Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MDB-NİN ÜZVÜ OLAN ÖLKƏLƏRİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ ŞURASI İCLASININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 6-da Prezident sarayında MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən 23-cü iclasının iştirakçılarını qəbul etmişdir.

Prezident HEYDƏR ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

- Hörmətli qonaqlar, mən sizi salamlayıram!

MDB ölkələri daxili işlər nazirlərinin növbəti görüşünün Bakıda keçirilməsinə şadam və ümidvaram ki, bu görüş uğurla keçir. İndi bu görüşlər bütün respublikalarda keçirilir. Siz çox mühüm məsələləri müzakirə edirsiniz. İndiki halda, mən Azərbaycandakı iclasınızın gündəliyinə baxdım, siz çox aktual məsələləri müzakirə edirsiniz. Hamını eyni dərəcədə maraqlandıran bu məsələlər hamıya eyni dərəcədə aiddir. Ona görə də beynəlxalq terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin yayılması ilə və təəssüf ki, dünyanın bəzi regionlarında, o cümlədən də sizinlə birgə yaşadığımız regionda yayılmış digər çox ciddi cinayətlərlə mübarizədə səylərin birləşdirilməsi - bütün bunlar çox mühüm məsələlərdir.

Demək istəyirəm ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyanın, MDB-nin bəzi digər respublikalarının daxili işlər nazirlikləri ilə əlaqələri timsalında bu əməkdaşlıq uğurla həyata keçirilir. Məsələn, bildiyiniz kimi, 1993-cü ildən etibarən burada baş vermiş bəzi hadisələrlə əlaqədar biz dövlət çevrilişi cəhdlərinin, terror cəhdlərinin qarşısını almalı olmuşuq və sair. Daxili İşlər Nazirliyi bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Bununla belə, xeyli cinayətkar müxtəlif vaxtlarda müxtəlif regionlarda, ən çox da Rusiya ərazisində, eləcə də digər respublikaların ərazisində gizlənmişdir.

Bu baxımdan, daxili İşlər nazirliklərinin əməkdaşlığı bizə çox böyük fayda vermişdir. Biz Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və bir çox digər dövlətlərin daxili işlər orqanlarından, - mən indi onların hamısının adını çəkə bilmirəm,- olan həmkarlarımızın köməyi ilə bir çox gizlənmiş cinayətkarı yaxalaya bilmişik. Bunu da bildirmək xoşdur ki, onları nəinki yaxalamaq, hətta qısa müddət ərzində müvafiq prosessual sənədlər hazırlayıb bizə, Azərbaycana təhvil vermək mümkün olmuşdur. Bu, çox böyük fayda vermişdir. Əlbəttə, bizim məqsədimiz heç də həmin adamları mütləq məsuliyyətə cəlb etmək deyildir, hərçənd onlar buna layiqdirlər, lakin məsələ həm də ondadır ki, gərək bu adamlar hər hansı bir respublikanın ərazisində gizlənməyin artıq mümkün olmadığını hiss etsinlər. Bu isə gələcəkdə törədilə biləcək cinayətlərin qarşısının alınması üçün də profilaktika olacaqdır. Buna görə də mən ümumən MDB-nin üzvü olan ölkələrin daxili işlər orqanlarının sıx əməkdaşlığından, indiki halda isə beynəlxalq terrorizmlə mübarizədən böyük məmnuniyyətlə danışmaq istəyirəm.

Beynəlxalq terrorizm ölkənin tutduğu yoldan, dünyanın hansı hissəsində - Avropada, yaxud Asiyada, Amerikada yerləşməsindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Ona görə də biz terrorizmlə mübarizə aparmalıyıq, özü də fəal mübarizə aparmalıyıq. Bu mübarizə kifayət qədər səmərəli gedir, belə cinayətkarların çoxu, o cümlədən bizdə yaxalanıb məsuliyyətə cəlb edilir. Son illər “Əl Qaidə” terror təşkilatından olan çox böyük cinayətkarları yaxalamağa nail olmuşuq. Bununla belə, təəssüf ki, beynəlxalq terrorizm hələ də mövcuddur, fəaliyyətdədir. Onları burada yaxalayırlar, başqa yerdə fəaliyyətə başlayırlar. Ona görə də mübarizə daimi, məqsədyönlü, fəal olmalıdır. Sözsüz ki, bu işdə MDB ölkələri daxili işlər orqanlarının səylərinin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

Mən sizin iclasın gündəliyi ilə tanış oldum. Bütün məsələlər bununla və mütəşəkkil cinayətkarlıqla, narkotik maddələrin istehsalı və qeyri-qanuni yayılması ilə mübarizə ilə əlaqədardır.

