AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ İKİNCİ RƏİSİ ERGİN SAYQUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR


Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Tükiyəli qonağın ölkəmizə bu səfərinin gələcək əməkdaşlığımıza töhfə verəcəyini vurğuladı.
Qonaq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyük Anıtın salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı. O dedi ki, Azərbaycana ilk dəfə gəlməsinə baxmayaraq, ölkəmiz onda böyük təəssürat oyatdı. Azərbaycana səfərindən məqsəd gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaqdır.
Prezident İlham Əliyev ordu generalı Yaşar Böyük Anıtın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.