Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonağı salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Ramazan Hacımuradoviç. Bu il Siz yubileyinizi qeyd etmisiniz. Bu əlamətdar tarix münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik etmək istəyirəm. Azərbaycan Sizi təcrübəli, müdrik siyasətçi, gözəl Dağıstanın rəhbəri, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün çox işlər görən insan kimi çox yüksək qiymətləndirir. Yubileyiniz münasibətilə və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsi işində böyük xidmətləriniz nəzərə alınaraq Siz Azərbaycanın ali ordeni - “Dostluq” ordeni ilə təltif olunmusunuz.

Azərbaycanda Sizi bizim xeyirxah və yaxşı dostumuz kimi tanıyırlar. Siz Azərbaycanda tez-tez olursunuz, Azərbaycanı və Azərbaycan xalqını yaxşı tanıyırsınız və münasibətlərimizin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz. Mən bilirəm və görürəm ki, Siz Azərbaycan ilə Dağıstan arasında tarixi əlaqələrin inkişafının və möhkəmləndirilməsinin səmimi və qəti tərəfdarısınız. Azərbaycan xalqı Sizə həm də bizim görkəmli şəxsiyyətlərimizin xatirəsinə göstərdiyiniz münasibətə görə çox minnətdardır. Sizin təşəbbüsünüzlə Dağıstandakı küçələrin biri bizim dahi lider Heydər Əliyevin adını daşıyır. Həmçinin Sizin təşəbbüsünüzlə bir qədər əvvəl Mahaçqalada Böyük Vətən müharibəsi illərində dağıstanlıları normal həyatla təmin etmək üçün böyük işlər görmüş Əziz Əliyevin abidəsinin açılışı olub. Biz hamımız gözəl bilirik ki, deportasiya olunma təhlükəsi var idi və dağıstanlıları səmimi sevən insan, bu sevgini həyatı boyu yaşadan insan kimi Əziz Əliyev o dövrün ağır repressiyalarının Dağıstanda kütləvi hal almaması üçün əlindən gələni edirdi. Mənim üçün bunun xüsusi mənası var. Çünki mənim babamın və atamın xatirəsi qardaş Dağıstanda əbədiləşdirilib. Gənc nəslin bu barədə bilməsi çox vacibdir. Sizin tərəfinizdən atılan bu addımlar həm onların xatirəsinə ehtiram əlamətidir, həm də gənclərin bizim ənənə və köklərimizi bilməsinə istiqamətləndirilib. Əlbəttə, yaşlı nəsil bunun hamısını gözəl bilir. Lakin biz Dağıstan və Azərbaycan gənclərinin bu qardaşlıq tellərinin möhkəmləndirilməsinə səy göstərməliyik.

Sizin rəhbərliyiniz ilə Dağıstanın inkişafından çox məmnunuq. Respublikada genişmiqyaslı dəyişikliklər həyata keçirilir, sosial-iqtisadi inkişaf çox sürətlə gedir. Həmçinin Siz Dağıstanda millətlərarası anlaşmaya, təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirirsiniz. Bu, bizim üçün çox vacibdir və Sizin uğurlarınız bizi sevindirir. Onu da bilirəm ki, Sizin respublika rəhbəri kimi fəaliyyətiniz Rusiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Qonşu kimi biz də görürük ki, Sizin rəhbərliyinizlə respublika Rusiya Federasiyasının regionları arasında qabaqcıl yerə çıxır. Əlbəttə, bizim münasibətlər - Dağıstan ilə Azərbaycan arasındakı münasibətlər Rusiya ilə Azərbaycan arasında sürətlə inkişaf edən və artıq çoxdandır strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin vacib amilidir.

İki gün əvvəl mən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə telefonla danışdım. Bir daha fikir mübadiləsi apardıq və əlaqələrin inkişafından məmnunluğumuzu bildirdik. Rusiya Prezidenti son 3 ildə 3 dəfə Azərbaycanda olub. Bu, özlüyündə bir göstəricidir. Bizim müxtəlif sahələri əhatə edən və çoxplanlı dövlətlərarası münasibətlərimizdə Dağıstan ilə əməkdaşlıq həmişə xüsusi yer tutur. Bizim üçün Dağıstan Rusiyanın bütün regionları arasında ən yaxın, ən əziz diyardır. Mən bir daha Sizi yubiley münasibətilə təbrik etmək və Azərbaycan dövlətinin ali mükafatını - “Dostluq ordeni”ni şəxsən təqdim etmək istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev “Dostluq ordeni”ni Ramazan Abdulatipova təqdim etdi.

Dağıstan Respublikasının başçısı Ramazan ABDULATİPOV dedi:

Hörmətli İlham Heydər oğlu, əziz dostlar.

Bizim xalqlar minilliklər boyu ümumi məkanda - mədəni və tarixi məkanda yaşayırlar. Ona görə də dağıstanlıların və azərbaycanlıların bir çox nəsli bizim mehriban qonşuluq və qardaşlıq əlaqələrimizin inkişafına böyük töhfələr verib. Biz faktiki olaraq bir çox parametrlər üzrə bir-birimizə çox yaxın və doğma xalqlarıq. Bir neçə yüzilliklər ərzində Azərbaycan Rusiya ilə ümumi tarixi və mədəni məkanda yerləşib. Dağıstanın isə indi də bu məkanda olması bizim üçün vacibdir və münasibətlərimizin inkişafına təsir edir.

Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində əməyi olan insanların əhəmiyyətli rolunu qeyd etmək çox vacibdir. İlk növbədə mən bu nöqteyi-nəzərdən həm Sovet İttifaqının, həm Dağıstanın, həm Azərbaycanın, həm də Rusiyanın dövlət xadimi, ən ağır illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyevin adını çəkirəm. Dağıstanın rəhbəri olduğu dövrdə o, Dağıstan Respublikasının iqtisadi inkişafında, dövlət və mədəni quruculuğunda, Dağıstan və dağıstanlıların ləyaqətinin qorunmasında böyük rol oynayıb. Əlbəttə, bu, bizim münasibətlərimizin, dövlətlərarası, həmçinin Dağıstan regionu ilə münasibətlərin inkişafında yaxşı baza yaratdı.

Əlbəttə ki, bu gün mən Sizin əlinizdən bu yüksək mükafatı alarkən dahi Heydər Əliyevlə ünsiyyətimi minnətdarlıqla xatırlayıram. Bu insan həmişə Dağıstandakı vəziyyətlə maraqlanırdı, Dağıstandakı vəziyyətlə bağlı narahat olurdu, heç nəyə baxmayaraq, Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətinə bir gün də laqeyd qalmırdı. Əlbəttə, burada Vladimir Vladimiroviç Putinin də böyük rolu var. O, müdrik dövlət xadimidir. Onun ilk səfərlərindən biri Azərbaycan Respublikasına olub, Heydər Əliyevlə görüşüb. O, Heydər Əliyevə olan böyük ehtiramını müxtəlif söhbət və görüşlərdə dəfələrlə qeyd edib. Böyük mənada bizim və Azərbaycan dövləti və xalqının bəxti gətirib ki, Sizin simanızda Heydər Əliyevin belə bir layiqli xələfi var. Siz faktiki olaraq Azərbaycanın simasını yeniləşdirdiniz. Bu sima çox müasir, çox mədəni oldu. Buna görə də biz bu illər ərzində Azərbaycan xalqının, Azərbaycan Respublikasının və Prezident kimi şəxsən Sizin nailiyyətlərinizlə fəxr edirik. Əlbəttə, Sizinlə Vladimir Vladimiroviç Putin arasındakı yaxşı və xoş münasibətlər bizim üçün çox vacibdir. Dostluq və qarşılıqlı anlaşmanın olduğu belə vəziyyətdə, belə mühitdə qarşılıqlı faydalı əməkdaşlığımız üçün gözəl şərait yaranır. Düşünürəm ki, biz hələ qarşılıqlı faydalı əməkdaşlıq üçün xalqlarımızın böyük potensialından tam istifadə etməmişik. Bu, olacaq.

Azərbaycanda Dağıstan günlərinin keçirilməsi Azərbaycan xalqının və rəhbərliyinin Dağıstana, Dağıstan mədəniyyətinə nə qədər mehriban münasibət göstərdiklərini nümayiş etdirdi. Bizim burada verdiyimiz yekun konsertdə faktiki olaraq ölkənin bütün rəhbərliyi iştirak edirdi. Bu günlər olduqca ürəkaçan keçdi. Bu günlər ona görə belə ürəkaçan keçir ki, bizim əcdadlarımız əsrlər boyu birlikdə xoşniyyətli yaşayıblar. Heç nə bizim münasibətlərimizin inkişafına mane olmamalıdır.

Əminəm ki, Rusiya-Azərbaycan, Dağıstan-Azərbaycan münasibətlərinin inkişafının ən yaxşı illəri hələ qarşıdadır. Həm Vladimir Vladimiroviç Putinin, həm də Sizin gördüyünüz böyük işlər bunu deməyə əsas verir. Siz hələ çox işlər görməyə qadirsiniz. Siz bir qədər əvvəl öz yetkin yaş yubileyinizi qeyd etdiniz. Bu yubiley Sizin qısa müddət ərzində həyata keçirdiyiniz nəhəng işlərin məzmunu ilə dolğun idi. Düşünürəm ki, Azərbaycan Respublikasının ən yaxşı illəri də hələ qarşıdadır. Ona görə də biz də bu yubileyi qeyd etmək istəyirik. Biz belə bir kiçik kubok sifariş etmişik. Keçən dəfə mən burada üzərində portret olan, bundan bir qədər böyük kuboku Heydər Əliyevə hədiyyə etmişdim. Bu isə 55 illiyiniz münasibətilə Sizinkidir. Siz həmişə əlaçı olmusunuz. Gələcəkdə də əlaçı olasınız.

Əlbəttə, Azərbaycan Respublikasının hökumətinə və sizin səfirinizə, bizim səfirimizə çox təşəkkür edirik. Vladimir Doroxin çox böyük diqqət yetirir. Mənimlə birlikdə Xalq Məclisinin təmsilçisi, Dövlət Dumasının deputatı, bizim nümayəndəmiz buradadır. Əslində, bu hadisə mənim üçün tarixi əhəmiyyət daşıyır. Çünki mən bu ordendə ilk növbədə Heydər Əliyevin töhfəsini görürəm. Çünki o, məni həqiqətən Azərbaycanla bağlayıb. Əsas odur ki, Siz də dahi Heydər Əliyevin işlərini bu planda davam etdirirsiniz. Mənim fəaliyyətimi belə qiymətləndirdiyinizə görə çox sağ olun. Çalışacağam ki, bu etimadı doğruldum.

Sonra Prezident İlham Əliyev ilə Ramazan Abdulatipovun görüşü oldu.

