RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Bakı, 18 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Bineli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən nəqliyyat, dənizçilik və kommunikasiya sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının gedişi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.