Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEV YENİYETMƏLƏRİN IX AVROPA OLİMPİYA FESTİVALININ QALİBLƏRİ VƏ ONLARIN MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sentyabrın 3-də MOK-un inzibati binasında yeniyetmələrin IX Avropa Olimpiya festivalının qalibləri və onların məşqçiləri ilə görüşmüşdür.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV görüşü açaraq dedi:

-Milli Olimpiya Komitəsində idmançılarla görüşlərimiz ənənəvi xarakter daşıyır. Uzun illər ərzində biz burada müxtəlif vaxtlarda görüşmüşük, söhbət eləmişik, idmançıların uğurlarına sevinmişik və əlbəttə ki, gələcək fəaliyyət haqqında danışmışıq. Bu gün də biz çox gözəl hadisə münasibətilə buraya yığışmışıq. Bizim gənc idmançılarımız beynəlxalq yarışda, mötəbər Avropa yarışında çox böyük qələbə qazanmışlar. IX Avropa Olimpiya festivalında, yeniyetmələr arasında keçirilən festivalda bizim milli komandamız 6-cı yeri tutmuşdur. Bu, çox böyük göstəricidir, çox böyük qələbədir. Nəzərə alsaq ki, bu yarışda 50-yə yaxın ölkənin komandaları iştirak edib, 6-cı yeri tutmaq, sözün əsl mənasında, çox böyük nəticədir.

Bu festivalda bizim idmançılarımız yeddi qızıl medal qazanmışlar. Bu da çox böyük göstəricidir. Mənə verilən məlumata görə, bizdən irəlidə ancaq Rusiya, Böyük Britaniya, İtaliya, Almaniya və Ukrayna komandalarıdır. Bildiyiniz kimi, bunlar əhalisi Azərbaycandan bir neçə dəfə çox olan ölkələrdir.

Əlbəttə ki, 6-cı yeri tutmaq onu göstərir ki, Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Azərbaycanda uşaq və yeniyetmə idmanına həmişə böyük diqqət göstərilmişdir. Bu, bizim gələcəyimizdir. İlk növbədə, gənc kadrlar, gənc nəsil yetişir. Digər tərəfdən, bu onu göstərir ki, gənclərimiz idmana çox böyük maraqla yanaşırlar. Bizim də məqsədimiz bundan ibarətdir ki, sağlam gənc nəsil yetişsin. Bunu etmək üçün həm idman bölmələrində iş yüksək səviyyədə təşkil olunmalıdır. Həm də federasiyalar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif qurumlar, bir sözlə, bütün idman ictimaiyyəti bir nöqtəyə vurmalıdır.

İndi Azərbaycanda idmanla məşğul olmaq üçün çox gözəl imkanlar var. Ölkəmizin müxtəlif bölgələrində müasir idman kompleksləri tikilib istifadəyə verilibdir. 10-dan çox kompleks artıq fəaliyyətdədir. 20-yə qədər müasir olimpiya kompleksinin tikintisi ya başlanmışdır, yaxud da başlanmaq ərəfəsindədir. Beləliklə, Azərbaycanın hər bir bölgəsində müasir idman qurğuları tikilir.

Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar da keçirilir. Uzun illər ərzində artıq Azərbaycanda bir neçə dəfə həm gənclər arasında, yeniyetmələr arasında, həm də böyüklər arasında dünya və Avropa çempionatları keçirilmişdir. Bu da onu göstərir ki, beynəlxalq idman ictimaiyyətinin Azərbaycana çox böyük hörməti, inamı var və bizdə təşkilatçılıq səviyyəsi çox yüksəkdir.

Onu da qeyd etmək istəyirəm ki, yeniyetmələr arasında Avropa Olimpiya festivalında bizdən sonrakı yerləri tutmuş ölkələrin komandaları da çox böyük idman potensialına malik ölkələrdəndir. Misal üçün, bizdən sonrakı yerləri tutan ölkələr Belçika, Rumıniya, Polşa, Fransa, Hollandiya, Macarıstan, Serbiya, Latviya, Xorvatiya, Gürcüstan, Slovakiya, İsveç, Sloveniya, İspaniya, Türkiyə, Portuqaliya, İsveçrə, Danimarka, Litva, Bolqarıstan, Estoniya, İrlandiya, Avstriya, Belarus, İsrail, Finlandiya, Norveç, Bosniya, Çexiya, Yunanıstan və Lüksemburqdur. Sonuncu yerdə Ermənistan komandasıdır. Ermənistan komandası nə bir qızıl, nə bir gümüş, nə də bir bürünc medal qazana bilmişdir. Budur bizim üstünlüyümüz, budur bizim fəaliyyətimizin nəticəsi.

Dövlətimizin başçısı gənc idmançılarımızın beynəlxalq yarışlarda, Olimpiya oyunlarında da yüksək nəticə göstərəcəklərinə ümidvar olduğunu söylədi.

Görüşdə cüdo üzrə yeniyetmələrdən ibarət milli komandamızın məşqçisi RƏŞAD HƏSƏNOV çıxış edərək, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi:

-Cənab Prezident, biz bu qələbəni Sizin Olimpiya Komitəsinin prezidenti seçilməyinizin 10 illiyinə həsr etmişik. Biz çox sevinirik, indiyəcən Avropa Olimpiya festivalında belə nəticələr olmamışdır. Siz qeyd etdiyiniz kimi, biz 6-cı yerə layiq görülmüşük. Bizdən sonrakı yerləri tutan, sadaladığınız ölkələrin komandaları çox güclü rəqiblər idi. Bizim qələbə Sizin idmana göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Sizə öz minnətdarlığımızı bildiririk.

