Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri
Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru ilə görüş YENİLƏNİB VİDEO

Münxen, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

AZƏRTAC xəbər verir ki, fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdi.

Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirdi.

Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlətimizin başçısı ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Bildirdi ki, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verdi, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verdi. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdı, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət etdi.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi.

Dövlətimizin başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd etdi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirdi. Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd etdi, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini dedi və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumun əhəmiyyətini qeyd etdi.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğuladı, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını dedi. O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırdı.

Mixael Harms Almaniya şirkətlərinin bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğuladı, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri  Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru ilə görüş  YENİLƏNİB VİDEO

Baş prokuror Vyanada işgüzar səfərdədir

Naxçıvanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Gəray Gəraybəyli: Qürurla deyə bilərik ki, Azərbaycan psixiatriyası böyük məktəbin ənənələrini davam etdirir

İmişlidə qəza zamanı avtomobil yanıb, xəsarət alanlar var

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Prezident Edvard Beneşin əlyazmaları tapılıb

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Son iki ildə Ukraynada Azərbaycan vətəndaşlarının 180-dən çox şirkəti qeydiyyatdan keçib

Baş direktor: Ekspert kimi çıxış etmək üçün məhkəmə psixiatrının təcrübəsi olmalıdır

Qırmızı Qəsəbədə 26 İyar günü qeyd olunub

Məhkəmədə nümayiş olunan videomaterialda Davit İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

“Real Madrid”in keçmiş məşqçisi: Fernandu Santuş Azərbaycan futbolunun imicini yüksəldə bilər

Parlamentin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib

Finlandiya Rusiya ilə sərhəddə tikilən səddin birinci hissəsini tamamlayıb

® “Azerçay” çay plantasiyalarına mediatur təşkil edib

Almaniyada əhalinin hər dörd nəfərindən biri miqrasiyamənşəlidir

Dağıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib

Husilər İsrailin “Ben-Qurion” hava limanına zərbə endirib

Folklor İnstitutunda yeni elmi istiqamətlər və kadr hazırlığı məsələləri müzakirə olunub

Bu ilin əvvəlindən Ukraynanı daha 100 min nəfər tərk edib

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

BDU-da Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş respublika olimpiadası keçirilib

Sosial xidmət müəssisələrinin əməkdaşları üçün təlim keçirilib

Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür – ŞƏRH

Azərbaycan və Qazaxıstan məhkəmə kadrlarının hazırlanması üzrə əməkdaşlığı möhkəmləndirir

Mayın 25-də 54 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək

Bakıda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir

T.T.Məcidovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tələbə təşəbbüslərinə dəstək UNEC-in təhsil strategiyasının ayrılmaz hissəsidir

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Londonda məşhur irlandiyalı reperə qarşı terror ittihamı irəli sürülüb

Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar erkən səsvermə başlayıb

OPEC+ iyulda neft hasilatının sürətli artımı məsələsini müzakirə edir

Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub

Naxçıvanda kütləvi qida zəhərlənməsinin baş verdiyi dönərxana bağlanıb - YENİLƏNİB

Azərbaycan çayı FAO-nun baş qərargahında təqdim edilib

Mourinyonun sabiq köməkçisi: Azərbaycandan gələcək təklifləri nəzərdən keçirməyə açığam – EKSKLÜZİV MÜSAHİBƏ

Ötən il Britaniyaya miqrasiya edənlərin sayı yarıbayarı azalıb

İdmançılar və onların köməkçi heyəti antidopinq qayda pozuntuları barədə məlumatlandırılıb

Böyük Britaniyanı əhatə edən dəniz sularında temperatur sürətlə yüksəlib

Göygöldə 10 kilometrlik avtomobil yolunun təmirinə başlanılıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Litva yığması ilə oyuna hazırlaşır

2030-cu ildə Çində “uçan marşrut taksilər” istifadəyə veriləcək

Paytaxt məktəblərində işə qəbul müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb

ABŞ yaxın həftələrdə “qızıl kart” proqramını reallaşdırmağa başlayacaq

“Ulduz”lu may

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib

AzMİU-da “Bank işinin təşkili” mövzusunda elmi seminar-təlim keçirilib

Netanyahu İsrail səfirliklərində təhlükəsizliyin gücləndirilməsini tapşırıb

Hirkan Milli Parkı “Qırmızı kitab”a daxil edilmiş bitki növlərinin sayına görə birinci yerdədir

Xocalıya köçən ailələrə mənzillərinin açarları təqdim olunub – YENİLƏNİB 2

® Ramin Rzayev – Peşəkar, vətənpərvər, xeyirxah, humanist həkim

Masallıda 15 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi müzakirə olunacaq

Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir ŞƏRH

“Paylayıcı şəbəkələrin gənc mütəxəssislərinin peşə ustalığı” yarışının birinci günü keçirilir

Sabah Bakıda 29 dərəcə isti olacaq

Azərbaycan minifutbol millisinin üzvü: Bəhreynə qalib gələ bilməsək də, onlar bizdən zəif komandadır

“Araz-2025” birgə təlimi uğurla başa çatıb

Bakı metrosunun pik saatlarında interval azaldılıb VİDEO

Bakı metrosunun pik saatlarında interval azaldılıb VİDEO

Böyük Britaniyada məhkəmə sistemi böhran yaşayır

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib VİDEO

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib VİDEO

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib

Taksi sürücüləri üçün iyunun 19-da keçiriləcək imtahana qeydiyyat başlanıb

ATU-nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb VİDEO

ATU-nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb VİDEO

Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq

İrəvan Qazılığının fəaliyyəti bərpa olunub - YENİLƏNİB  VİDEO

İrəvan Qazılığının fəaliyyəti bərpa olunub - YENİLƏNİB VİDEO

PUA hücumları nəticəsində yüzlərlə sərnişin Moskva aeroportlarında qalıb

Çaqos adaları ilə bağlı razılaşma üzrə danışıqlar məhkəmə qərarı ilə dayandırılıb

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib

Mən turist olsaydım - Kənd turizminin mərkəzi Kiş VİDEO

Mən turist olsaydım - Kənd turizminin mərkəzi Kiş VİDEO

Şahin İsmayılov: Azərbaycan dost ölkə olan Macarıstan ilə əməkdaşlığa böyük önəm verir

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın çağırışlarına qulaq asmalı və düşmənçilikdən əl çəkməlidir

“Azərişıq”ın təqdim etdiyi borc barədə sənəd “mygov” platformasına inteqrasiya olunub

Tacikistanda Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının konserti böyük maraqla ilə qarşılanıb

Xocalı sakini: Bu gün həsrətin bitdiyi, arzuların, ümidlərin gerçəkləşdiyi gündür

"Mançester Yunayted”in futbolçusu: Bu mövsüm bəzi oyunlarda qalib gələcəyimizə inanmırdıq

“Futbol Konfransı Bakı”: Futbol adamları Azərbaycana toplaşır

Nikuşor Dan: Rumıniya Ukraynaya yardımı davam etdirəcək

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib

İsmayıllıda erkən nikah hallarının qarşısının alınması mövzusunda tədbir keçirilib

Mən turist olsaydım – Bakının unikal nəqliyyat vasitəsi VİDEO

Mən turist olsaydım – Bakının unikal nəqliyyat vasitəsi VİDEO

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb

Azərbaycan “SAMENA Liderlər Sammiti”ndə təmsil olunacaq

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

Xidmət rəisi: MDB-yə üzv ölkələrlə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur VİDEO

Xidmət rəisi: MDB-yə üzv ölkələrlə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur VİDEO

Əmək miqrasiyasının ailə strukturlarına sosial təsiri – ARAŞDIRMA

Beynəlxalq Valyuta Fondu: Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları olduğu üçün BVF-in kredit proqramına ehtiyac duymur – MÜSAHİBƏ

Agentlik: Bir neçə Azərbaycan mahnısının erməni qarmonçu tərəfindən mənimsənilməsi aradan qaldırılıb

Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

“Tottenhem”in kapitanı finalın ən yaxşısı seçilib

Oktant bürcündəki retrograd orbitdə böyük planet kəşf edilib

NBA: “İndiana Peysers” yarımfinal mərhələsinə qələbə ilə başlayıb