Dövlətimizin başçısı Ramazan Abdulatipovun Azərbaycanın yüksək dövlət mükafatına layiq görülən Dağıstanın ilk rəhbəri olduğunu dedi və mükafatı təqdim etməkdən məmnunluğunu bildirdi. Azərbaycan Respublikası ilə Dağıstan Respublikası və xalqlarımız arasında əlaqələrin daha da yaxınlaşdırılmasında Ramazan Abdulatipovun xidmətlərinə toxunan dövlətimizin başçısı Dağıstanın inkişafında onun rolunu vurğuladı. Bu il Dağıstanın əldə etdiyi uğurları qeyd edən dövlətimizin başçısı gələn ildə də Dağıstanda yeni nailiyyətlərin qazanılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Dağıstanla əməkdaşlığı uğurla inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Ramazan Abdulatipov vurğuladı ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşləri zamanı dəfələrlə qeyd edib ki, qonşu Azərbaycanın inkişafı yaxşı nümunədir. Dağıstanın rəhbəri bildirdi ki, Azərbaycanın paytaxtında, ümumilikdə bütün respublikada olan sabitlik onlar üçün nümunədir. Ramazan Abdulatipov qeyd etdi ki, Rusiya dövlətinin başçısı onlara Azərbaycanın təcrübəsindən istifadə etməyin mümkünlüyünü bildirib və Dağıstanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

Yuxu həblərinin beyinə gözlənilməz təsiri müəyyən edilib - TƏDQİQAT

Rəssam: Təbiət kodlaşdırılmış sistemdir

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

ABŞ-ın ticarət kəsiri ciddi şəkildə artıb

“Real” və “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb

KİV: Donald Trampın vergi islahatları Britaniyaya 18 milyard funt sterlinqə başa gələ bilər

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

AQTA: Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalıdır

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib

Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun  təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır

Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb

Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb

Donald Tramp Baydenin məxfi informasiyaya girişini məhdudlaşdırmaq istəyir

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib

Almaniyada radikal sağa qarşı etirazlar davam edir

“Min bir gecə” baleti yeni quruluşda Omanda təqdim edilib

Hacıqabulda zəlzələ baş verib

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq

“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq – RƏY

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

"Neftçi" İngiltərə çempionunu transfer edib

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm

Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

Yeni texnologiya elektrik enerjisinin idarə olunmasında mühüm bir dövrün başlanğıcı ola bilər - TƏDQİQAT

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır

Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi planlaşdırılır

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Çexiyanın keçmiş Baş naziri: Avropa İttifaqı intihara bərabər siyasət yürüdür

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib

“Ordu” İdman Klubu Basketbol Liqasında növbəti qələbəsini qazanıb

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb

USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL

Abşeron Milli Parkının yaradılmasının 20 ili tamam olur

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

İngiltərədə 319 uşaq psixi sağlamlıq müalicəsi üçün 35 min 845 günü evindən uzaqda keçirib

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 30 nəfər dağıntı altında qalıb VİDEO

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub

Misir XİN: Fələstinlilər Qəzzada qalmalıdırlar

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Yaşadığı evdən 3000 manatlıq oğurluq edən kirayənişin polis tərəfindən saxlanılıb

Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert

İrakli Kobaxidze: Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər

Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın DOST modeli barədə məqalə dərc edilib

Gürcüstan ətraf mühitin mühafizəsi ilə bağlı bəzi qanunları sərtləşdirir

Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH

Proqnoz: Sabah qar yağacaq

Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb

Qara dənizə mazut axıdılması nəticəsində 84 delfin tələf olub

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Xankəndidə şagirdlər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Türkiyədən Antarktikaya növbəti elmi-araşdırma səfəri başlayıb

Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir

Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib

FHN: Ötən gün 33 yanğına çıxış olub, 9 nəfər xilas edilib

USAID-in fəaliyyətinin dayandırılması sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir - ŞƏRH

Xətai rayonunda əl qumbarası aşkarlanıb

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Polis əməkdaşları vətəndaşlardan 1 qumbara, 10 tüfəng götürüblər

Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib VİDEO

Ötən gün ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının açılışı olub FOTO

Keçən il 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

Şimal bölgəsində dörd yeni məktəb binası inşa olunur

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb VİDEO

Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir

Azərbaycan nümayəndə heyəti Türkiyədə yaşıl enerji sahəsində dördtərəfli əməkdaşlıq iclasında iştirak edib

Rusiya ABŞ-a ən çox gübrə ixrac edən ikinci ölkə olub