Siz səhərdən işə başlamısınız və ümidvaram ki, bir çox məsələləri müzakirə etmisiniz. Yəqin ki, müəyyən qərarlar qəbul etmisiniz və bu gün də, sabah da işinizi davam etdirəcəksiniz, sənədlər imzalayacaqsınız. Sizə uğurlar arzulayıram.

Son vaxtlar Müstəqil Dövlətlər Birliyi daha səmərəli fəaliyyət göstərir. Azərbaycan Birliyə bir qədər gec, 1993-cü ilin axırlarında daxil olmuşdur, lakin bu müddət müəyyən nəticələrə gəlmək üçün kifayətdir.

Mən Birliyimizin əvvəlki illərdəki işindən məmnunluqla danışa bilmərəm. Son illər vəziyyət dəyişmişdir. Birliyin, - mən təşkilatın özünü nəzərdə tuturam,- fəaliyyətində konkretlik və dəqiqlik, konkret planlılıq yaranmışdır. Keçmişdə şahidi olduğumuz hansısa anlaşılmaz, təsadüfi hadisələr baş vermir, təşkilatımızın nüfuzu yüksəlmişdir. Bunda bütün ölkələrin səylərini qeyd etmək lazımdır. Bilirəm, Birliyə daxil olan ölkələrin əksəriyyəti ürəkdən istəyir ki, onun daha fəaliyyəti səmərəli olsun. Bir sözlə, belə yaxşılaşmanı bir çox ölkələrin səyləri təmin edir. Lakin burada əsas rol Rusiyaya məxsusdur. Rusiya əvvəlkitək Birliyimizin sədridir, yəni Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin MDB Dövlət Başçıları Şurasının sədridir. Keçmişdə də belə olmuşdur. Bu baxımdan biz heç bir dəyişiklik etməmişik. Boris Nikolayeviç Yeltsinin dövründə də belə idi. Ancaq Rusiyada rəhbərlik dəyişəndən bəri, məsələn, şəxsən mən MDB-nin və onun orqanlarının fəaliyyətinin ardıcıl surətdə yaxşılaşdığını hiss edirəm. Bu görüşlər daha səmərəli, qeyri-formal, konkret, müntəzəm olmuşdur. Odur ki, MDB-nin həyatındakı bu müsbət inkişafı biz hamımız dəstəkləməli və Birliyin daha mürəkkəb məsələləri həll edə bilməsi üçün əlavə səylər göstərməliyik.

Çox məsələləri həll etmək lazımdır. Birlik özünün daxilindəki münaqişə məsələlərini həll edə bilmir, münaqişələr isə var. Mən MDB-yə daxil olan ölkələr arasındakı silahlı münaqişələri nəzərdə tuturam. Əgər Birliyimiz MDB zonasında heç bir münaqişənin olmaması məsələsini həll edə bilsəydi, biz MDB məkanında sabit sülhdən çox böyük təminatla danışa bilərdik. Bu isə çox vacibdir, biz Yer kürəsinin böyük bir hissəsini təşkil edirik. Coğrafi mövqeyimizə görə biz dünyanın coğrafi-strateji sistemində çox ciddi yer tuturuq. Ona görə də biz bu məsələni həll edə bilsəydik, bu, MDB dövlətlərini daha sıx birləşdirərdi, onları daha çox yaxınlaşdırardı və hələ də mövcud olan digər ziddiyətləri aradan qaldırardı.

Mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm. Ümid edirəm ki, biz buna nə vaxtsa nail ola biləcəyik. Sizin Bakıda, Azərbaycanda toplaşmağınızdan məmnunluq duyduğumu bildirirəm. Ümidvaram ki, siz yaxşı işləmisiniz.

Sonra Rusiyanın daxili işlər naziri BORİS QRIZLOV Şuranın üzvləri adından çıxış edərək dedi ki, keçirilən iclasların sayına, MDB Dövlət Başçıları Şurasının iclasına çıxarılan məsələlərin sayına görə məhz Daxili İşlər Nazirləri Şurası daha böyük fəallıq göstərir. O, Bakıda görülmüş iş haqqında məlumat verərək bildirdi ki, gündəlikdəki əsas məsələlər terrorizmlə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri olmuşdur.

