səhnəsində çıxış edib

Ağdərədə dağlıq ərazidə yanğın baş verib, 40 ədəd qurumuş ağac yanıb

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçirilir

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

Avropa Kuboku: Azərbaycan cüdoçularının qazandıqları medalların sayı 3-ə çatıb

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Afaq Əliyeva: Vaqif çox gözəl qardaş olub…

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

"Şamaxı" klubu Ayxan Abbasovla yeni müqavilə imzalayıb

Azərbaycanın azad olunmuş torpaqları öz resursları hesabına yenidən qurması onun iqtisadi qüdrətinin bariz gösətiricisidir - RƏY

"Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib

Gədəbəyin Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb

Türkiyə-Azərbaycan qardaşlığı regionda sülhün və təhlükəsizliyin qarantıdır - RƏY

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb

ABŞ Dövlət katibi Lavrovla telefon danışığı aparıb

Azərbaycan caz-muğam üslubunun banisi - Vaqif Mustafazadə

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək

Araşdırma: Kərə yağı istehlakı ölüm riskini artıra bilər

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib

Papa Fransiskin səhhəti yaxşılaşır

Açıq mənbəli süni intellekt çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

Belqraddakı aksiyada 107 minədək insan iştirak edib

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

İtaliyada əlverişsiz hava şəraitinə görə 14 bələdiyyə ilə əlaqə kəsilib

Ali Məclisin deputatı: Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə artan rolunun göstəricisidir

Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

“Karyerada Biz Forumu-2025” yekunlaşıb

Tramp ABŞ ordusuna husilərə qarşı genişmiqyaslı əməliyyat başlatmağı əmr edib

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub

İtaliya A Seriyası: “Milan” doğma meydanda üç xal qazanıb

İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin birinci mərhələsi üzrə test imtahanları olub

Misli Premyer Liqası: Bu gün keçirilən iki oyun heç-heçə ilə yekunlaşıb

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub

UNESCO: Qədim insan məskənlərinin zəngin artefaktları münaqişələr zamanı qanunsuz ticarətə və talançılığa məruz qalır

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Böyük Britaniya Ukrayna ilə bağlı virtual sammitə ev sahibliyi edib

Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Azərbaycan Milli Kitabxanasında olub

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir

Biləsuvarlı şagirdlər "Sabahın alimləri" müsabiqəsində qızıl medalla təltif olunublar

Lənkəranda “Novruz - milli birlik bayramı" adlı tədbir təşkil olunub

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

Muxtar respublikada "Müəllimlərin Riyaziyyat müsabiqəsi" keçirilib

Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə çox neytral dialoq mühiti yaradıb - ŞƏRH

Bu il Naxçıvanda 120 minə yaxın ting əkiləcək

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB VİDEO

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

“Çelsi” daha bir transfer edib

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

İspaniyalı baş məşqçi: Oyunu ilk 10 dəqiqədə uduzduq

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

Naxçıvanda Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq

“Barselona”nın baş məşqçisi: Qavi gələcəkdə komandanın ulduzlarından birinə çevriləcək

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb

Ağstafada minə yaxın sərv ağacı əkilib

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək VİDEO

“Gəncə” basketbol komandasının baş məşqçisi: Çox çətin dövrdən keçirik

Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir

Hacıqabulda evdə yanğın baş verib VİDEO

Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir

Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur VİDEO

Basketbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib

Azərbaycanın taekvondo hakimi Qazaxıstanda turnirin ən yaxşısı seçilib

İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq VİDEO

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb