Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Budapeşt, 30 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış edib.

Baş nazir Viktor Orbanın
bəyanatı

- Xanımlar və cənablar, hər vaxtınız xeyir.

Möhtərəm cənab Prezident Əliyev.

Azərbaycandan olan əziz dostlarımız.

Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Ancaq bu, sadəcə, bu gün dostların görüşü deyil, bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi. Bunun səbəbi isə ondan ibarətdir ki, hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir.

Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir.

Bu gün biz cənab Prezidentlə on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan həyata keçirilmədi, yadınızdadırsa, bu, NABUKKO layihəsidir. Ola bilər bir vaxt gələcək tarixçilər buna diqqət yetirəcəklər ki, nə üçün NABUKKO layihəsi təxirə salındı. Əlbəttə, bu Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi, bu gün isə biz yenidən ssenari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin. Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır.

Bununla yanaşı, biz digər bir saziş də imzalamışıq. Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Xəritəyə baxsanız görərsiniz ki, həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır.

Mən çox şadam ki, Macarıstan həll yolunun - problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır. Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək. Xatırlatmaq istərdim ki, mən cənab Əliyevlə Buxarestdə bu yaxınlarda da növbəti saziş imzaladıq və bununla da elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcəkdir. Budur, bizim bugünkü şəraitimiz və bu, iki ölkənin rəhbərlərinin indiki görüşünü labüd edən bir şəraitdir.

Mən çox şadam ki, cənab Prezident Əliyev vaxt tapıb bizə səfər edib. Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Cənab Baş nazir qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır.

Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı. Cənab Baş nazir xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.

Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.

Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.

Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi - bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Bununla paralel olaraq, təhsil sahəsində çox yaxşı nəticələr var. Mən cənab Baş nazirə fürsətdən istifadə edərək təşəkkürümü bildirmək istəyirəm ki, 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış təqaüd - tələbə təqaüdləri ilə Macarıstanda oxuyurlar. Bu, əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir.

Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.

Yəni, bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Hörmətli cənab Baş nazir, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Litva ABŞ-dan “Javelin” üçün 6,5 milyon avroluq raket partiyası alıb

Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək

Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı” çərçivəsində üçgünlük təlimlər təşkil olunacaq

Pekin Kiyevdən Çin vətəndaşlarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Macarıstan klubunun Sumqayıtdakı mətbuat konfransı və açıq məşqi ləğv olunub

Sabah ölkə ərazisində hava yağıntılı olacaq

“Lockheed Martin” lazer silahı üzərində işləyir

Xankəndi Zəfərindən sonra Parisdə idman qələbələrinə doğru

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə başlanılır

“Fehervar”ın baş məşqçisi: Bizi “Sumqayıt”la oyunda nələrin gözlədiyini bilmirik

Xəbərdarlıq: Respublikanın bəzi yerlərində fasilələrlə leysan yağacaq

Ekoloqların aksiyasına görə “Köln-Bonn” aeroportu işini dayandırıb

Tramp NATO üzvlərindən hərbi xərcləri ÜDM-in 3 faizinədək artırmağı tələb edə bilər

“Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Fənərbağça” “Sevilya”nın hücumçusunu transfer edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ağcabədi taxılçıları zəmilərdən 145 min tona yaxın məhsul toplayıblar

Paytaxtın 5 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Gəncədə “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunacaq

Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir

Agentlik: Məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün 24 mindən çox vətəndaş növbəyə yazılıb

Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən şəxslər saxlanılıblar

Dmitro Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Elektron Təhlükəsizlik Xidməti Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirib

Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib YENİLƏNİB VİDEO

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb

Azad olunmuş ərazilərə avtobus reyslərinin avqust ayı üçün biletləri satışa çıxarılır

Aİ səfirləri Rusiya aktivlərinin dondurulmasını müzakirə edəcəklər

“Diaspor Gənclərinin V Yay Düşərgəsi”nə seçimlər yekunlaşıb

“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda müsabiqənin iştirakçıları üçün təlim təşkil olunub

® “Birbank Biznes”dən “Mikro Biznes” krediti əldə etmək istəyən fərdi sahibkara özəl kampaniya

“Nürnberq” rəsmisi: Biz Mahir Emreli ilə müqavilə imzalamağa hazırıq

Azərbaycanla Kolumbiya arasında birgə layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb

Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən bütün yalanları və saxta mahiyyətli xəbərləri ifşa etdi - ŞƏRH

“Bank of Azerbaijan”ın balansındakı daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq

Reabilitasiya xidmətlərindən faydalanmaq istəyənlər üçün bir neçə yeniliyin tətbiqinə başlanılıb

BMT: Sudanda 26 milyon insan aclıq çəkir

Son altı ayda məcburi dövlət sosial sığorta üzrə 80 milyon manatdan çox vəsait ödənilib

“Neftçi”dən ayrılan futbolçu ölkəsində oynayacaq

Milli Məclisə seçkilərlə əlaqədar MSK və Daxili İşlər Nazirliyinin birgə layihəsinə start verilib

BDU-nun Astrofizika kafedrası: G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması ilə bağlı 42 mindən çox cərrahi xidmət göstərilib

® ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et!

