RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞANIN XARİCİ İŞLƏR NAZİRİ ANNA FOTIQANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR


Dövlətimizin başçısı Polşanın Prezidenti Lex Kaçinski ilə görüşlərini məmnunluqla xatırlatdı. Azərbaycan ilə Polşa arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın səviyyəsindən razılığını ifadə etdi. Dövlətimizin başçısı Polşa nazirinin səfərinin əlaqələrimizin daha da gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Anna Fotıqa Polşa Prezidenti Lex Kaçinskinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. İki ölkə arasında diplomatik münasibətlərin 15 ilə yaxın bir müddət ərzində qurulduğunu qeyd edən qonaq bu əlaqələrin Polşa üçün çox vacib olduğunu bildirdi.
Prezident İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Polşanın dövlət başçısına çatdırmağı xahiş etdi.