AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CORC BUŞ ADMİNİSTRASİYASI APARATININ KEÇMİŞ RƏHBƏRİ CON SUNUNUNU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Prezident sarayında ABŞ-ın Nyu-Hempşir ştatının keçmiş qubernatoru, Corc Buş Administrasiyası aparatının sabiq rəhbəri Con Sunununu qəbul etmişdir.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, regional əməkdaşlıq barədə və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.