Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Budapeşt, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Viktor Orbanın
bəyanatı
 

-Mən hər birinizi salamlayıram və Prezident Əliyevi Budapeştdə xüsusilə səmimiyyətlə salamlayıram.

Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.

Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər.

Macarıstanın qonşusu olan ölkədə artıq üç ildir ki, müharibə gedir. Bu günədək Macarıstanın iqtisadiyyatının itkisi 20 milyard avrodan artıqdır. Hər kəsə məlumdur ki, müharibə başlayan gündən bəri Avropa İttifaqı müharibəni genişləndirmək seçimini etmişdir, nəinki sülhü bərqərar etmək. Bundan əlavə, Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir.

Biz dənizə çıxışı olmayan bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya ilə enerji münasibətlərini qoruyub saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik ki, iqtisadiyyatımızın dayanıqlılığı təmin olunsun.

Xanımlar və cənablar, beləliklə etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik.

Eyni zamanda, iqtisadiyyat məsələlərindən başqa, biz Azərbaycana yatırılan Macarıstan sərmayələri haqqında danışdıq. Biz sülh haqqında da danışdıq. Çünki sülh təkcə müharibə şəraiti üçün vacib deyil, iqtisadi baxımdan da vacibdir. Biz razılığa gəldik ki, bu müharibənin döyüş meydanında həlli yoxdur. Bu, yalnız danışıqlar masasında olmalıdır. Bu, təkcə Rusiya-Ukrayna müharibəsinə deyil, digər münaqişələrə də şamil edilə bilər.

Mən Prezident Əliyevi təbrik etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində razılıq əldə olunub. Ümid edirəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş tutacaq. Bu, olduqca vacib bir məsələdir.

Cənab Prezident, Sizi burada bir daha salamlayırıq.

X X X

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Baş nazir, əziz dost.

Hörmətli xanımlar və cənablar.

Cənab Baş nazir, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən Macarıstana tez-tez gəlirəm. Son dəfə 2023-cü ildə gəlmişəm. Siz də Azərbaycana tez-tez gəlirsiniz. Sizin son səfəriniz keçən ilin noyabr ayında olmuşdur. Yəni bu, onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir.

Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.

Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.

İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.

Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.

Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.

Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB  VİDEO

Dünya bazarında qızıl 42 dollaradək bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir

® Təhlükəsiz taksi səfəri hər kəsin hüququdur

Bakıda “Kənddən şəhərə” yarmarkası keçiriləcək

Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb

Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

“Azeri Light” markalı neftin qiyməti 73 dolları ötüb

Tramp: ABŞ İranla nüvə danışıqlarının davam edəcəyini gözləyir

Qazaxda daha bir avtomobil yoluna asfalt örtüyü çəkilir

BMT Baş Assambleyası Qəzza zolağında daimi atəşkəsə çağıran qətnamə qəbul edib

Maykl Duqlas Karlovı Varı Beynəlxalq Kinofestivalına gələcək

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

“Tesla” Romada avtonom idarəetmənin sınaqlarına başlayıb

“Aid İndia” şirkətinin qəzaya uğrayan təyyarəsinin “qara qutu”larından biri tapılıb

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bir neçə reysi ləğv edib

Velosiped sürmək beyin sağlamlığını gücləndirə bilər - ARAŞDIRMA

İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkarlanmayıb

BMT İsrail və İranı maksimum təmkinli olmağa çağırıb

Ondan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib

IX “Muğam” Televiziya Müsabiqəsi Ağdam Muğam Mərkəzində davam edib

Media: İsrail Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya zərbə endirib

MDB ölkələrinin hərbi qulluqçularına və ailə üzvlərinə Rusiyada barmaq izi vermədən müvəqqəti qalmağa icazə verilib

“Nvidia AI” sistemi ilə “DeepL” alman startapı 18 gün ərzində bütün interneti tərcümə etməyi vəd edir

Aygül Kuspan: Azərbaycanın TÜRKPA-dakı sədrliyi səmərəli olub

Araşdırma:Yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yaradır

Qazaxda tədbir: “Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!”

Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni nanotexnologiya çirkab sularındakı qida maddələrini gübrəyə çevirir - TƏDQİQAT

Ağcabədi taxılçıları qısa vaxtda 4 min hektardan çox sahədə biçin aparıblar

Lənkəran Türk dünyasının gənclər paytaxtı titulunu Almatıya təhvil verib

G7 ölkələrinin sammiti iyunun 16-da başlayacaq

Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası olub

Türkiyə və Yunanıstan rəsmiləri arasında növbəti siyasi dialoq keçirilib

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

Bakı Piano Festivalı – musiqi bayramıdır! - musiqi sənayesinin nümayəndələri qarşıdan gələn festival haqqında

CNN: ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Almaniyanın müdafiə naziri Ukraynaya 1,9 milyard avroluq əlavə hərbi yardım vəd edib

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb

Monteneqro Ukraynaya dəstək üçün Aİ missiyasına qoşun göndərir

İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi keçirilir

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Ukrayna və Rusiya İstanbul razılaşmaları çərçivəsində daha bir hərbi əsir mübadiləsi həyata keçirib

Fransada kiçik təyyarə qəzaya uğrayıb

“Cıdır düzü” kitabının təqdimatı keçirilib

Azərbaycan nümayəndə heyəti Urmiya şəhərində beynəlxalq konfransda iştirak edib

Milli Qurtuluş Azərbaycan tarixinin dönüş nöqtəsidir

Qivami Rəhimli: Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

® Bu yay sərhədləri yox, imtiyazları keçin

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib

DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

Hindistandakı təyyarə qəzasında Britaniya vətəndaşı sağ qalıb

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

Coğrafiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Kevin De Bruyne “Napoli” ilə müqavilə imzalayıb

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

Xaricdə təhsil almaq istəyən tələbələr bunları bilməlidir VİDEO

Xaricdə təhsil almaq istəyən tələbələr bunları bilməlidir VİDEO

Folklor İnstitutunda türk xalqlarının epos yaradıcılığı araşdırılır

Gürcüstanda qrant almaq prosedurları çətinləşdirilib

FHN yanında İctimai şuraya seçki keçirilib

Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

"Qızıl top" mükafatına namizədlərin adları avqust ayında açıqlanacaq

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib

Xaçmazda əmək yarmarkası: 137 boş iş yeri, 3000 manatadək əməkhaqqı

Dilçilik İnstitutunda açıq məkan reklamlarının və media subyektlərinin monitorinqinin nəticələri müzakirə olunub

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb

“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” təsdiq edilib

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş nazirinə başsağlığı verib

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

“Mançester Yunayted” braziliyalı hücumçunun transferini açıqlayıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə

“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” - beynəlxalq elmi konfrans

AQTA və “Rosselxoznadzor”un nümayəndələri Rusiyaya ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı müzakirələr aparıblar

Yeni lazer texnologiyası Ay tozunu gələcək baza üçün tikinti bloklarına çevirəcək

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

BMU ilə Çin universiteti daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır

® Yusif Cabbarov: Trans-Xəzər kabel xətti regionda texnoloji inkişafa töhfə verəcək

İlham Zəkiyev: I Avropa Oyunları gözəl yuxu kimi yaddaşlarda qalıb

Qəlbin və qələmin hesabatı – Çağdaş poeziyamızın nəğməkarı

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır

Hindistanda təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər YENİLƏNİB 7  VİDEO

Hindistanda təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər YENİLƏNİB 7 VİDEO

Türkiyənin biznes nümayəndələri ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

Milli Məclisin sədri: TÜRKPA ortaq maraqlarımızın reallaşmasına imkan verən mühüm platformadır

Yubilyar haqqında maraqlı kitab

Gürcüstanda Azərbaycan dili üzrə ilk dəfə Regional Olimpiada keçiriləcək

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

Parisdə miqrantlar meriyanın qarşısına toplaşaraq sığınacaq tələb edirlər VİDEO

Parisdə miqrantlar meriyanın qarşısına toplaşaraq sığınacaq tələb edirlər VİDEO