 

Rusiyanın daxili işlər naziri vurğuladı ki, bu problemləri həll etmədən bütövlükdə cinayətkarlıqla səmərəli mübarizə apara bilmərik. Bunun üçün informasiya banklarını birləşdirmək lazımdır, çünki vaxtında alınmış informasiya cinayətkarın aşkara çıxarılmasına, instintaq aparılmasına zəmin yaradır. İclasda terror aktlarının, aşkar edilməsində və aradan qaldırılmasında, terrorçu qrupların iştirakçılarının üzə çıxarılmasında qarşılıqlı fəaliyyət prinsipi razılaşdırılmış, Mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əlaqələndirmə qrupu çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bölməsi yaratmaq barədə qərar qəbul edilmişdir. Rusiya nümayəndə heyəti Rusiya DİN-in qarşıdakı 200 illiyi ilə əlaqədar DİN rəhbərlərinin hamısını elmi-praktiki konfransda iştirak üçün Sankt-Peterburqa dəvət etdi.

Boris Qrızlov, görüşün yaxşı təşkilinə görə Azərbaycan DİN-in başçısına və hüquq mühafizə idarələrinin əməkdaşlığına xüsusi diqqət yetirdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdi.

Prezident Heydər Əliyev görüşə yekun vuraraq, hüquq mühafizə orqanlarının işini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı dedi ki, müasir dünyada daxili işlər orqanlarının səmərəli fəaliyyəti olmadan cinayətkarlıqla mübarizə aparmaq mümkün deyildir. Prezident görüş iştirakçılarına işlərində uğurlar arzuladı və öz dövlətlərinin başçılarına onun salamını yetirməyi xahiş etdi.

Sonra görüş iştirakçıları Prezident Heydər Əliyevlə xatirə şəkli çəkdirdilər.

Qəbulda daxili işlər naziri Ramil Usubov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə Azərbaycan təcrübəsi paylaşılıb

FHN “Dənizdə neft dağılmalarının ləğvi” mövzusunda taktiki təlim keçirib

Polis kvadrisikllərlə bağlı xəbərdarlıq edib

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Uşaqlarda çəki artımı boyu uzadır, amma piylənmə riski yaratmır - ARAŞDIRMA

Böyük Britaniyada dəniz küləyi sahəsinə 400 milyon funt sterlinq sərmayə yatırılacaq

Uzun zaman aktiv olmayan peyk qeyri-adi radiosiqnal göndərib

Böyük Britaniya qanunsuz miqrasiyaya qarşı sərt addımlar atmağa hazırlaşır

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Orqan zədələnməsinin erkən aşkarlanmasında qan testi yeni üfüqlər açır - TƏDQİQAT

13 yaşlı Ağdam sakini: Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm

Keçmiş məcburi köçkün: 32 ildən sonra Kəngərliyə qayıtmaq gözlədiyim ən böyük sevincdir

Rusiya Prezidenti beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Böyük Qayıdış: Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

UNFCCC-nin Katibliyinin üzvü: COP29-un Sədrliyi COP30-un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

Qazaxıstan Kurık limanında Çinlə birgə yük terminalı yaratmağı təklif edir

Natley Vilyams: Azərbaycan artıq iqlim dəyişikliyi üzrə danışıqlarda öz imzasını qoyub

Əlyazmalar İnstitutunda Qasım bəy Zakirin irsinə həsr olunmuş elmi sessiya keçirilib

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Türkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Bonnda İyun İqlim Sammitinin gündəliyi təsdiqlənib

Avstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Höteborq müsəlmanları təhqiredici görüntülərə görə üzr istənilməsini tələb edirlər

Saymon Stil: İqlim çoxtərəfliliyi son COP-larda mühüm irəliləyişlərlə nəticələnib

Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək

"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq

Klublararası dünya çempionatında növbəti oyun keçirilib

Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Qarsda Türkiyə ilə Azərbaycan arasında sərhəd əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub

"Qarabağ" braziliyalı futbolçunu transfer edib

UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib

Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib

Dövlət Komissiyası: İtkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq

Gəncənin ictimai nəqliyyatında çalışmaq üçün müraciət edənlərin sayı açıqlanıb

AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib

Bəzi marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir

Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub

İİTKM ABŞ-ın “World Economic Magazine Awards 2025” müsabiqəsində ali mükafata layiq görülüb

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Tələbələr Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində istehsalat prosesi ilə tanış olublar

Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib

“Azərişıq” bölgələrdə maarifləndirici tədbirlər həyata keçirir

Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda müzakirələr aparılıb

Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir

Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək

On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Müstəqil siyasətin təzahürü

Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər

Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

Astanada İkinci “Mərkəzi Asiya – Çin” sammiti keçirilir

Mette Lundgaard: Bakıdan Belemə uzanan yol xəritəsi üzrə ambisiyalar artmalıdır

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək

Bəstəkar Eldar Mansurov: Musiqi sözlərin olmadığı söhbətdir – MÜSAHİBƏ

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək istehsalçılardan 150 ton yaş tütün qəbul edib

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib