SİYASƏT
Azərbaycan Prezidenti: Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük

Bakı, 20 oktyabr, AZƏRTAC
Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Burada genişmiqyaslı quruculuq-bərpa işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.
“Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ının açılışını birlikdə qeyd etdik. Bu da bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır və bu aqroparkın adı – “Dost Aqropark” özlüyündə hər şeyi deyir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.