Astronomlar Kaliforniyada Marsın tədqiqi məsələlərini müzakirə edirlər

Arif Əsədov: “Qarabağ” bu mövsüm avrokuboklara daha yaxşı başladı

İnnovasiyalar Mərkəzi “iFest” innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır

Azərbaycanda daha 6 operator və provayder şirkəti uçota alınıb

Bahar Muradova: Demokratik ölkələrin əksəriyyətindən əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişik

Faktiki hava: Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Lənkəranda evdə kişi meyiti tapılıb

FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb VİDEO

Şərqi Zəngəzurda aparılan quruculuq və böyük qayıdış işlərinə dair silsilə tədbirlər keçirilib

® ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim edib!

Nepalda göyərtəsində 19 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Daha bir ağır cinayətin ibtidai istintaqı tamamlanıb

Dünya okeanına hər il 11 milyon ton mikroplastik atılır

BDU-da ölkəşünaslıq üzrə Qazaxıstan və Özbəkistana aid iki yeni ixtisaslaşma açılacaq

Bakı Ali Neft Məktəbinin tələbələri Çində

Muxtar respublikanın peşə təhsili müəssisələrinə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada aparılacaq

Bakı və Azərbaycanın yepiskopu Lənkəranda olub

Prezident İlham Əliyevin nümayiş etdirdiyi əzm və siyasi iradə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin siyasi təzahürünə çevrilib - RƏY

Yanvar-iyun aylarında sosial sahə üzrə 192 minədək e-arayış verilib

Məzahir Pənahov: Azərbaycanda seçicilərin çoxu qadınlardır

DİN: İyulun 23-də 15 tüfəng təhvil götürülüb

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

"Gürcü Arzusu-Demokratik" partiyasının fəxri sədrinə qarşı sui-qəsd hazırlanıb

Azərbaycanın karate komandası beynəlxalq turnirdə medal qazanıb

Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

MSK sədri: Parlament seçkilərində indiyədək 31 nəfərin namizədliyi qeydə alınıb VİDEO

Naxçıvanda probasiya sahəsində daxil olan işlərin sayı 62 faizdən çox artıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan basketbol millisi Avropa çempionatında növbəti oyununa çıxacaq

İstanbulda zəncirvari qəza, çox sayda yaralı var

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

DİN: Ötən gün 46 cinayətin üstünün açılması təmin olunub

Quldurluq etməyə hazırlaşan iki nəfər saxlanılıb VİDEO

Avqustun 1-dən ərzaq məhsullarına dair təkliflər tedaruk.az saytına yerləşdirilə bilər

Qəbələdə çətənə yetişdirən şəxs saxlanılıb

“Yaponiya Hava Yolları” 41 yeni təyyarə sifariş verib

KXDR-dən göndərilən tullantı dolu şar Cənubi Koreya prezidentinin ofisinin ərazisinə düşüb

Amerikalı ermənipərəst senator Bob Menendez istefa verəcək

13 yaşlı uşaq təsadüfən 1800 illik tarixi əsər tapıb

Bakı Gənclər Mərkəzində əfsanəvi aktrisa Roza Cəlilova ilə görüş keçiriləcək

İspaniyada səfirliklərə partlayıcı yollayan şəxs 18 il azadlıqdan məhrum edilib

Rumıniya quraqlığa görə su istehlakına məhdudiyyətlər tətbiq edir

“Tanrı” gəldi və Bayden geri çəkildi

Çempionlar Liqası: "Fənərbağça" İsveçrədən qələbə ilə qayıdır

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

İsmayıllıda bədbəxt hadisə zamanı rayon sakini ölüb

Türkiyə mətbuatı Şuşada keçirilən Media Forumu çərçivəsində COP29 təqdimatı barədə yazıb

Abşeronda qətl hadisəsi baş verib

Vyetnam mətbuatında VNA agentliyinin Şuşada keçirilən İkinci Qlobal Media Forumunda iştirakı geniş işıqlandırılıb

Çempionlar Liqası: "Qarabağ" ilk oyunda "Linkoln"u məğlub edib YENİLƏNİB-4

ABŞ Məxfi Xidmətinin direktoru Trampa qarşı sui-qəsdə görə istefa verib

"Panatinaikos" Ergin Atamanla müqavilə müddətini uzadıb

Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edib

Azərbaycanlı tələbə 5 Avropa ölkəsinin mətbuatında Qarabağa dair çıxışlar edib

Federasiya rəhbəri: COP29-a ev sahibliyi Azərbaycanın xoş niyyətinin ifadəsidir