Görüşdə yeniyetmə idmançılarımızın gələcək beynəlxalq yarışlara da səylə hazırlaşdıqları vurğulandı. Gənc atlet Ramil Quliyevin Pekin Olimpiya Oyunlarına ölkəmizdən ilk lisenziya qazandığı bildirildi. Dövlətimizin başçısına yaxın gələcəkdə idmançılarımızın bir çox mötəbər yarışlarda iştirak edəcəyi barədə də məlumat verildi. Artıq Azərbaycanın da dünyanın idman mərkəzlərindən birinə çevrildiyi, ölkəmizdə beynəlxalq yarışları qəbul edən möhtəşəm idman komplekslərinin - Heydər Əliyev adına İdman-Konsert Kompleksinin, Bakı İdman Sarayının və Atletika manejinin dünya standartlarına uyğun şəkildə yenidən qurularaq idmançıların istifadəsinə verildiyi vurğulandı.

Görüşün sonunda yeniyetmə idmançılar və onların məşqçiləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir

İqdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər

Xaçmazda bataqlığa düşən yeniyetmə axtarılır

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib

Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə

Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir

Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub

“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib

“Doğma torpaq” filminin premyerası olub – Qarabağda çəkilən ilk bədii ekran əsəri

Misli Premyer Liqası: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib

AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib

BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda intellektual yarış keçirilib

Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib

Bakıda türkiyəli rəssamın sərgisi açılıb

Azərbaycan-Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır ŞƏRH

Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO

Qazi Universitetində Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunan açıq dərs keçirilib

Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib

“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB VİDEO

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

İlk rübdə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib

Naxçıvanda probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub

“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb

Azad olunmuş ərazilərin tikintisi və minalardan təmizlənməsinə I rübdə 830 milyon manatdan çox vəsait xərclənib

FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim ölkəmizə həkim kimi fayda verməkdir

İmtiyazlı şəxslərdən ibarət 62 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb

Azərbaycanın dövlət borcu açıqlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların nəticələri aradan qaldırılır

Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib

Aqrar Universitet ilə “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək

® ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

Bu ilin ilk rübündə dövlət büdcəsi 1,7 milyard manatlıq profisitlə icra olunub

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyi artırılır - Şəkidə regional müşavirə

MDB PA-nın iclasında Azərbaycan xalqının faşizm üzərində Qələbədə rolundan danışılıb

Şirvanda topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb

Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı xüsusi və nümunəvidir ŞƏRH

İmişlidə keçirilən əmək yarmarkasında 150-ə yaxın vakansiya təqdim olunub

İntizam Komitəsinin qərarı ləğv edilib, iş əlavə araşdırılması üçün geri qaytarılıb

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Cansız əşyalara həyat verən kukla ustaları - REPORTAJ

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Əcnəbi turistlərin Qobustan haqqında təəssüratları

® “Ziraat Bank Azərbaycan” regionlardakı fəaliyyətini genişləndirir

“Qarabağ” həndbol klubundan ölkə çempionatında növbəti qələbə

Tacikistan səfiri: İstəyirik ki, yerli əhali və əcnəbilər Qarabağın yeni simasını görə bilsin

Nazirlik: Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

Nazir: Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir – MÜSAHİBƏ

“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə mediatur və seminar təşkil olunub

Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır

Azərbaycanın pravoslav xristian icmasına

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Görkəmli memar Fikrət Hüseynovun xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib

Fövqəladə hallar naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ürəyin qanı ilə” adlı sərgi açılıb

BMU-da “Qədim Alban yolu” kitabı və saytının təqdimatı olub

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

“Xanların şəcərəsi”: Qazax əlyazması dünya irsinə daxil edilib

Milli Məclisin sədri MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib

“Beşiktaş”ın müdafiəçisi sıradan çıxıb

Dubayda keçirilən beynəlxalq konfransda azərbaycanlı şərqşünasın məruzəsi dinlənilib

Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

Aİ iqlim dayanıqlığı və su təhlükəsizliyi layihələrinə 86 milyon avro investisiya qoyur

Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb

Ağcabədidən Kiyevə qədər gələn yol – Ukraynada çalışan azərbaycanlı vəkillə MÜSAHİBƏ

PSJ gənc futbolçusu ilə müqavilə müddətini uzadacaq

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib – yolun açılması üçün tədbirlər görülür VİDEO

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib – yolun açılması üçün tədbirlər görülür VİDEO

Naxçıvanda istehlakçılara 2,6 milyon manat ƏDV məbləği geri qaytarılıb

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir

“E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub

Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbulun təşviqi ilə bağlı görüş keçirilib VİDEO

Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbulun təşviqi ilə bağlı görüş keçirilib VİDEO

“HÜMA” incəsənət qalereyasında Anatoli Buzayevin sərgisi açılıb

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Hematoloq: Cəmiyyətin talassemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını alır

Professor Fərid Ələkbərlinin biblioqrafiyası çap olunub

Dünya mediası: Azərbaycanda nadir tapıntı aşkarlanıb

Marko Rubio: Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə kömək edə bilər

İsveçdə dövlət qulluqçuları iqlim naminə anonim şəbəkədə birləşirlər

Bu ilin ilk rübündə DOST xidmətlərindən 213 min vətəndaş faydalanıb

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

İndiyədək 44 uşaq himayədar ailələrə verilib

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb